Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Devalvasiyadan sonrakı vəziyyətdən rəqiblərimizdən daha yaxşı çıxırıq
Əsas Səhifə > Güney Press, Reklam > Devalvasiyadan sonrakı vəziyyətdən rəqiblərimizdən daha yaxşı çıxırıq

Devalvasiyadan sonrakı vəziyyətdən rəqiblərimizdən daha yaxşı çıxırıq


16-02-2016, 17:59
Devalvasiyadan sonrakı vəziyyətdən rəqiblərimizdən daha yaxşı çıxırıq
"Bakcell" manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən digər mobil operatorlarla müqayisədə daha yaxşı çıxır. Bu barədə şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.

R. Şirerin sözlərinə görə, "Bakcell"in müştərilərinin sayında azalma yoxdur: "Sadəcə, bəzi müştərilərimizin xərcləri bir qədər azalıb. Bəzi müştərilər "Bakcell"lə yanaşı, digər mobil operatorların da xidmətlərindən istifadə edirlər. Lakin əminliklə deyə bilərəm ki, müştərilər xərclərinin böyük hissəsini "Bakcell" üzərindən həyata keçirir. Bu, bir tendensiyadır".

Baş icraçı direktor qeyd edib ki, şirkətin istər mobil danışıq, istərsə də mobil internet seqmentində azalma müşahidə olunur: "Ümumiyyətlə, SMS-lər bir seqment kimi yox səviyyəsinə enib. Abunəçilər əlavə yükləmələrin sayını da azaldırlar".

Geri qayıt