Keçmiş nazirlə bağlı ilginc faktlar seriyası... - Səfər Əbiyevin dəyəri 100 milyonlarla ölçülən mülklərinin siyahısı…
Tarix: 10-04-2015, 17:28 | Çap et
Səfər Əbiyev. Yəqin bu ad hər kəsə yaxşı tanışdır. Axı, necə də tanış olmasın. O, nə az, nə çox düz 18 il ölkənin müdafiə naziri postunda təmsil olunub. Odur ki, onun adı hələ uzun illər mətbuatda müzakirə olunan bir sıra mühüm məsələlərin əsas siması qismində səsləndiriləcək. Çünki general-polkovnik Səfər Əbiyevin zamanında Azərbaycan ordusunda xidmət keçən bir çox təcrübəli, peşəkar zabit və gizir heyəti əsassız ittihamların qurbanı olub, nəticədə həmin şəxslər müxtəlif bəhanələrlə silahlı qüvvələrin sıralarından xaric ediliblər.
Səfər Əbiyev haqda qısa məlumat verərkən qeyd etmək istərdik ki, 1950-ci il təvəllüdlü sabiq müdafiə naziri 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləyib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci ildən 2013-cü il oktyabrın 22-dək isə müdafiə naziri vəzifəsində çalışıb. Gördüyünüz kimi, Səfər Əbiyev müxtəlif illərdə müxtəlif vəzifələrdə təmsil olunsa da, əksər hərbi ekspertlər, eləcə də birinci Qarabağ savaşında iştirak etmiş veteranlar onu döyüş yolu keçmiş general kimi qiymətləndirmirlər. Yəni o, daha çox kabinet generalı kimi xarakterizə olunur…
Sabiq nazirin adı təcrübəli, peşəkar polkovnik Cahangir Rüstəmovun ölümündə hallanır
Bu arada, indiyədək Səfər Əbiyevin adının bir sıra xoşagəlməz, eləcə də qaranlıq məqamlarda hallandığını deyən məlumatlı şəxsin sözlərinə görə, 1994-cü il mart ayının 28-də Gədəbəyin Şınıx kəndində mina partlayışı zamanı həlak olan təcrübəli, peşəkar polkovnik Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmov atasının ölümündə sabiq müdafiə nazirini ittiham edib. Belə ki, Cahangir Rüstəmovla Səfər Əbiyevin (həmin vaxt o, korpus komandiri idi-red.) münasibətlərinin kəskin olduğunu vurğulayan Faiq Rüstəmov atasının zəhərləndiyini də qeyd edib: "O dövrlərdə atam korpus komandiri Səfər Əbiyevdən narazılıq edirdi. Deyirdi ki, işlərə, mühüm döyüş əməliyyatlarının keçirilməsinə mane olur. 1993-cü ilin noyabr-dekabr aylarından birində xəbər gəldi ki, qərargah rəisi Nadir Qasımov səni çağırır. Qərargaha daxil olanda növbətçi dedi ki, komandirin otağına keç. Atamın kabinetinə keçdim, onu yataqda gördüm, ağzından köpük gəlirdi. Bu, zəhərlənmə idi, onu zəhərləmişdilər. Gədəbəyin Poladlı kəndindən olan zabit həkim atama ilk yardım göstərdi. Şəmkirdən tibbi briqada gəldi. Yardım göstərdilər, atamı Şəmkirdəki xəstəxanaya apardılar. 