Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi – 35-40 milyon manatlıq müəmma
Tarix: 18-11-2015, 09:06 | Çap et
Noyabrın 15-dən etibarən Azərbaycanda qış rejiminə keçid edilsə də, Bakıda mənzillərə istilik verilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Hazırda paytaxtın bir neçə yerində sakinlər evlərində istiliyin olmamasından narazılıq edirlər.
Artıq vətəndaşların narazılığı KİV-ə də sızır. Son iki gündə bir çox mətbuat orqanlarında cavabdeh quruma - "Azəristiliktəchizat" ASC-yə qarşı şikayətlər yer alıb.
Qaynar.info-nun məlumatına görə, hələ 20 gün öncə "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qurumun qışa tam hazır olduğunu bildirib. İstilik təchizatlarının yoxlanılması prosesinin yekunlaşıb-yekunlaşmaması barədə danışarkən R.Əliyev hər şeyin qaydasında olduğunu və qış mövsümünə tam hazır olduqlarını deyib. Sitat: "Biz demək olar ki, aprelin 15-də istilik mövsümü bitərkən bütün xətlərimizi yoxlamışıq. Harada sıradan çıxan yaxud da ki, qış mövsümündə problem yarada biləcək hissələr vardısa onlarda əsaslı təmir işlərini aparıb başa çatdırmışıq. Yəni ”Azəristiliktəchizat"ın elə də bir ciddi problemi yoxdur".
Amma qış rejiminə keçidin ilk iki günündə yaranan mənzərə ASC rəsmisinin dediklərinə şübhə ilə yanaşmağa əsas verir. Eyni zamanda qarşıdakı qış aylarında Bakı sakinlərini istilik sarıdan ciddi sınaq gözlədiyinə dair ehtimalları qüvvətləndirir. Əvvəlki illərdə olduğu kimi!
Qaynar.info-nun araşdırmasına görə, təkcə 2012-ci ilin dövlət büdcəsində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təczihatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə bu məqsədlə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-cu illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb.
Başqa bir hesablamaya görə, 2008-2013-cü illərdə dövlət büdcəsindən istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Üst-üstə yaranan 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir.
Son illərdə də Azərbaycanda, o cümlədən, paytaxt Bakıda istilik sisteminin yenidən qurulmasına və təmirinə on milyonlarla manat ayrılmaqda daavm edib. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir.
Bununla belə, Bakı da daxil olmaqla, ölkə boyu vətəndaşların qış aylarında istilik sarıdan ciddi problemlər yaşaması yalnız bir ehtimalı qüvvətləndirir: "Azəristiliktəchizat” ASC-də ayrılan büdcə pullarının şəffaf şəkildə, təyinatı üzrə xərclənməsi şübhə altındadır.
Əks halda külli miqdarda dövlət vəsaitinin yönəldildiyi istilik sistemi niyə qış rejiminə keçidin ilk günündəcə vətəndaşların narazılıqlarına səbəb olsun?!
Əslində bu şübhə ötən il rəsmi təsdiqini tapmışdı: məlum olmuşdu ki, adıçəkilən ASC əhaliyə mənzillərin qızdırılması ilə bağlı normal xidmət göstərmədiyi halda, büdcədən mənimsədiyi vəsait milyonlarladır. Belə ki, Hesablama Palatasının 2013-cü il üzrə apardığı audit zamanı ASC-də 1,2 milyon manatlıq korrupsiya fakt üzə çıxarıldı. Həmin nəhəng məbləğin 35,7 min manatı ayrılan subsidiyalardan mənimsənilib. Qalan yeyinti isə təmir-tikinti xərcləmələrində baş verib.
Daha bir xatırlatma: hələ 2012-ci ilin dekabrında deputat Adil Əliyev Milli Məclisin iclasındakı çıxışında millət vəkili seçildiyi Nərimanov rayonunda 200 binanın istiliksiz qaldığını söyləmiş və əlavə etmişdi: "Bu səhər insanlar məni işə gəlməyə qoymiurdular. Onlar evlərində soyuqdan donurlar. "Azəristiliktəchizat” ASC-yə böyük həcmdə vəsait ayrılsa da, ortada iş yoxdur. Qərargahımın qarşısına insanlar toplaşırlar, ora gedə bilmirəm. Dəfələrlə rəsmi müraciət etmişəm, nəticə yoxdur. "Azəristiliktəchizat” ASC ilə bağlı Hesablama Komitəsinə də müraciət edəcəyəm. Əgər problem yeni olsaydı, susmaq olardı. Bu problem illərdir davam edir”.
O vaxt YAP-dan olan deputat Siyavuş Novruzov həmkarını dəstəkləmış, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə məsələnin araşdırılacağını bildirmişdi.
Adil Əliyev bununla da kifayətlənməmiş, Yaşar Həsənovun sədri olduğu "Azəristiliktəchizat” ASC-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşdığını açıqlamışdı.
Amma belə görünür, hətta Milli Məclis səviyyəsində müzakirələr də adıçəkilən ASC-nin öz fəaliyyətində müsbət dönüş yaratmasına gətirib çıxarmayıb. "Azəristilik” hələ də "korrupsiya tavasında” YANAN MİLYONLARLA MANAT sayəsində DONAN MİNLƏRLƏ AİLƏ-nin narazılıq və şikayətlərinin əsas ünvanlarından biri olaraq qalır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
|