"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                 

"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar - Zərər verən də, zərər çəkən də narazıdır...
Tarix: 29-11-2014, 12:35 | Çap et
"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar
Vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli
şəxsləri barəsində çıxarılan hökm məhkəmələri dolaşır...
Bu günlərdə ofisimdə olan Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə hökmündə zərərçəkmiş kimi tanınan Qasımova Gülşən İbrahim qızı şirkətin direktoru Elman Tağıyevin vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə onun həyat yoldaşından 36 min manat pulu alaraq mənimsəməsindən danışdı. Zərərçəkən bildirdi ki, valideynlərilə birlikdə Ağdam şəhərinin işğalından sonra, 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıblar. Onun sözlərinə görə, 2004-cü ildə Qasımov Sənan İsmayıl oğlu ilə birgə nikaha daxil olub, 2004-cü ildən 2010-cu ilə qədər qayınanası ilə birlikdə yaşayıblar: “Ailəmiz böyüdükcə (övladlarımız dünyaya gəldikcə) ailə-məişət vəziyyətimiz çətinləşirdi.
Belə ki, mən, həyat yoldaşım, iki övladım və qayınanam darısqal evdə yaşamağa məcbur idik. Şəraitimizi yaxşılaşdırmaq məqsədilə həyat yoldaşımla Bakı şəhəri, Xətai rayonunda yerləşən ikiotaqlı mənzili satmaq qərarına gəldik. Ancaq əvvəlcədən “Birlik İnşaat” MMC-nin direktoru ilə yeni tikdikləri binadan mənzil almaq barəsində razılığa gəldik. Bundan sonra mənzilimizi sataraq 2010-cu il aprelin 28-də həyat yoldaşım Qasımov Sənan İsmayıl oğlu və onun İsmayıl adlı dostunun iştirakı ilə 36 min manat pulu “Birlik İnşaat” MMC-nin direktoruna verərək, aramızda “Birlik İnşaat” MMC-nin Bakı şəhəri, R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa etdiyi 15 mərtəbəli binanın birinci mərtəbəsində 86,7 kvadratmetr yaşayış sahəsi olan 7 saylı mənzilin bizə verilməsi barədə müqavilə bağlandı”.
İki azyaşlı övladından birinin ürək qüsurlu doğulduğunu və bu səbəbdən də müalicəyə ehtiyacı olduğunu deyən G.Qasımovanın sözlərinə görə, mənzillərini satdıqdan sonra həyat yoldaşı Rusiyaya işləməyə gedib: “Mən isə iki azyaşlı uşağımla Bakının Nərimanov rayonundakı Əlyar Əliyev küçəsi, 26 A ünvanında yerləşən “Taxıl Məhsulları Kombinatı”nın “Tikinti Quraşdırma” İdarəsinin yataqxanasında məskunlaşan anamgilə köçərək bir otaqda 5 nəfərlə birlikdə yaşamağa məcbur olduq. Qayınanam isə iki yaşlı qadınla (ucuz olsun deyə) kirayə tutduğu mənzildə yaşamalı oldu. Fikirləşirdik ki, müvəqqəti çətinlikdən sonra tezliklə təzə mənzilimizə köçəcəyik. Amma “Birlik İnşaat” MMC-nin direktoru rəsmi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, onu kobud şəkildə pozdu. Hətta sonra məlum oldu ki, o, bizə satdığı mənzili daha iki şəxsə satıb. O gündən təkcə maddi deyil, mənən də sarsıldıq. İndi neçə ildir ki, ailəmiz pərən-pərən düşüb”.
G.Qasımova qeyd etdi ki, “Birlik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə pulları mənimsənilən vətəndaşlar aidiyyəti dövlət qurumlarına şikayət ediblər. Nəticədə, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Həmin ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra direktor 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.
İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş direktor və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi 2014-cü il mayın 30-da başa çatıb.
Hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib...
Amma onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzlənib. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə dünyasını dəyişib. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilib ki, 543 nəfərin təxminən 95-96 faizi pullarını birbaşa direktora, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş üç nəfərə verib.
Aldanaraq evlərinin satıldığını və hazırda anasıgildə darısqal, şəraitsiz bir otaqda ağır köçkün həyatı yaşadığını, ağır ürək qüsurlu övladının əziyyət çəkdiyini bir daha xatırladan G.Qasımova onların və digər vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri barəsində çıxarılan və məhkəmələrdə dolaşan hökmün tezliklə icrasına başlanılacağını ümidlə gözləyir. G.Qasımovanın mənə təqdim etdiyi dövlət başçısına ünvanlı müraciəti və Bakı Ağır Cinayətlər Məhkəməsinin “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər barədə çıxardığı hökm barədə növbəti yazımda bəhs edəcəyəm.
Qeyd edim ki, bu il noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bəzi sənədlərin düzgün olmaması müəyyən edilib. Apellyasiya şikayətinin tam müəyyən edilməsi üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bəzi sənədlərə qeydlər aparılandan sonra apellyasiya instansiyasında işə yenidən baxılacaq.
***
Bir daha xatırladıram ki, istintaq araşdırması zamanı “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, baş mühasibi, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib. Bundan başqa, məlum olub ki, “Birlik-İnşaat” MMC vergidən də yayınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Soltan Məhərrəmov 14 il, Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, direktor isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən Eyvaz Fərəcovun vəfat etməsi ilə bağlı olaraq onun barəsində olan cinayət işinə xitam verilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
(Davamı var)

Salman Bağırov,
hüquqşünas
\\ tezadlar.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru