Sahil Babayevin kriteriyalarına görə bu ailəyə sosial yardım düşmür... - “Bizə qaz çəkmirlər ki, nə ilə ödəyəcəksiniz?”
Tarix: 8-04-2019, 12:52 | Çap et
36 yaşlı Gözəl Məhərrəmovanın 4 uşağı var. O, Yevlaxın Qaraməmmədli kəndindəndir. Heç yerdə işləməyən Gözəl Məhərrəmova evdə 4 uşağı və xəstə qayınatasına baxır. Deyir, ailəsinin yeganə gəliri də elə yaşlı qayınatasının 180 manatlıq pensiyasıdır:
“Yoldaşım kənddə camaatın qoyununu otarır. Gününə 3-4 manat qazanır. Bununla dolana bilmirik. Zaman-zaman evin əşyalarını satdıq, o da bitəndən sonra uşaqları məktəbdən çıxardıq. Çünki onları oxutmağa gücümüz çatmır. Ayaqqabı, geyim ala bilmədiyimizdən çıxarıb oturtmuşuq evdə”.
“Onların yaxşı yeyib, geyinib, məktəbdə dərs oxuyan yaşlarıdır”
G.Məhərrəmova deyir ki, dəfələrlə iş üçün müraciət ediblər. Nə özü, nə də yoldaşı normal bir iş tapa bilib: “Uşaqlar oyanıb yemək istəyirlər deyə, səhərin açılmasını istəmirəm”
Yevlax sakini: “4 əsgər böyüdürəm, onların heç biri qələm tuta bilmir”
36 yaşlı Gözəl Məhərrəmovanın 4 uşağı var. O, Yevlaxın Qaraməmmədli kəndindəndir. Heç yerdə işləməyən Gözəl Məhərrəmova evdə 4 uşağı və xəstə qayınatasına baxır. Deyir, ailəsinin yeganə gəliri də elə yaşlı qayınatasının 180 manatlıq pensiyasıdır:
“Yoldaşım kənddə camaatın qoyununu otarır. Gününə 3-4 manat qazanır. Bununla dolana bilmirik. Zaman-zaman evin əşyalarını satdıq, o da bitəndən sonra uşaqları məktəbdən çıxardıq. Çünki onları oxutmağa gücümüz çatmır. Ayaqqabı, geyim ala bilmədiyimizdən çıxarıb oturtmuşuq evdə”.
“Onların yaxşı yeyib, geyinib, məktəbdə dərs oxuyan yaşlarıdır”
G.Məhərrəmova deyir ki, dəfələrlə iş üçün müraciət ediblər. Nə özü, nə də yoldaşı normal bir iş tapa bilib:
“İnanın elə gün olur səhərin açılmasını istəmirəm. Hamısı uşaqdı, başa düşmürlər. Səhər olur, yuxudan dururlar, deyirlər, yeməyə nə var? Valideyn kimi utanc keçirirəm. Yemək elə bir şeydir ki, başqa şeyə bənzəmir. Ehtiyacdır, lazımdır. Bax, biz o əsas ehtiyacı ödəməkdə acizik. Onların yaxşı yeyib, geyinib, məktəbdə dərs oxuyan yaşlarıdır. Ancaq ac, susuz, bütün günü küçələrdədirlər. Qalın geyimləri belə yoxdur. Qonşunun, onun-bunun verdiyi ilə dolanırıq. O da nə vaxta qədər belə davam edəcək, bilmirəm”.
“Bizə qaz çəkmirlər ki, nə ilə ödəyəcəksiniz?”
Ailə dəfələrlə Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə ünvanlı sosial yardıma, iş üçünsə Yevlax Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq nəticəsi olmayıb. Nə iş tapıblar, nə də sosial yardım ala biliblər:
“Deyirlər, “sizə yardım düşmür”. Halbuki dediyim kimi qayınatamın pensiyasından başqa bir qəpik gəlirimiz yoxdur. Evimizi də görürsünüz də, hər yeri uçub-tökülür. Əl gəzdirə bilmirik. Nəinki evə əl gəzdirmək, bizə qaz çəkmirlər ki, nə ilə ödəyəcəksiniz? Onlar da bizim hansı vəziyyətdə olduğumuzu bilirlər. Qışı küçədən çör-çöp toplamaqdan yorulmuşuq. Odun peçi yandırırıq”. “Gündə bir dəfə yemək tapanda sevinirik”
Ailənin yeganə gəliri yaşlı qayınatanın pensiyasıdır. G.Məhərrəmova deyir ki, o da heç öz dərmanlarına çatmır:
“Deyirəm də, biz gündə bir dəfə yemək tapanda sevinirik. Camaat səhər, günorta, axşam yeyir. Biz bu şeyləri çoxdan unutmuşuq. Bir acından ölmədiyimiz qalıb. Adımıza heç nə yoxdur. Bircə bu sınıq-salxaq evdir. Onun da gününü görürsünüz, tövləyə bənzəyir. Hər tərəfi də uçub, tökülür. Ancaq deyirlər, “sizə yardım düşmür””.
