Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                 

Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi... - Məmuru iclasda tənqid etdi və...
Tarix: 5-05-2015, 12:45 | Çap et
Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi...
Redaksiyamıza Qazax rayonunun I Şıxlı kənd sakini, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü Məmmədov Telman Nizaməddin oğlunun şikayət məktubu daxil olub. Şikayətçi Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən ailəsinin və özünün şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir. T.Məmmədov daha sonra yazır: “2013-cü il yanvarın 16-da Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci il üçün illik hesabat iclası keçirilirdi. Həmin iclasda 50 nəfərə yaxın kənd sakini, o cümlədən mən də iştirak edirdim.
İclasda Qazax rayon İHB-nin I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev çıxış edərək illik hesabat verdi. Sonra söz iclas iştirakçılarına verildi. Mən də çıxış edərək, kəndin problemlərindən, M.Abdullayevin işdə buraxdığı nöqsanlardan, yol verdiyi qanun pozuntularından danışdım. Konkret olaraq M.Abdullayevin vətəndaşları evində qəbul etdiyini, dövlətin möhürünü evində saxladığını, ona görə də vətəndaşların adi bir arayış almaqda çətinlik çəkdiyini, onların günlərlə M.Abdullayevi axtara-axtara qaldıqlarını bildirdim. Həmçinin torpaqlarımızın 20 faizinin işğal olunduğunu, o cümlədən Qazax rayonunun bir neçə kəndi işğal altında olduğu bir vaxtda M.Abdullayevin bilərəkdən fiziki cəhətdən sağlam olan oğlu Emil Abdullayevi hərbi xidmətə yararsız hesab etdirməklə onu xidmətdən yayındırdığını, bütün bunlar azmış kimi, E.Abdullayevin mənəvi haqqı olmadığı halda, əynində hərbi forma klipə çəkildiyini söylədim. Eləcə də M.Abdullayevin dövlət qulluğunda çalışmaqla kənddə yaşayan çağırışçıların siyahısını rayon Hərbi Çağırış və Səfərbərlik şöbəsinə özünün təqdim etdiyini vurğuladım. Çıxışımın sonunda isə M.Abdullayevin il ərzində gördüyü işlərə qeyri-kafi qiymət verilməsini təklif etdim”.
T.Məmmədovun sözlərinə görə, onun çıxışından sonra M.Abdullayev çoxsaylı iclas iştirakçıları qarşısında ona rişxənd və kinayə ilə “boşboğazlıq etməkdənsə, sən get, arvadının dərdini çək, qayğısına qal, həm də ki, nə qədər istəyirsiniz danışın, yazın, heç kəs mənə heç nə edə bilməyəcək, yaza-yaza durun” deyib.
Şikayətçi hesab edir ki, M.Abdullayevin bu hərəkəti nəticəsində arzu olunmaz vəziyyətə düşüb, ona mənəvi iztirablar formasında mənəvi zərər dəyib. Belə ki, iclasda M.Abdullayevin “sən get, arvadının dərdini çək, qayğısına qal” sözlərinin təsiri altında o, uzun illər bir yerdə yaşadığı, kənd istimaiyyəti arasında özünəməxsus ləyaqəti və hörməti olan həyat yoldaşına şübhə ilə yanaşıb, eyni zamanda həmin iclasda iştirak edən kənd əhalisinin sual dolu baxışları qarşısında əzilib. M.Abdullayevin heç bir vəchlə bağışlanmayan bu ifadələri nəticəsində onun ailəsində yersiz söz-söhbətlər, narazılıqlar yaranıb. Bu sözlərdən sonra T.Məmmədov bir müddət kənd əhalisi arasına çıxa bilməyib, sanki bu sözlər doğru imiş kimi əzab və iztirablar keçirərək, onda ruh düşkünlüyü yaranıb. Halbuki onun həyat yoldaşı evdar qadın olmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, vətənə elmli, ləyaqətli övladlar tərbiyə edib. T.Məmmədov yazır ki, onun ailəsində yaranmış bu ziddiyyətin, onun və ailəsinin keçirdiyi mənəvi sarsıntıların səbəbkarı M.Abdullayevin iclasda ona dediyi kinayəli sözlər olub.
T.Məmmədov baş vermiş hadisədən sonra xeyli müddət göxləyib ki, M.Abdullayev bəlkə öz səhvini başa düşüb ondan üzr istəyər. Ancaq M.Abdullayev bu istiqamətdə heç bir addım atmayıb. Belə olan halda, T.Məmmədov məhkəməyə müraciət edib. O, Qazax rayon Məhkəməsində Abdullayev Mübariz Xanbaba oğluna qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, təkzib edilməsi və mənəvi zərər tələbinə dair mülki iddia qaldırıb.
T.Məmmədov cavabdeh M.Abdullayev tərəfindən “Hörmətli Telman müəllim! Mənim Sizin barənizdə təhqir və böhtan xarakterli ifadələr söylədiyimə görə üzr istəyirəm. Sizin şərəf və ləyaqətinizi ləkələyən ifadələrə görə Sizi tanıyan bütün şəxslər qarşısında Sizdən dönə-dönə üzr istəyirəm. Məni bağışlayın!” kimi ifadə olunan məzmunda üzr istəməsi və təkzib verilməsi, cavabdehdən onun xeyrinə 30 min manat (mənəvi zərərə görə təzminat) və ödədiyi 20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.
İşə baxan Qazax rayon Məhkəməsinin hakimi E.Cəbiyev 29 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlunun iddiaçı Məmmədov Telman Nizaməddin oğlundan şifahi şəkildə yuxarıda qeyd olunan formada üzr istəməsi, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan mənəvi zərərə görə 3 min manat məbləğində pulun alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsini qət edib.
Ancaq Abdullayev Mübariz Xanbaba oğlu Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, iş üzrə Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsi vurulmuş mənəvi ziyana görə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan 3 min manat pulun alınaraq iddiaçı Məmmədov Telman Nizaməddin oğluna ödənilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ 1500 manat məbləğində müəyyən edilib. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb.
Bundan sonra iddiaçı Məmmədov Telman Nizaməddin oğlu və cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti veriblər.
Ali Məhkəmənin Mülki Kollegiyası 10 dekabr 2014-cü il tarixdə tərəflərin kassasiya şikayətləri üzrə işə baxaraq Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb.
T.Məmmədov yazır ki, icra nümayəndəsi M.Abdullayev vəzifəsindən sui-istifadə edərək, kənddə at oynadır, dövlət adından çıxarılan məhkəmə qərarlarını icra etmir. Odur ki, icra nümayəndəsi tərəfindən şərəf və ləyaqəti təhqir olunmuş şikayətçi üzləşdiyi problemin ictimailəşdirilməsini və müvafiq qurumların diqqətinə çatdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsinə kömək etməyimizi xahiş edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
\\ tezadlar.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Dünən, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Dünən, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Dünən, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Dünən, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Dünən, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Dünən, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Dünən, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Dünən, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Dünən, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru