"Hüseyn Dəryanın xanımı Sonanı da ölüm gözləyir" - Bu iddia çox danışılacaq
Tarix: 30-05-2014, 12:20 |
Çap et
Bu il martın 15-də dünyasını dəyişmiş tanınmış reper Hüseyn Dəryanın ölüm xəbəri hər kəsi sarsıtdı
Ən çox Dəryanın gözlənilməz ölümünün doğmalarını sarsıtdığı deyildi. Bu ölüm xəbəri barədə müxtəlif söz-söhbətlər yayıldı. Kimi Dəryanın narkotik vasitə qəbul etdiyini, kimi ona cadu olunduğunu, kimi də Dəryanın bilərəkdən öldürüldüyünü və bu ölümün öncədən planlaşdırıldığını dedi. Aeroport yolunda "Opel" markalı avtomobillə "KamAZ" markalı yük maşının toqquşması ilə nəticələnən qəzada həyatını itirən Hüseyn Dəryanın ölüm xəbərinin əsl səbəbi deyəsən indi bəlli olub.
Tanınmış ekstrasens Aqil Məhərrəmovun mövqe.az saytına bu ölüm xəbəri ilə bağlı dedikləri əsl şok yaradacaq. A.Məhərrəmovun dediklərini olduğu kimi sizlərə təqdim edirik: "Hüseyn Dəryanın ölümü üçün cadu edən birinci həyat yoldaşıdır. Hüseyn Dəryanın şəklini qəbristanlıqda basdırıblar. Səbəb də o olub ki, Hüseyn özü o xanımdan ayrılıb, onu atdığı üçün o xanım bunu qəbul edə bilməyib. Hüseyn və Sonanın toy şəklinə cadu olunub və Bakıxanov qəbristanlığında basdırılıb.
Hüseyn Dərya hətta özü də bilirdi ki, onda cadu var və o özü də bu cadunu təmizlətdirmək üçün falçıya müraciət etmişdi. Həmin adam onun tam cadusunu təmizləməmişdi. Sonra H.Dərya mənə müraciət etmişdi. Ancaq alınmadı, görüşə bilmədik onunla... Çünki mən Rusiyada idim. Bu çox-çox düz xəbərdir. Mən əminliklə deyirəm bunu... Həmin cadu hal-hazırda Dəryanın ikinci xanımına da təsir edir. Eyni stiuasiyada o da Dərya kimi vəfat edə bilər. Sonanı ölüm gözləyir. Çünki Hüseyn Dərya ikinci həyat yoldaşını həqiqətən çox sevib, evlənib. Amma birinci həyat yoldaşı ilə Dərya ailəsinin təkidi ilə evlənib".