“Uşaqlarımın bizim kimi savadsız böyüməsini istəmirəm”
Gözəl Məhərrəmova deyir ki, əslində həyat yoldaşını normal işlə təmin etsələr, onların yardıma ehtiyacı qalmaz. Ancaq iş məsələsi də müşküldür deyə, ünvanlı sosial yardımdan başqa çıxış yolu görmürlər: “Bir gün iş olanda, beş gün evdə oturur. Günə 2-3 manatla 7 nəfərlik ailə necə dolansın? Deyirlər, bölgələrdə işsizlik yoxdur. Siz bir axtarın, görün, bölgələrdə işləyən varmı? Bu uşaqları geyim dərdindən məktəbə göndərə bilmirəm. Onların gələcəyi nə olacaq, necə olacaq heç onu da bilmirəm. Hökumətimizdən xahiş edirəm, bizə yazığı gəlmir, heç olmasa bu uşaqlara gəlsin, kömək etsinlər. Mən uşaqlarıma təhsil vermək istəyirəm. Onların bizim kimi savadsız böyüməsini, fəhlə olmasını istəmirəm”.
“Başqa adı yoxdur, biz ölürük, bu, ölməkdir”
Ailənin böyük oğlu 8-ci sinifdə oxumalıdır. Ancaq imkansızlıqdan təhsil ala bilmir. İkinci uşaq 3-cü, digəri 1-ci sinfə getməlidir. Ancaq valideynləri geyimləri, dəftər-qələmləri olmadığı üçün heç birini məktəbə göndərə bilmir:
“4-cü oğlum hələ kiçikdir. O da bağçaya getməlidir. Onu da göndərə bilmirəm. Evdə xəstəmiz var, budur, yazıq qayınatam, yaşlı adamdı, yataq xəstəsidir, gözləri tutulub. Birdən elə ağrıları olur ki, biz ona dərman almaq üçün pul tapmırıq. Hardan tapaq, yazığın pensiyasını çörəyə, qəndə veririk. 180 manat nə puldur ki? Heç 7 nəfərin quru çörəyinə, çayına çatmır. Vallah, bunun başqa adı yoxdur. Biz ölürük, bu, ölməkdir”. “Bilirsiniz kənddə nə qədər bizim kimi ailələr var?”
G.Məhərrəmova deyir ki, sınıq-sökük, dağılan, köhnə evində 4 övlad böyüdür. Hamısı da oğlan, gələcəyin əsgəridir. Ancaq onların heç biri adicə adlarını da yaza bilmirlər:
“Dördü də adını yaza bilmir, savadsızdır. Bunun axırı necə olacaq? Bilirsiniz kənddə nə qədər bizim kimi ailələr var? Məncə, belə hal ölkənin gələcəyinə də zərərlidir. Təhsilsizlik yayılır, mən belə olmasını istəmərəm, amma əlimdən başqa heç nə gəlmir. Mən gələcəyə 4 əsgər böyüdürəm və onların heç biri qələm tuta bilmir”. “Müraciət etsinlər, baxaq”
Qeyd edək ki, Yevlax Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirilib ki, həmin ailənin problemlərinin heç birinin onlara aidiyyatı yoxdur:
“İşsizliklə bağlı məşğulluq mərkəzinə, ünvanlı sosial yardımla bağlı isə sosial fonda müraciət etməlidirlər. Qaldı, evlərinin qəzalı vəziyyətdə olmasına da biz baxmırıq. Fərdi şəxslərə ev tikmirik”.
Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsindən isə bildirilib ki, ailə onlara müraciət etməlidir:
“Biz elektron müraciət təklif edə bilərik. Yox, bunu bacarmayacaqlarsa, yaxınlaşsınlar, onlara nə etmələri lazım olduğunu deyək. Əgər vəziyyətləri ilə bağlı sosial yardım düşürsə, verilər. Bunun üçün əvvəlcə müraciət etməlidirlər. Komissiya onların sənədlərinə baxmalıdır, sonra yardımın verilib, verilməyəcəyi ilə bağlı qərar verilməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|