Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gəncəli Edison qalmaqalında İsmayıllının icra başçısının adı hallandı...

Gəncəli Edison qalmaqalında İsmayıllının icra başçısının adı hallandı...


3-03-2016, 11:58
Gəncəli Edison qalmaqalında İsmayıllının icra başçısının adı hallandı...
DİA.AZ: - Redaksiyamıza Gəncə şəhər Kardioloji Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Edison Nəzirovla bağlı yeni iddialar daxil olub.

DİA.AZ-a xəbər verən mənbə bildirir ki, Edison Nəzirovun bu günə qədər toxunulmaz qalmasının nədəni onun yerli səhiyyə idarəsinin rəhbəri Əlikram Məmmədovla anlaşmasıdır. Mənbə yazır: "Gəncə Səhiyyə İdarəsi sədri Əlikram Məmmədovla danışığa gedərək toxunulmazlıq təminatı alıb. İşinə əvvəlki qaydada davam etməsi ilə bağlı anlaşma əldə edib:

Mənbənin dia.az-a bildirdiyinə görə, Edison Nəzirovun dərman biznesini ört-basdır etmək üçün yerli qurumlara edilən zəng və tapşırıqların arxasında isə İsmayıllı rayonu icra hakimiyyətininbaşçısı Mirdaməd Sadıqov dayanır: "Edison Nəzirovla dost olan Mirdaməd Sadıqovun "dosta zəng" etməsi Edison Nəzirovu arxayın edib".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt