“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                     "Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim" .....                     “Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb .....                 

Polad Bülbüloğlu üçün Eldar Həsənov ssenarisi? - Səfir çamadan ovqatında
Tarix: 14-11-2020, 10:58 | Çap et
Polad Bülbüloğlu üçün Eldar Həsənov ssenarisi?
Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, deyəsən, soyuq şimal ölkəsində “qış yuxusu”na gedib və Azərbaycanın rəsmi mövqeyindən, diplomatiyasından bixəbərdir.

Belə olmasaydı, keçirdiyi mətbuat konfransında hər şeyi üzünə-gözünə bulaşdırmazdı, Ermənistan üçün “kart-blanş” olacaq təklifi ortalığa atmazdı. Səfirin açıqlaması Azərbaycan Prezidentinin milli maraqlar üzərində apardığı qəti iradəsinə qarşı çıxmaq idi.

Azərbaycan 44 gün dişi-dırnağı, qanı-canı ilə torpaqları azad edib, düşməni hərbi kapitulyasiyaya imza atdırıb, bir gülləsiz Laçın, Kəlbəcər və Ağdamı boşaltmağa razı salıb, di gəl ki, Bülbülün oğlu ermənilərin maraqlarına xidmət edəcək mövqedən elə “cəh-cəh” vurur ki, adamın matı-qutu quruyur.

“Yeni Müsavat” bir daha yada salır ki, Rusiyadakı səfirimiz bir diplomata yaraşmayan, Azərbaycanın rəsmi dövlət siyasətini bərbad şəkildə ifadə edən açıqlamalar verib. Belə ki, Bülbüloğlu 9 noyabrda Rusiya helikopterinin Naxçıvan yaxınlığında, Ermənistan ərazisində vurulması ilə bağlı rus dilinin xarakterinə uyğun təxminən belə bir ifadə işlədib: “Müharibədə hər şey ola bilər”.

Bu, o deməkdir ki, ya səfir Azərbaycan XİN-in rəsmi bəyanatından xəbərdar deyil, ya da qəsdən edir, körükləyir. Bu, kimə xidmətdir, cənab səfir? Amma P.Bülbüloğlu dayanmır, daha da irəli gedir, əlavə edir ki, Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər.

Bu açıqlamadan sonra onun Azərbaycanın səfiri funksiyasını icra etməyə heç bir mənəvi haqqı qalmır.

Sitata baxın: “Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir. Bu gün Dağlıq Qarabağın statusu yoxdur. Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.

Əvvəla, kim deyir ki, Azərbaycan qərb bölgəsində yaşayan, rəsmi rəqəmlərə görə 130, qeyri-rəsmi və real olan rəqəmlərə görə isə 60 min erməniyə mədəni muxtariyyət verilməsi məsələsini müzakirə edir?

Əgər Azərbaycan hakimiyyətinin siyasətini müəyyən edən şəxs Prezident İlham Əliyevdirsə, o, 10 noyabr tarixində xalqa müraciətində açıq şəkildə elan etdi: “Nə qədər ki, mən Prezidentəm, heç bir status olmayacaq”.

Heç bir status yoxdur, cənab səfir, müğənni, xalq artisti Polad Bülbüloğlu?! Aydındır? Mədəni muxtariyyət isə status deməkdir. Ona görə də səfirin cavabı ən yüksək səviyyədə gecikmədi. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir.

H.Hacıyevin sözlərinə görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər.

Bu münasibət və rəsmi açıqlama həm də deməyə əsas verir ki, P.Bülbüloğlu Bakıya çağırıla bilər. Özü də çoxdan vaxtı yetişib.

Polad Bülbüloğlu bu xalqın çox böyük sənətkarının oğludur, özü də çox böyük sənətkardır. Amma Azərbaycan əsgərinin qanı-canı bahasına aparılan misilsiz milli siyasəti təmsil etmək imkanına malik olmadığını nümayiş etdirdi. Onun diplomat mandatının ləğvi və çamadanını yığıb Moskva-Bakı reysi ilə geri qayıtması ən optimal addım olardı.

Serbiyada səfir olmuş, hazırda dörd divarlıq hücrədə saxlanan Eldar Həsənovdan fərqli olaraq, Bakıda ahıl ömrünü sakit yaşaması Bülbüloğu üçün ən yaxşı sonluq olardı. Hər halda ölkə rəhbərliyi ictimai rəyi də diqqətlə izləyir. Sosial media platformalarında insanlar, tanınmışlar Rusiyadakı səfirimizi istefaya çağırırlar.

Deputat Elman Nəsirov da “Yeni Müsavat”a qeyd etdi ki, P.Bülbüloğlunun son hadisələrlə bağlı səsləndirdiyi fikirlər haqlı olaraq ictimai rezonans doğurub. Deputat xatırlatdı ki, bu məsələ parlamentdə də qaldırıldı, sosial şəbəkələrdə də ciddi müzakirə olunmaqdadır.

E.Nəsirovun sözlərinə görə, Ermənistanın baş naziri üçtərəfli sənədə imza atmaqla ölkəsinin hərbi kapitulyasiyanı etiraf edib və bu zəfərin qəhrəmanı Ali Baş Komandandır, Ordumuzdur və xalqdır. “Bu reallıq fonunda isə ictimai vəzifə tutan şəxslər belə səhvlərə yol verməməlidir, çıxışlarında diqqətli olmamalıdır. Təəssüf ki, Polad Bülbüloğlu iki səhvə yol verib. O, Azərbaycan Prezidentinin yürütdüyü siyasətdən xəbərsiz olduğunu göstərib. Halbuki, səfir Prezidentin siyasətini bilməlidir. Prezident xalqa müraciətində bəyan etdi ki, Qarabağla bağlı heç bir status yoxdur, keçmişə qayıdış olmayacaq. Səfir isə mədəni muxariyyətdən, hansısa statusdan danışır, saralmış konspektdən nələrisə oxuyur. Bu, qəbuledilməz yanaşmadır”, - deyə deputat vurğuladı.

E.Nəsirov səfirin çıxışında ikinci səhvin isə hərbi vertolyotla bağlı olduğunu söylədi: “Bu faciəvi hadisə ilə bağlı Prezident rusiyalı həmkarı ilə danışıb, vəziyyətə aydınlıq gətirib, faktla bağlı cinayət işi açılıb. Bu məsələ ilə bağlı günahkarlar cəzalandırılacaq, eyni zamanda zərər çəkənlərin yaxınlarına kompensasiya ödəniləcək. Prezidentin bu mövqeyi olduğu halda səfirin ”müharibədə belə şeylər olur" söyləməsi kobud səhvdir, Rusiya siyasi dairələrində ciddi narazılığa səbəb yaratmaqdır. Hesab edirəm ki, bu məsələlərdən sonra Polad Bülbüloğlunun tutduğu vəzifə ilə bağlı qərar verilməsi gündəmə gəlir".

REAL Partiyasının sədri İlqar Məmmədov feysbuk hesabında “yaxşı ki, rəsmi Bakı Polad Bülbüloğlunun müsahibəsini tənqid etdi” yazıb. Partiya lideri bildirib ki, P.Bülbüloğlu Rusiyanın “RBK” telekanalına geniş müsahibə verib Ermənistana qarşı sərt görünən ifadələr işlətsə də, onun Türk sülhməramlılarına dair sözləri Türkiyə tərəfinin açıqlamaları ilə üst-üstə düşmürdü: “Ən incə mövzuya dair Azərbaycan rəhbərliyinin sükut saxladığı özəl məqamda Rusiyadakı səfirin belə bəyanat verməsi çox yanlış idi. Onun bəyanatı Azərbaycan-Türkiyə yaxınlığına tərs baxanların istinad nöqtəsinə çevrilə bilərdi. Yaxşı ki, müsahibənin bütövlükdə çox da ciddi olmadığını Bakı öz reaksiyası ilə dərhal bildirdi, hətta başqa səbəbə görə olsa da”.

Deputat Vahid Əhmədov da parlamentdə çıxışında deyib ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar: “Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər. Özləri istefa verib getməlidirlər”.

V.Əhmədov qeyd edib ki, Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək: “Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Bu gün, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru