Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir - ŞOK FAKTLAR
Tarix: 20-04-2019, 16:49 | Çap et
Xaricdən avtomobil gətirən şəxslər əlavə ödənişlərə məcbur edilir
Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşmüş və bu zaman Azərbaycanda inhisarçılığın olmadığını bəyan etmişdi. Belə ki, "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Belə fakt varsa, birini göstərin" deyən DGK sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bildirmişdi.

Onun sözlərinə görə, gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil: "Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik".

Nədən yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsinin idxalı xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir?

Gördüyünüz kimi, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin inhisarçılığı deyil, məhz daxili bazarı qoruduğunu qeyd edib. Bununla yanaşı, o, daxili bazarın tənzimlənməsinin açarının gömrük orqanlarında olduğunu vurğulayıb. Əgər həqiqətən də belədirsə, o zaman nədən yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlir? Ekspertlərin açıqlamalarından da aydın olur ki, avtomobil istehsal edən ölkələrdə belə, bu qədər böyük rüsumlar tətbiq olunmur. Bundan başqa, xaricdən Azərbaycana avtomobil gətirən şəxslər də bildirirlər ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı onlardan dövlət rüsumundan artıq pul tələb olunur. Bu isə öz növbəsində, Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarına, o cümlədən Vergilər Məcəlləsinə ziddir.

Vətəndaş idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları kalkulyatorda göstərildiyindən artıq pul tələb ediblər

Nəzərinizə çatdıraq ki, bugünlərdə Gürcüstandan Azərbaycana avtomobil gətirən şəxslərdən biri gömrükdə üzləşdiyi problemlərlə bağlı "Hürriyyət"ə ətraflı məlumat verib. Beləliklə, 2012-ci ilin Cənubi Koreya istehsalı olan "Hyundai Elantra" markalı minik avtobolini Gürcüstanda 4800 ABŞ dollarına (8160 manat-red.) aldığını deyən vətəndaşın sözlərinə görə, həmin nəqliyyat vasitəsini almamışdan öncə Dövlət Gömrük Komitəsinin saytına daxil olub və orada yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması üzrə kalkulyator vasitəsiylə nə qədər rüsum ödəməli olduğunu müəyyənləşdirib: "Maşını gətirməzdən öncə gömrük kalkulyatoruna baxdım və məlum oldu ki, mən mühərrək həcmi 1800 kubsantimetr olan "Hyundai Elantra" markalı minik avtobolinə görə 6580 manat 56 qəpik rüsum ödəməliyəm. Qeyd edim ki, bu məbləğin 540 manatı aksiz vergisinə, 3672 manatı mühərrikin işçi həcminə görə tutulan rüsuma, 60 manatı əməliyyat haqqına, 30 manatı vəsiqə haqqına, 2243 manat 16 qəpik ƏDV, 30 manatı elektron gömrük cidmətinin göstərilməsinə, 50 manat 40 qəpik isə elektron gömrük cidmətinin göstərilməsinə görə ƏDV üçün tələb olunur. Beləliklə, hesabladım ki, Gürcüstandan 8160 manata alacağım maşına görə gömrükdə 6580 manat 56 qəpik rüsum alacaqlar. Bununla da avtomobil mənə 14740 manat 56 qəpiyə başa gəlməli idi".

Təəssüf ki, vətəndaşın gözləntiləri heç də özünü doğrultmayıb. Belə ki, onun iddiasına görə, şəxsi istifadəsi üçün əldə etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları kalkulyatorda göstərildiyi qədər, yəni 6580 manat 56 qəpik deyil, 7500 manata yaxın vəsait tələb ediblər: "Gömrük kalkulyatorunda qeyd olunur ki, həmin maşına görə 2243 manat 16 qəpik ƏDV ödəməliyəm. Ancaq gömrük rəsmiləşdirilməsi zamanı 2547 manat 90 qəpik ƏDV ödəməli oldum. Bundan başqa, gömrük kalkulyatorunda mühərrikin işçi həcminə görə 3672 manat rüsum ödəməli olduğum göstərilsə də məndən 4337 manat 89 qəpik ödəməyim tələb olundu. Bu isə onu deməyə əsas verir ki, aldığım avtomobilin mühərrək həcmi 1800 kubsantimetr olduğu halda, gömrük əməkdaşları 2000 kubsantimetrin rüsumunu tələb ediblər. Nəzərinizə çatdırım ki, gömrük kalkulyatorunda uyğunluq sertifikatı deyilən ödəmə növü olmasa da, həmin sertifikata görə 52 manat ödəməyim tələb olundu. O cümlədən, bank vasitəsiylə Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin hesabına bir dəfə 9 manat 20 qəpik, sonra isə 40 manat ödədim. Qeyd edim ki, gömrük kalkulyatorunda belə bir ödəniş növü də öz əksini tapmayıb. Maraqlısı odur ki, qəbzdə Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin hesabına ödəmiş olduğum məbləğin təyinatına dair heç bir məlumat yoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsinin "Meyvəli" bazarının yaxınlığında yerləşən Avtonəqliyyat Terminalına 2 günlük qaraj pulu üçün 20 manat, terminalın ərazisinə daxil olarkən isə 50 manat ödədim. Bununla bağlı verilən qəbzlərdə isə nə imza, nə də möhür var".

