Tünzalə Ağayeva döymə xəbərinə təəccüblənib
Tarix: 9-07-2014, 12:40 |
Çap et
Əməkdar artist Tünzalə Ağayevanın qolundakı döymə ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, müğənni “Şou+” verilişinə açıqlamasında həmin şəkil haqqındakı yazılara təəccübləndiyini deyib:
“Bir mahnı yazıram, təqdim edirəm, belə ajiotaj yaratmır. Qolumdakı gül-çiçək döyməsi barədə yazı o qədər insan tərəfindən oxunub ki... Təəccübləndim. Bu qədər işim qalıb bir kənarda, həmin şəkil insanların diqqətindədir”.
Xatırladaq ki, əməkdar artist qolundakı Şəms Təbrizinin "Dünya da dəyişər" sözlərini sildirərək, onun yerinə gül şəkli döydürmüşdü.