Əsas Səhifə > Güney Press, Şou-biznes > "Elə bilirlər, heç kimə imkan vermirəm"

"Elə bilirlər, heç kimə imkan vermirəm"


1-03-2016, 10:44
"Elə bilirlər, heç kimə imkan vermirəm"
Əməkdar artistlər Gülbahar Şükürlü və Gövhər Rzayeva “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal qarmon ifaçılarının küsülü olduğunu deyib.

Aparıcının “Niyə siz heç bir verilişdə birlikdə görünmürsünüz? Niyə yola getmirsiniz” sualına G.Şükürlü belə cavab verib:

“O məni yola vermir”.

G.Rzayeva isə küsülü olmaları xəbərini inkar edib:

“Qarmon ifa edəndə özümdə olmuram. Ona görə də pis başa düşməsinlər. Elə bilirlər ki, mən heç kimə imkan vermirəm. Nəyi bölüşə bilmirik? Hamımız bir qarış yerə qoyulacayıq, özümüzlə nə aparacayıq ki? Hərənin öz yeri var”.

Geri qayıt