Şamaxıda bələdiyyə sədrindən şikayət var... - İTTİHAM
Tarix: 27-09-2018, 12:41 | Çap et
Hörmətli redaksiya! Ötən həftə Şamaxı rayonu, I Çaylı kənd bələdiyyəsinin sədri Əzizbaba Fətullayevin qanunsuz əməlləri ilə bağlı bir sıra məlumatları təqdim etmişdik. Lakin Ə.Fətullayevin özbaşınalıqları həmin faktlarla bitmir. Bu cür saysız-hesabsız faktlar sadalamaq olar ki, mən onlardan bir neçəsini oxucuların və aidiyyatı orqanların diqqətinə çatdırmaq istəyirəm. Əvvəla ondan başlayaq ki, Əzizbaba Fətullayev bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsini torpağı olmayanlara vermək əvəzinə öz qohumlarının adına sənədləşdirib. Bunu bütün kənd camaatı təsdiq edə bilər. Məlumat üçün onu da bildirim ki, bələdiyyə sədrinin oğlu Sərxan Fətullayev Şamaxı Aqroservisinin müdiri vəzifəsində işləyir. Acınacaqlısı isə odur ki, həmin qurumun texnikası Şamaxı zəhmətkeşlərinə deyil, yalnız Fətullayevlərə xidmət edir. Həmin texnikalardan istifadə etmək üçün mütəmadi şəkildə yeni-yeni torpaq sahələri ələ keçirirlər. Misal olaraq göstərə bilərəm ki, rayondakı Peşə məktəbinin balansında olan, təlim-tədris üçün nəzərdə tutulmuş 30 ha torpaq sahəsi zorla və saxta sənədlərlə ələ keçirilib. Bundan başqa I Çaylı bələdiyyəsinin ehtiyat fondundan 41 ha, o cümlədən Çaylı sakinlərinin xəbəri olmadan 3-cü və 4-cü pay torpaqları, ümumilikdə 120 ha torpaq sahələri qanunsuz olaraq Aqroservisin texnikası ilə əkilib-biçilir. Narahatlıq doğuran bir məsələ də ondan ibarətdir ki, qaydalara görə həyətyanı üçün nəzərdə tutulmuş torpağa (KİP) kotan vurmaq qadağan olsa da, buna əhəmiyyət verilmir. Belə ki, bələdiyyə sədrinin tapşırığı ilə onun adamları həyətyanı sahə üçün nəzərdə tutulmuş 6 ha torpağı şumlayıb əkiblər. Ə.Fətullayevin özbaşınalığı o həddə çatıb ki, hətta heç kəsdən çəkinmədən bələdiyyənin balansında olan idarə binasını hərracdan kənar Heybətov Zahir Qubad oğluna satıb. O da idarə binasını öz şəxsi əmlakı kimi hasarlayıb. Bu əməlin özü cənab Prezidentin sərəncamına ziddir. Hazırda həmin ərazidə aparılan tikintiyə bələdiyyə sədri "göz yumur" ki, burada da maddi maraq güdülür. Onu da təəssüflə qeyd edək ki, hazırda kənd ərazisində əməlli-başlı antisanitariya hökm sürür. Ancaq başı var-dövlət toplamağa qarışan bələdiyyə sədrini bu vəziyyət heç də narahat etmir. Əgər narahat etsəydi, bununla bağlı tədbir görərdi. Əzizbaba Fətullayevin daha bir neçə qanunsuz hərəkətinə diqqət yetirək. Belə ki, bələdiyyə sədri Şamaxı Ağsu yolunun üstündə Eldar şamı ağaclarını kəsdirərək həmin ərazidə ev və tövlə tikdirib. Qızının əri Vahidə və daha on nəfərə yaxın qohumuna həyətyanı torpaq sahəsi ayırıb. Məlumat üçün onu da bildirirəm ki, Ə.Fətullayev Şamaxı şəhərində yaşayır. O, qonşu Quşçu kəndindən 500 baş qoyunu olan Məzahir adlı bir nəfəri gətirib öz evində yerləşdirib və kəndin örüş sahəsinin xeyli hissəsini də ona verib. Üstəlik də tapşırıb ki, soruşan olsa de ki, sürü bələdiyyənindir. Əslində isə bələdiyyə sədrinin borcudur ki, kəndin örüş sahəsini kənar sürülərdən və onların sahiblərindən qorusun. I Çaylı kənd sakinlərinin pay torpaqlarının 500 hektarı "Nəcəf" adlanan ərazidə yerləşir. Biz orada arpa, buğda əkib becəririk. Həmin sahəyə gedən yol 3 körpü tamamilə uçulub dağılıb, demək olar ki, kəndlə əlaqə kəsilib. Bələdiyyə sədrinə dəfələrlə deyilməsinə baxmayaraq, heç bir tədbir görülmür. Yığılan vergi pulunu və dövlətin ayırdığı dotasiyanı bu cür işlərə sərf etmək əvəzinə, müxtəlif adlar altında mənimsəməklə məşğuldur. Misal olaraq deyə bilərəm ki, 2014-cü ildə taxıl istehsalçılarına ayrılmış subsidiya verilərkən bələdiyyə sədri kənd sakinlərindən bir neçə nəfərin imzasını saxtalaşdıraraq 8000 (səkkiz min) manat dövlət vəsaitini mənimsəmişdir. Hörmətli redaksiya! Sonda onu da bildirirəm ki, sadaladığımız bu faktlarla bağlı əlaqədar təşkilatlara, dövlət orqanlarına dəfələrlə məlumat verilib. Lakin hər dəfə başdansovdu, səthi yoxlamalar aparılıb. Ona görə də heç bir tədbir görülməyib, heç bir hüquqi qiymət verilməyib. Bir sözlə, bələdiyyə sədri Əzizbaba Fətullayevin qanunsuz əməllərinə hələ də "goz yumulur" Ancaq ümid edirik ki, sizin saytınız vasitəsi ilə bu məsələlər ictimailəşdikdən sonra dövlət orqanları ciddi ölçü götürəcəklər. Biz isə yaxın vaxtlarda yeni-yeni faktlar təqdim edəcəyik. Ardı var. Gülüyev Vüsal Fazil oğlu \\qanun-namine\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|