1 gün orada, 1 gün də evdə yatandan sonra yenidən hərbi hissəyə qayıtdı. Səfər Əbiyev nazir gedəndən az sonra qərargah rəisi Nadir Qasımovu özünə köməkçi apardı. Atam zəhərlənəndən sonra daim yanında olan 2 əsgəri uzaqlaşdırıb. Həmin əsgərlər onun cangüdənləri idi. Onları uzaqlaşdırmasının səbəbini demirdi. Amma təxmin eləyirdik ki, o, nədənsə şübhələnir… Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanışetməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm". Bundan başqa, Faiq Rüstəmov bildirib ki, atasına sui-qəsddən sonra baş verənlər də bu əminliyi artırır: "1994-cü ilin aprelində mərhum prezident Heydər Əliyev atama ölümündən sonra "Azərbaycan bayrağı" ordeni verilməsi haqda fərman vermişdi. Ordenin təqdimetmə mərasimi 1995 və ya 96-cı ilə təsadüf etmişdi. Həmin vaxt Səfər Əbiyev artıq müdafiə naziri idi. Ordeni Heydər Əliyev anama təqdim etmişdi. Anam mərhum prezidentdən xahiş etmişdi ki, onu təklikdə qəbul edib dinləsin. Heydər Əliyev göstəriş vermişdi ki, anamı qəbula yazsınlar. Anam qəbula getmişdi, Səfər Əbiyev və bir başqası orada anamın qoluna girib bir maşına əyləşdirməklə birbaşa "20 Yanvar"a apartdırıb, oradan da rayona yola salmışdılar. Anam danışmışdı ki, atama sui-qəsddən sonra evimizə bir nəfər həyat yoldaşı ilə gəlib. Həmin şəxs deyib ki, işi aparan müstəntiqdir, yanındakı qadın isə həyat yoldaşıdır. Xahiş eləmişdi ki, işin araşdırılmasını tələb etməsin. Demişdi ki, 3 oğlum var, onlar da, mən də yazığam…"
Səfər Əbiyevi, xanımını və oğlanlarını Çexiya ilə bağlayan nədir?
Nəzərinizə çatdıraq ki, Səfər Əbiyev tutduğu vəzifədən azad edildikdən sonra mətbuatda onun barəsində bir sıra məlumatlar dolaşmağa başladı. Həmin informasiyada bildirilir ki, sabiq nazir yeni ili Çexiyada aldığı mülkdə qeyd edib. Bu və digər məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən mənbənin sözlərinə görə, səfər Əbiyeviin ikili vətəndaşlığı var. Yəni o, Azərbaycanla bərabər Çexiyanın da vətəndaşıdır: "Səfər Əbiyevin lap əvvəldən bu ölkə ilə əlaqələrinin olduğu, tez-tez Praqaya gedib-gəldiyi, hətta Çexiyanın Karlovı-Varı bölgəsində malikanəyə sahibləndiyi artıq çoxlarına bəllidir. O, nazir postundan kənarlaşdırılandan sonra isə bu ölkəyə daha intensiv səfər etməyə başlayıb. Qeyd edim ki, Səfər Əbiyevin iki oğlu var: Ruslan və Roman. Böyük oğlu Ruslan Əbiyev vergi orqanlarında işləyir. Kiçik oğlu Roman Əbiyev isə prokurorluq sisteminin işçisidir. Onların hər ikisinin də Çexiya ilə sıx əlaqələri mövcuddur. Bundan başqa, çex saytlarında çıxan məlumatlarda Dilarə, İana və Ruslan Əbiyevlərin adına daşınmaz əmlak çıxır. Heç şübhəsiz ki, sabiq nazirin həyat yoldaşının daha əvvəldən Çexiya vətəndaşı olması haqda xəbərlərin yayılması da bu iddiaları gücləndirir".
General-polkovnik büdcədən ayrılan külli miqdarda vəsaiti hansı yolla mənimsəyib?
Səfər Əbiyevin sahib olduğu sərvətə gəlincə, məlumatlı şəxs bildirir ki, sabiq nazir Müdafiə Nazirliyinin geyim şifarişlərini öz nəzarətində saxlayır: "Hazırda Bakı Əyrici Toxucu fabrikini və Bakı Tikiş fabrikini (keçmiş Volodarskiy fabriki) Səfər Əbiyev himayə edir. "Baki Əyirici Toxucu" ASC artıq xeyli müddətdir ki, Səfər Əbiyevin nəzarətinə keçib. Elə buna görə də, geyim sifarişlərinin əsas hissəsi uzun illərdir bu fabrikə verilir. Belə ki, Müdafiə Nazirliyinin 30 LOT-dan ibarət olan sifarışləri bu fabriklər arasında bölünür. Bütün LOT-lar ya laboratoriya vasitəsi ilə, ya da əvvəlcədən razılaşdırılmış tender keçirilməsi yolu ilə yuxarıda adları çəkilən fabriklər arasında bölünür. Bu fabriklərdə istehsal olunan hərbi geyimlərin qiymətləri ikiqat artırılır və orduya, dövlətə külli miqdarda ziyan vurulur. Sabiq nazirin qardaşı Rüstəm Əbiyevin "Baki Əyirici-Toxucu" ASC-də direktor müavini olması Səfər Əbiyevin gizli əməliyyatlarının üstünün açılmasına, ona yönəlik ittihamlara səbəb olduğundan sonradan qardaşını oradan uzaqlaşdırıb. Bununla belə müəssisənin direktorları hər zaman Səfər Əbiyevin göstərişlərini icra ediblər". Mənbənin sözlərinə görə, son 10 ildə bu müəssisənin Müdafiə Nazirliyinin tenderlərində qalib gəlməsi adı ilə onun bank hesabına o qədər böyük məbləğdə pullar köçürülüb ki, artıq onların sayı-hesabı da itib: "Bunların əksəriyyəti də malsız, yəni Müdafiə Nazirliyi üçün heç bir ləvazimat istehsal edilməyən əməliyyatlar olub. "Baki Əyirici-Toxucu" ASC-nin Müdafiə Nazirliyi üçün neçə illərdir istehsal olunan mallarına əlavə dəyər vergisi dövlətə ödənilməyib. Bununla bağlı büdcədən ayrılan külli miqdarda vəsait mənimsənilib və bütün bunlar Səfər Əbiyevin büdcəsinə gedib".
Səfər Əbiyevin dəyəri 100 milyonlarla ölçülən mülklərinin siyahısı…
Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirdiyini iddia edən məlumatlı şəxs qeyd edir ki, general-polkovnikin Bakıda və əyalətlərdə əzəmətli villaları, bahalı mülkləri və gəlirli biznes obyektləri var: "Misal olaraq Hərbi Akademiyanın qarşısındakı qoşa villanı, Həsən Əliyev küçəsindəki möhtəşəm villanı, Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villaları, "Şüşəli bazar"ın arxasındakı villanı, Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villaları, Xəzər rayonu, Şimal DRES ərazisində möhtəşəm villanı, Qubadakı 100 hektardan çox torpaq sahəsini göstərmək olar. Səfər Əbiyevin sərvəti bunlarla yekunlaşmır. Onun əmlaklarının qiyməti 100 milyonlarla ölçülür. Keçmiş nazirin Hərbi Akademiya ilə üzbəüz çoxmərtəbəli qoşa villanın həyətində böyük avtomobil parkı var. Orada 30-dan artıq bahalı avtomobil saxlanılır. Bundan başqa, sabiq nazirin Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada 4 otaqlı bir neçə mənzili, "Avropa" hotelinin yanındakı çoxmərtəbəli binada 5 mənzili, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binası, Səməd Vurğun küçəsində villası və çoxmərtəbəli binada mənzilləri, "Sahil" metrostansiyasının yanında çoxmərtəbəli binada mənzilləri, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaları, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketlər, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı var. Hələ bu, harasıdır. Mətbuatda İsa Nəcəfova məxsus olduğu iddia edilən "Tusi" Klinikası da əslində Səfər Əbiyevin obyektlərindən biridir".
Məlumatlı şəxs iddia edir ki, əgər bütün bunlar aidiyyət qurumlar tərəfindən obyektiv şəkildə araşdırılarsa, o zaman Səfər Əbiyevin müdafiə naziri postunda çalışdığı dönəmdə yol verdiyi bir çox nöqsanlar, uğursuz kadr islahatları, yeyinti halları, özbaşınalıqlar aşkarlana, həmçinin indiyədək geniş auditoriyaya bəlli olmayan bəzi mətləblərə aydınlıq gətirilə bilər: "Şübhəsiz əgər bu, baş verərsə, onda sabiq nazirin törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsi məsələsi də gündəmə gələ, nəticədə isə onun həbsi reallaşa bilər. Çünki ortada bunun üçün kifayət qədər fakt, arqument var…"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
|