Əsas Səhifə > Güney Press, Reklam > Avropa Qran Prisinin Könüllülük Proqramına qeydiyyat martın 4-ü başa çatır

Avropa Qran Prisinin Könüllülük Proqramına qeydiyyat martın 4-ü başa çatır


25-02-2016, 14:25
Avropa Qran Prisinin Könüllülük Proqramına qeydiyyat martın 4-ü başa çatır
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) elan edir ki, Formula 1 Avropa Qran Prisinin Könüllülük proqramına onlayn qaydada aparılan qeydiyyat prosesi 4 mart 2016-ci il tarixində saat 23:59-dək davam edəcək.
BŞH ölkə ictimaiyyətinin diqqətinə böyük məmnuniyyətlə çatdırır ki, gənclər arasında Könüllülük proqramına rəğbət olduqca böyükdür. Belə ki, Könüllük proqramına qeydiyyatın başlandığı 19 dekabr 2015-ci il tarixindən etibarən könüllü olmaq üçün 10 mindən çox müraciətqəbul olunub.
Məlumat üçün bildirək ki, Formula 1 Avropa Qran Prisində 5 min könüllünün iştirakı nəzərdə tutulur. İndiki mərhələdə, qeydiyyatdan keçənlər müsahibə üçün Könüllülər Mərkəzinə dəvət olunurlar. Müsahibə prosesini uğurlabaşa vuran namizədlər növbəti mərhələdə könüllülərin yarışa hazırlığı ilə əlaqədar keçiriləcək təlimlərə cəlb olunacaqlar.
Avropa Qran Prisinin könüllüsü olmaq istəyənlər BŞH-nın rəsmi saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər: www.bakucitycircuit.com/az/konullulr

Geri qayıt