Beləliklə, vətəndaşın sözlərindən bu qənaətə gəlmək olar ki, xaricdən idxal edilən nəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydaları deyil, gömrük orqanı əməkdaşlarının tətbiq etdiyi "şərt"lər əsas meyar kimi götürülür. Məhz bunun nəticəsində xaricdən avtomobil gətirən insanlar süni maneələrə, bürokratik əngəllərə, əlavə ödənişlərə məruz qalır. Söz yox ki, gömrük əməkdaşlarının xaricdən idxal olunan nəqliyyat vasitələrini qanunda göstərilən, gömrük kalkulyatorunda qeyd olunan dövlət rüsumları əsasında qeydiyyata almamaları Dövlət Gömrük Komitəsində şəffaflığın olmadığını, eyni zamanda adıçəkilən qurumun əməkdaşlarının yazılmamış qanunlarının hələ də qüvvədə olduğunu deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman gömrük əməkdaşları ölkəyə xaricdən avtomobil gətirən vətəndaşlardan rüsumdan artıq ödəniş tələb etməzdilər.

"Əgər vəkil kimi öz hüquqlarımızı müdafiə edə bilmiriksə, adi vətəndaşlar nə etməlidir mən bilmirəm"

Bu arada, onu da nəzərinizə çatdıraq ki, təxminən, eyni hadisə bir neçə il əvvəl tanınmış vəkil Bəhruz Bayramovun da başına gəlib. Belə ki, həmin vaxt üzləşdiyi problemlə əlaqədar "Azadlıq Radiosu"na açıqlama verən vəkil dövlət rüsumundan əlavə pul istənildiyi üçün Gürcüstandan gətirdiyi avtomobildən imtina etdiyini bildirmişdi. Bəhruz Bayramov qeyd etmişdi ki, Gömrük Komitəsində ondan rüşvət tələb edilir, hətta vəkil kimi hüquqlarını qoruya bilmədiyindən maşını komitənin o zamankı sədrinə peşkəş etmək qərarına gəlib: "Mən avtomobili Güncüstandan 15 min dollara almışam. 2009-cu ilin maşınıdı, bir az əzilib. Motorun gücü 3500 kubsantimetrdir. Gömrük tarifləri kalkulyatoru ilə hesabladım 7326 manat edir. Amma məndən 10 min manat istəyirlər. Deyirəm sənəd verin, mən məhkəməyə müraciət edim, vermirlər. Mənim də imkanım yoxdur o pulu verməyə. Dövlət Gömrük Komitəsinin sədrinə teleqram vurdum ki, mənə şəxsiyyət vəsiqəniz barədə məlumatları göndərin istənilən pulu ödəyə bilmədiyim üçün avtomobili sizin adınıza keçirməklə bağışlayım". Bunun açıq rüşvət olduğunu bəyan edən vəkil gömrük əməkdaşlarının heç kimdən çəkinmədən "Bu qədər verməlisən, vəssalam" dediklərini də əlavə etmişdi: "Mən müxtəlif yerlərə müraciət edəndən sonra zəng edib deyirlər ki, get avtomobilini götür, amma mən onu götürmək fikrində deyiləm. Maşını Gömrük Komitəsinin sədrinə bağışlayacam. Biz əgər vəkil kimi öz hüquqlarımızı müdafiə edə bilmiriksə adi vətəndaşlar nə etməlidir mən bilmirəm. Gürcüstanda 1000 dollar qeydiyyatına pul vermişəm qəbzlər də əlimdə. Bütün proses 20 dəqiqə çəkib".

