İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                 

“Çilik-çilik” olan “Azərşüşə”… - ARAŞDIRMA
Tarix: 4-03-2022, 09:38 | Çap et
“Çilik-çilik” olan “Azərşüşə”…
Ötən il sentyabrın 23-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncamında yer alan 9 müəssisədən biri də “ASK Şüşə” (VÖEN: 1101637151) idi. Sərəncamdan 5 aydan çox vaxt keçsə də vaxtı ilə Azərbaycanın əsas şüşə istehsalçısına müştəri çıxmayıb. 2021-ci ilə qədər ölkənin şüşə materiallarına tələbatı əsasən idxal hesabına ödənilir, sahibkarlar daha çox İran və Rusiya müəssisələrində istehsal olunan məhsullara üstünlük verirlər.
Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən ilin 7 ayında Azərbaycan 42,517 milyon dollar dəyərində şüşə və ondan hazırlanan məmulatlar idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,738 milyon dollar (1,8 %) çoxdur.
Həmin dövrdə Azərbaycanın şüşə və ondan hazırlanan məmulatlar ixracının dəyəri isə cəmi 3,052 milyon dollar olub ki, bu da 1 il əvvələ nisbətən 2,549 milyon dollar (6,1 dəfə) çoxdur. Hesabat dövründə şüşə və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,68 %-ni, ixracı isə ümumi ixracın 0,03 %-ni təşkil edib.
Yaxın tarix
2009-cu ildə “İnter Glass” şirkətinin Azərbaycanda törmə müəssisəsi olan “Brickwork House Construction Ltd” yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb. Şirkətin rəhbəri Fariz Muradov zavodun açılması üçün Beynəlxalq Bankdan 5 milyon avro kredit alıb. “İnter Glass” şirkəti Gürcüstanda və Qırğızıstanda da şüşə zavodu açıb.
“İnter Glass” ASC-nin taleyinə gəlincə, əvvəlcə bütün əmlakı Beynəlxalq Bankın problemli aktivləri kimi “Aqrarkredit”QSC-yə verilib. “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılan “Azərşüşətara” MMC-nin nizamnamə kapitalı 100 milyon manata yaxın idi. Şirkətin qanuni təmsilçisi Şaiq Mirzəyev olub. MMC-nin Müşahidə Şurasına Məhəmmədəli Əfəndiyev, İsmayıl Məmmədov, Bilal Əhmədov daxil olublar.
Daha sonra müəssisənin bütün əmlakı Azərbaycan Sənaye Korporasiyasının tərkibində yaradılmış “ASK Şüşə” MMC-yə ötürülüb. Qeyd edək ki, “ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Bu dəfə onun nizamnamə kapitalı 34 677,5 min manat göstərilib.
Sözügedən MMC Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 25 ünvanında (“İnter Glass” şirkətinin əvvəlki ünvanı-red) yerləşib.
İnternet saytında yerləşdirilən məlumata görə, müəssisənin 22 hektar ərazisi var və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib. Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya və anbardan ibarətdir. Saytda qeyd olunub ki, müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədaxili, müəyyən hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir.
Məlumatda daha sonra qeyd edilir ki, “ASK Şüşə” MMC boş şüşə məmulatlarının istehsalı ilə məşgul olub. Müəssisə şüşə istehsalında illik istehsal gücü 80-85 milyon ədəd şərti şüşə qabdır.
Ötən il yerləşdirilən məlumatda daha sonra bildirilir ki, müəssisədə ümumilikdə 320 nəfərdən çox yerli və xarici mütəxəssis çalışır. Bundan başqa müasir avadanlıqlarda istehsal edilən məhsulun yüksək keyfiyyəti və çəkisinin yüngül olması ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətləri bizimlə iş birliyinə sövq etmişdir. Şirkətin əsas tərəfdaşları ölkənin qida sənayesində fəaliyyət göstərən yerli müəssisələrdir.
Korporasiyanın baş direktoru, deputat Kamran Nəbizadə 2018-ci ildə “ASK” ASC-nin nəzdində olan müəssisələrin modernləşdirilməsindən danışarkən deyib ki, hazırda zavod istehsal gücünün 40%-i ilə işləyir və bu göstərici ildə orta hesabla 40-45 milyon şüşə tara təşkil edir. K.Nəbizadə: “İkinci istehsalat xəttinin tam işə salınması 2019-cu ilin fevral ayına planlaşdırılır. Həmin xəttin fəaliyyəti nəticəsində zavodun istehsal gücünün 90%-ə çatdırılması gözlənilir. Bundan sonra müəssisənin istehsal gücü ildə 95-100 milyon şüşə taraya çatacaq. Yaxın gələcəkdə 2-ci şüşəbişirən sobanın inşası da nəzərdə tutulur və tikinti başa çatdıqdan sonra zavodun illik istehsal gücü 200-210 milyon şüşə tara təşkil edəcək. Yeni soba və istehsalat xəttinin işə düşməsindən sonra yeni iş yerlərinin açılması da gözlənilir”.
Saytda konkret mənfəətə işarə belə vurulmur, yalnız vədlər verilir. Lakin vədlər də çox vaxt özünü doğrultmur. Belə ki, xəttin fevral ayında işə salındığı ilə bağlı ASC-nin veb-resurslarındakı xəbər bölməsində heç bir məlumat yoxdur.

Korporasiya “ASK Şüşə” MMC-nin 2020-ci ildəkə fəaliyyəti ilə bağlı hesabatında “uğurlardan” söhbət açılır.
MMC-dən bildirilib ki, dünyanı cənginə alan COVID-19 pandemiyası şəraitində fəaliyyət göstərən müəssisisə ili uğurla başa vurub. Qeyd edilib ki, 2019-cu ildə “ASK Şüşə” MMC 36 çeşiddə şüşə məmulatları istehsal edib. Məlum çətinliklərə baxmayaraq, müəssisə çeşid palitrasını genişləndirərək, 2020-ci ildə 61 çeşiddə məhsul istehsalına nail olub:
“Əldə olunan nəticələrin statistikası müsbət tendensiyadan xəbər verir. Belə ki, ötən ildə 2019-cu illə müqayisədə şüşə məmulatlarının istehsalı və satışı yüksəlib. 2020–ci ildə müəssisədə 61.997.887 ədəd şüşə istehsal olunub ki, bu da 2019–cu ildəki göstəricidən 24.141.717 ədəd çoxdur.Məhsulun satışı üzrə də rəqəmlərin dinamikası müsbətdir: əgər 2019–cu ildə 34.444.228 ədəd şüşə məmulatı satılıbsa, ötən il 55.422.272 ədəd məhsul bazarda alıcısını tapıb…”
Amma bu “uğurlarda” böyük payı olan “ASK Şüşə” MMC-nin direktoru Fəxrəddin Quliyev ötən il lyulun 9-da vəzifəsindən azad edilib. Onun səlahiyyətləri istehsalat üzrə müavini Səməd Nəbiyevə həvalə olunub. Bu qərardan cəmi 3 ay sonra “ASK Şüşə” MMC ləğv olunaraq özəlləşdirməyə çıxarılıb. Beləliklə cəmi 7-8 il əvvəl 100 milyon manatlıq nizamnamə kapitalı olan müəssisə məhv edilib. Ona məxsus bahalı istehsal avadanlıqlarının taleyinin necə olduğu isə məlum deyil.
Gununsesi.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru