Dövlət Torpaq Komitəsi özü özünü məhkəməyə verib - Torpaq sahəsi saxta sənədlərlə mənimsənilib
Tarix: 14-11-2014, 14:33 | Çap et
Ağcabədi şəhəri, Əli Talıbov küçəsi, ev-77-nin sakini, şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən Baş Prokuror Zakir Qaralova, surəti “Təzadlar” qəzetinə ünvanlı şikayət məktubu daxil olub. Redaksiya həmin şikayəti araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün dəfələrlə cəhd etsə də, təəssüflər olsun ki, qarşı tərəf- DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazır olduğumuzu bildirməklə, aşağıda şəhid ailəsinin Baş prokurora ünvanlı şikayətini ixtisarla təqdim edirik: Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova! Hörmətli cənab Baş Prokuror! Bildirirəm ki, mən şəhid ailəsiyəm. Həyat yoldaşım Əli Talıbov Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, həyat yoldaşımın şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS İcraiyyə Komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) alıb. Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb. Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir, çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir. Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməyimə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb. Görünür hansısa havadarına və ya nəyəsə görə ona “gözün üstə qaşın var” deyən tapılmır, ona görə də Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir. Hörmətli Zakir müəllim! Mən bir şəhid ailəsi kimi Sizə mətbuat vasitəsi ilə müraciət edərək, Şəhid ailəsinin üzləşdiyi qanunsuzluğun, özbaşnalığın aradan qaldırılmasına və DSMF-nun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev və ona bu qanunsuz əməldə dəstək verənlər barəsində qanuni tədbir görülməsinə, DSMF-nin Laçın rayon şöbəsində obyektiv və əsaslı yoxlamalar aparılmasına, həmçinin mənə yardım etmələrini acızanə şəkildə xahiş edirəm. İnanıram ki, tezliklə ailəmizə qarşı edilən haqsızlığın müəllifi cəzalandırılacaq, insan haqlarına hörmətin ifadəsi ortaya qoyulacaq.
Qarşı tərəf özünü nədə haqlı sayır?
Şikayət məktubunda qeyd olunan sərt ittihamlara (həmin ittihamlar hələki hüquqi müstəvidə sübut olunmadığı üçün mətndən çıxarılıb) cavab almaq üçün ittiham olunan tərəflə - Ramiz Mehdiyevlə əlaqə saxladıq. O, bu məsələdə haqlı saydı və qeyd olunan torpaq sahəsinin ona məxsus olması barədə bəzi arqumentlər səsləndirdi. Bizim də ona bir neçə sualımız oldu: - Ramiz müəllim, borcumuz qarşı tərəfi dinləməkdir... Amma analoqu olmayan bir fakt ortadadır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz qərarını ləğv etdirmək üçün məhkəməyə müraciət edib Bu isə o demədir ki, həmin torpaq sahəsinin sizə məxsus olması barədə Komitədən verilmiş kadastr planı və digər xəritə sənədləri texniki səhvdir, ləğv edilməlidir. Bildiyimiz kimi, bu iş Şirvan İnzibati-İqtisad Məhkəməsində baxılır... - Bli, bu iş məhkəmədə baxılır, amma mənim də əlimdə sənəd var... *** Sonra belə qərara gəlindi ki, əməkdaşımız Ağcabədiyə və Laçın rayonuna (“Taxta körpü”) ezam olunsun, şikayətçini də dinləyərək faktı yerində araşdırsın... Növbəti yazıda bu barədə ətraflı məlumat veriləcək. - Bəs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Ramiz Mehdiyevə saxta sənədləri kim verib? - Komitə sədri Qərib Məmmədovun bunlardan xəbəri olubmu? - Böyük qalmaqala səbəb olmuş saxta sənədi verən komitə əməkdaşı niyə cəzalandırılmayıb? (Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|