"Hazırda əhali arasında ən çox gömrük kalkulyatorunda tətbiq edilən avtomobillərin qiymətləndirilməsi ilə bağlı ciddi narazılıqlar var"

Mövzu ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən müstəqil iqtisadçı ekspert Razi Abasbəyli isə bildirdi ki, Nazirlər Kabinetinin 2015-ci il 486 saylı qərarına görə, ölkə ərazisinə idxal olunan nəqliyyat vasitələrinin, xüsusilə də avtomobillərin Avro-4 və Avro-5 standartlarına cavab verməsi tələb olunur: "Bundan başqa, avtomobillərin idxalı ilə bağlı məhdudiyyətlər tətbiq olunur. Qeyd edim ki, hazırda əhali arasında ən çox gömrük kalkulyatorunda (Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması üzrə kalkulyator- red.) tətbiq edilən avtomobillərin qiymətləndirilməsi ilə bağlı ciddi narazılıqlar var. Çünki burda bir sıra boşluqlar mövcuddur. Ümumiyyətlə, bu məsələdə gömrük əməkdaşlarının müstəsna fərdi yanaşmaları hüquqi əsasla öz qüvvəsindədir. Bu, o deməkdir ki, gömrük əməkdaşı istənilən nəqliyyat vasitəsinin ölkəyə idxalı zamanı şəxsi olaraq, yəni hər hansı bir normativə əsaslanmadan qiymətləndirməni həyata keçirə bilir. Və gömrük keçid məntəqələrində təqdim edilmiş bəyannamələrdə ölkəyə idxal olunan nəqliyyat vasitələri ilə bağlı gömrük əməkdaşının şəxsi iradəsi mühüm rol oynayır. Bu zaman vətəndaş ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən çox ciddi problemlərlə üzləşir. Məsələn, vətəndaş hər hansı xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurmaqda çətinlik çəkir. Qeyd edim ki, Nazirlər Kabinetinin qəbul etdiyi həmin normativdə bir məqam var: Gömrük əməkdaşının müəyyən etdiyi qiymətləndirilmə. Bu kimi hallar isə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin "Biz çalışırıq ki, gömrük qiymətləndirilməsində və bəyannaməsində elektronlaşmaya, şəffaflığa nail olaq", deyə verdiyi bəyanatlarda heç də özünü ehtiva etmir. Yəni həmin maddədə artıq fərdin şəxsi iradəsi mühüm rol oynayır".

"Gömrük əməkdaşının qiymətləndirmə zamanı öz iradəsini ifadə etməsi vətəndaşların haqlı olaraq narazılıqlarına səbəb olur"

Gömrük əməkdaşının qiymətləndirmə zamanı öz iradəsini ifadə edə bildiyini vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, bu isə öz əksini Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin dəyərində göstərir: "Təbii ki, bu da vətəndaşların haqlı olaraq narazılıqlarına səbəb olur. Burada bir məqam da var. Məsələn, ölkəyə eyni maldan 2, 3 və ya 4 ədəd gətirilməsi ilə bağlı müxtəlif vergi rüsumları tətbiq olunur. Lakin bu zaman gömrük əməkdaşı vətəndaşın ölkə xaricindən Azərbaycana həmin məhsuldan neçə dəfə və yaxud şəxsi istehlak məqsədiylə gətirdiyini yazaraq vətəndaşı cərimələrdən, rüsumlardan azad edə bilər. Yəni gömrük əməkdaşı öz iradəsiylə vətəndaşın xeyrinə qərar verə bilir. Bununla da vətəndaş eyni maldan 2 və ya 3 ədəd gətirərkən cərimələrdən azad olur. Bir sözlə, gömrük əməkdaşı istənilən adamla şəxsi ünsiyyətdə olaraq eyni maldan 5 və ya 10 ədəd gətirən vətəndaşın həmin malları şəxsi istehlak məqsədiylə gətirdiyinə dair rəy yaza bilər. Bununla da həmin vətəndaşa cərimə tətbiq edilə bilməz. Və yaxud da gömrük əməkdaşı eyni maldan 2 ədəd gətirən vətəndaşa "Bu şəxsi istehlak məqsədiylə gətirilməyib" deyib karqo xərcləri ödənilsə belə, malı geri qaytara və vətəndaşa ziyan vura bilər. Odur ki, burda artıq gömrük əməkdaşının fərdi iradəsi əks olunur. Təbii ki, əgər ortada gömrük əməkdaşının iradəsi varsa, o zaman müxtəlif gizli sövdələşmələrə gedərək rüşvət və korrupsiya faktına yol açıla bilər".

