Rusiyanın paytaxtı Moskvada dezinformasiya ilə mübarizə üzrə beynəlxalq forum keçirilib.
"DİA-AZ"ın xəbərinə görə, "Feyklər barədə dialoq 2.0" forumu çərçivəsində yalan məlumatların yayılması və onunla mübarizə üsulları müzakirə olunub.
Foruma 65 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Argentina, Uruqvay, Peru, Fransa, İrlandiya, İspaniya, İtaliya, Niderland, İsveçrə, Avstriya, Böyük Britaniya, Almaniya, Koreya Respublikası, Sinqapur, Pakistan, Hindistan, İran, Türkiyə, Çin, Nigeriya, Seneqal və Misirdən 1 000-dən çox iştirakçı qatılıb.
Azərbaycanı tədbirdə "Global Media Group", daha dəqiq, "Baku TV RU" kanalı təmsil edib. Məruzəçi qismində "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı çıxış edib.