Rza Zərrabın əmisinin şirkəti Bakıda heç kimi saymır? - “AUTO AZERBAİJAN” ÖZƏL MÜLKÜ SÖKDÜ, PULUNU VERMƏDİ...
Tarix: 2-11-2018, 12:11 | Çap et
“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distributoru olan “Auto Azerbaijan” şirkəti Bakının Babək prospektində “Ərgünəş” Kiçik Müəssisəsinə məxsus olan qeyri-yaşayış sahəsini söküb, amma pulunu verməkdən hələ də imtina edir. Bu barədə “Ərgünəş” KM-in direktoru Qəzənfər Fətullayevin virtualaz.org saytına daxil olmuş şikayətində bildirilir.
Q.Fətullayevin müraciətində deyilir ki, onun təsisçisi və direktoru olduğu “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib.
2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir.
Q.Fətullayevin bildirdiyinə görə onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurdu və bu müəssisədən iki ailə dolanırdı.
Şikayətçi məlumat verir ki, “Auto Azerbaijan” MMC-nin təsisçiləri 3 İran vətandaşıdır: Abroumand
Azar Saeid Ghorbanali, Mohaghegh Eromi Omid Nader və Mohaghegh Eromi Amid Nader.
Bir neçə gün sonra şirkətin iki nümayəndəsi – Vüqar Hüseynbəyli və Firdovsi Vəliyev Q.Fətullayevlə görüşüblər. Ona şəhərin ən gur prospektlərindən birində, yol kənarında yerləşən, yəni kommersiya əhəmiyyətli qeyri-yaşayış sahəsinə görə cəmi 15 min manat təklif ediblər. Mülkiyyətin sahibi bu təkliflə razılaşmayıb, çünki şəhərin bu hissəsində eyni ölçülü qeyri-yaşayış sahəsinin bazar dəyəri həmin məbləğdən dəfələrlə yuxarıdır.
“Razılaşmadığımı görüb mənə hədə-qorxu gəldilər, heç kimdən qorxmadıqlarını və istənilən məhkəmədə “Auto Azerbaijan” şirkətinin xeyrinə istənilən qərarın çıxarılmasına nail olacaqlarını dedilər. Nəhayət mülkiyyət hüquqmuzu tapdalayaraq əmlakımı darmadağın etdilər, mənə külli miqdarda ziyan vurdular”-müraciətdə deyilir.
Q.Fətullayev bildirir ki, 2013-cü ildən bəri “Auto Azerbaijan” şirkətinin ona məxsus mülkiyyəti dağıtmasına görə müxtəlif instansiyalara, hüquq-mühafizə orqanlarına da şikayət edib. Amma qanun pozuntusunun qarşısı alınmayıb. “Auto Azerbaijan” şirkəti Fətullayevin müəssisəsinə aid olan mülkiyyətin dəyərini ödəməkdən imtina edib və şikayətçinin bildirdiyi kimi, “heç kimi saymır”.
Əlbətdə, belə vəziyyətdə “Ərgünəş” KM məhkəməyə müraciət etməli olur və Bakı Apellyasiya Məhkəməsi 2018-ci ilin avqustunda “Auto Azerbaijan” şirkəti tərəfindən iddiaçının mülkiyyətinin sökülməsi nəticəsində yerində yeni qeyri-yaşayış sahəsinin tikintisinin aparılmasını qadağan edir. Habelə şirkətin bəzi əmlakına həbs qoyulmasına qərar verilir. Buna baxmayaraq həmin hökm də hələ icra edilməmiş qalır, Q.Fətullayev deyir ki, hazırda “Auto Azerbaijan” sökdüyü binanın yerində “nəsə iri obyekt” tikir ...
Virtualaz.org qeyd edir ki, “Auto Azerbaijan” MMC “NAB Holding” şirkətlər qrupunun tərkibinə daxildir. Bu holdinqin səhmlərinin bir hissəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozaraq İran pullarının “yuyulmasını” həyata keçirdiyi üçün Birləşmiş Ştatlarda həbs edilən, daha sonra FTB ilə anlaşıb yüngül cəza alan azərbaycan əsilli iranlı milyarder, qızıl alverçisi Rza Zərrabın bacısının əri Şəhram Oromiyə məxsusdur. Oromilər Azərbaycanda geniş biznes imkanlarına sahibdir.
“Auto Azerbaijan” şirkətinin təsisçiləri arasında yer alan Omid Mohaghegh Oromi isə Rza Zərrabın əmisidir. Şəhram Mohaghegh Oromi onun oğludur. Yəni Rza Zərrabın bacısının öz əmisi oğlu ilə evləndiyi müəyyən olunur. Rza Zərrabın barəsində Türkiyədə qaldırılmış cinayət işi çərçivəsində onun aktivlərinə həbs qoyulması məsələsi gündəmə gələndə “NAB Holding”in də adı çəkilirdi. O zaman Şəhram Oromi bildirmişdi ki, Rza Zərrabla heç bir biznes əlaqələrinə malik deyil. Daha sonra Şəhram Orominin holdinqin İdarə Heyətindən çıxdığı bildirilirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
|