"Nə qədər ki, gömrük əməkdaşının bu prosesdə iştirakı davam edəcək, ortada rüşvət və korrupsiya olacaq, gömrük kalkulyatorunda göstərilən məbləğlə vətəndaşın faktiki olaraq ödədiyi məbləğ arasında fərq ortaya çıxacaq"

Razi Abasbəyli hesab edir ki, məhz elə bu səbəbdən də gömrük əməkdaşı ölkəyə idxal olunan nəqliyyat vasitəsinin xarici ölkədə hərracda və yaxud da şəxsi, ikitərəfli fiziki alqı-satqı müqaviləsində göstərilən qiymətləndirməni qəbul edə və ya etməyə bilər: "O ki qaldı Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin ölkə ərazisinə gətirildikdən sonra rəsmiləşdirilməsinə, yəni vətəndaşın onun şəxsi daşınan əmlak olaraq mülkiyyətinə keçirməsi üçün prosedurlara, burda da müəyyən boşluqlar var. Məsələn, vətəndaş nəqliyyat vasitəsini qiymətləndirib ölkəyə gətirib, lakin sübut edə bilmir ki, bu Avro-4 və ya Avro-5-dir. Avropa ölkələrində elə nəqliyyat vasitələri var ki, 2005-2006-cı illərdə istehsal olunsa da, Avro-4 standartına cavab verir. Bu cür hallarda vətəndaşlara deyirlər ki, siz gedin nəqliyyat vasitələri istehsal edən şirkətlərin Bakı ofislərində arayış gətirin. Vətəndaşlar həmin arayışı alıb gətirdikdə isə onu da qəbul etmirlər. Bu cür prosesin yaranması, əlavə gediş-gəliş, bürokratik əngəllər, Azərbaycana idxal edilən nəqliyyat vasitəsinin 10 gün tranzit xərcləri ilə qalma imkanlarının, o cümlədən vaxtın məhdud olması və üzərinə cərimələrin tətbiq olunması, hətta nəqliyyat vasitəsinin geri qaytarılması kimi tələblərin olduğuna görə, vətəndaş istənilən sövdələşmə ilə razılaşmaq məcburiyyətində qalır".

Xaricdən gətirilən nəqliyyat vasitələrinin gömrük orqanlarında rəsmiləşdirilməsi zamanı vətəndaşa verilən təyinatı olmayan qəbzlərlə bağlı mövqeyini bildirən ekspert qeyd etdi ki, tranzit haqlarının ödənilməsi tələbi doğru deyil: "Ümumiyyətlə, idxal olunan nəqliyyat vasitələrinin özününküləşdirilməsi prosesinin həyata keçirilməsi zamanı birtərəfli olaraq Azərbaycan Respublikası adına Dövlət Gömrük Komitəsi və ölkə vətəndaşı çıxış edir. Baxmayaraq ki, vətəndaş həmin nəqliyyat vasitəsini hər hansı bir xarici hərracdan hüquqi və ya xarici ölkə vətəndaşı olan fiziki şəxsdən alıb. Yəni proseslərin yönləndirilməsində də gömrük əməkdaşlarının şəxsi iradəsi rol oynayır. Bütün bu problemlərin ortaya çıxması, gömrük kalkulyatoru ilə ölkəyə nəqliyyat vasitəsi gətirən vətəndaşların əldə etdiyi qiymətlər, aksiz vergisi, ƏDV, idxal və tranzit rüsumları, nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə tətbiq olunan rüsumlar arasında yaranan fərqlərin ən başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir. Belə ki, 2017-ci ildən bu günə qədər gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır. Nə qədər ki, gömrük əməkdaşının, yəni insan amilinin bu prosesdə iştirakı davam edəcək, ortada rüşvət və korrupsiya olacaq, vətəndaşlar da bundan əziyyət çəkəcək. Eyni zamanda, gömrük kalkulyatorunda, elektron sistemdə göstərilən məbləğlə vətəndaşın faktiki olaraq ödədiyi məbləğ arasında fərq, onun qarşılaşdığı əlavə xərclər ortaya çıxacaq".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru