Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                 

“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası - İTTİHAM
Tarix: 6-08-2018, 13:04 | Çap et
“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası
Tanınmış jurnalist Esmira Cavadova özünün facebook səhifəsində şəxsən qarşılaşdığı bir olayı qələmə alıb

dia-az.life ölkə səhiyyəsinin rəzil durumunu ifadə edən həmin olayı cumhuriyyet.az-a istinadən olduğu kimi diqqətinizə çatdırır:

3 gün əvvəl gündüz saatlarında atamın boğazından qəfil qan fışqırdı, xeyli qan itirdi. Təcli yardım gəldi, qanı kəsmək üçün iynə vurdu. Qan dayandı və həkim atamı xəstəxanaya götürməyi təklif etdi. Ancaq biləndə ki, atamı Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına götürmək istəyirlər, ailəlikcə etiraz etdik. Səbəb bəlli idi.

Həmin xəstəxanada dəfələrlə yaxın insanların baxımsızlıqdan dünyasını dəyişməsinin şahidi olmuşduq (it dişləməsi ilə aparılan bir tanış sahibi vaxtında gəlib çıxmadığı üçün vaksin vurulmaması üzündən ölüb, başqa bir tanışımız avtoqəzada yaralanıb və həmin xəstəxanaya götürülüb, eyni səbəbdən həkimlər yaxın durmayıb və qanitirmədən ölüb). Təbii ki, xəstəmizin o xəstəxanaya götürülməsini istəmirdik. Onun “Semaşko”ya aparılmasını istəyirdik. Həkimlərsə ərazi üzrə yalnız 3 saylı Şəhər Klinik Xəstəxanasına apara biləcəklərini deyib dururdular.

Ailəmizə imtina ərizəsi yazdırıb getdilər, iki saatdan sonra yenə gəldilər, atamın vəziyyəti ilə maraqlandılar, yenə eyni xəstəxanaya götürməyi təklif etdilər, yenə razılaşmadıq, yenə imtina ərizəsi alıb getdilər. Dünən axşam saatlarında eyni vəziyyət təkrarlandı, bu dəfə atam daha çox qan itirdi və növbəti dəfə təcili yardıma zəng vurduq, çox gec gəldilər. Qanı durdurmaq üçün iynə vurub yenə eyni xəstəxanaya aparmaq istədiklərini bildirdilər. Ailə üzvlərimiz və atam istəmədi, həkim ərazimiz üzrə Təcili Tibb Yardım Stansiyası ilə əlaqə saxladı, vəziyyəti dedi, həkimə dedilər ki, başqa yerə aparmayın, istəmirlərsə, imtina ərizələrini alın, cıxın gəlin. Bu dəfə dedim, imkan verin, aparsınlar, görək axırı necə olur. Atamı təcili yardım maşınına qoydular, biz də şəxsi maşınımızla arxalarıyca getdik. Təcili yardım həkimləri atamı xəstəxananın cərrahiyə şöbəsinin qəbul şöbəsinə gətirdilər. Burada növbətçi həkimlər daş atıb başlarını tutdular ki, bu, bizim xəstə deyil, bura nahaq gətirmisiz, aparın terapiya şöbəsinə. Təzədən təcili yardım maşınına mindirdilər, bu dəfə terapiya şöbəsinə gətirdilər, buradakı növbətci həkimlər də “bizlik deyil” deyib, xəstəni qəbul etməkdən imtina etdilər. Səs-küy yarandı, təcili yardım həkimləri tələb etdilər ki, gətirdikləri xəstəni qəbul etsinlər, sənədi imzalasınlar, xəstə ortada qalıb. Növbətçi həkimlər “qan qusursa, bunu məsələn, Buzovnadakı 7 saylı Vərəm Dispanserinə aparın” deyirdilər. Halbuki, xəstə müayinə olunmayıb, səbəb aşkar edilməyib və sadəcə, növbətçi həkimin “ağlına” belə gəlib: vərəm ola bilər.
Bir xeyli mübahisədən sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı ilə əlaqə saxladım, telefonu növbətçi həkimlərdən birinə uzatdım, bu dəfə həkim qızıl-qırmızı, gözümüzün içinə baxa-baxa yalan danışdı. Guya o, xəstəni cərrahiyə şöbəsinə qaytarmağı məsləhət görüb və guya biz razılaşmırıq. Təsəvvür edirsiz, altı adamın üzünə-gözünə baxa-baxa yalan danışır və bunu çox rahat edir. Nə isə ki, xəstəni yenə təcili tibbi yardım maşınına qoyub cərrahiyyə şöbəsinə qaytarırlar. Bu dəfə yenə buradakı növbətçi həkim “axı bu xəstənin yeri bura deyil”, deyib bizə məsləhət görür ki, Ağciyər İnstitutuna aparaq, qanaxma ağciyərlə əlaqəli ola bilər. Çevrilib təcili yardım həkimlərindən soruşuram: xəstə buralıq deyilsə, bura niyə gətirdiz? Kişi çiyinlərini çəkir və deyir: Bizə ərazi üzrə xəstələri yalnız bu xəstəxanaya gətirməyi tapşırıblar, biz kimik ki?..”

Nəhayət, şöbənin növbətçi həkiminə tapşırıq gəlir ki, xəstəni reanimasiyaya qəbul eləsin. Bu dəfə növbətçi həkimdən soruşuram: Sizə aid xəstə deyilsə, niyə qəbul edirsiz? Təcili yardım maşınıyla göndərin aidiyyəti üzrə xəstəxanaya… O da çiyinlərini çəkir və deyir: heç olmasa reanimasiyada qanaxma baş versə, iynə vurulacaq, qarşısı alınacaq, səhər də mütləq Ağciyər İnstitutuna aparın, xəstə buralıq deyil. Ağciyər İnstitutunda bir gün əvvəl atam özü olub və ağciyərində problem aşkar edilməyib. Nəticə yazılan vərəqəni həkimə uzadıram, deyir, bu, rentgenin nəticəsidir, düz göstərməyə də bilər, aparın, kompüterə saldırın, o dəqiq göstərir. Soruşuram: niyə təcili yardım aparmır? Deyir, özlərindən soruşun. Çevrilib yenə təcili yardım həkimlərinə müraciət edirəm: Xəstəni niyə birbaşa Ağciyər İnstitutuna aparmırsınız? Yenə çiyinlərini çəkir, deyir, bizlik deyil. Atamı reanimasiyaya bir gecəlik yatırmaqdan imtina edirik. Zatən, qanaxma olanda həmin iynəni özümüz də vururuq və qanaxma müvəqqəti kəsir. O üzdən götürüb evə gəldik, gecəni də özümüz iynə vurub qanaxmanın qarşısını aldıq. 2 saat ərzində 3 saylı Şəhər Klinik Xəstəxanası xəstəyə və yaxınlarına əsəb, gərginlik yaşatdı.

İndi bildiniz ki, o xəstəxanaya niyə ölüxana deyirlər? Kim yatıb, yuxuda nə görüb belə bir qərar verib ki, xəstə yalnız ərazi üzrə xəstəxanaya aparılmalıdır?.. Seçimi niyə xəstəyə buraxmırlar? Əgər ərazi üzrə təyin etdikləri xəstəxanada bu xəstəni müayinə və müalicə etmək imkanları yoxdursa, xəstəni niyə məhz həmin xəstəxanaya aparırlar? Ortada vaxt itkisi, insan həyatı… Xəstəxana həkimləri qanaxmayla qapısına gələn xəstəni qəbul etməkdən imtina edir, təsəvvür edirsiz? Xəstəxana təklif edir ki, xəstəni yalnız bir gecəlik qanaxmasını kəsmək üçün reanimasiya şöbəsində saxlaya bilər, səhər özü başının çarəsinə baxsın. Təsəvvür edirsiz, xəstə müayinə olunmamış, qanaxmanın səbəbi tapılmamış, şöbədə oturub tum çırtlayan növbətçi həkimin biri deyir, ağciyərdən ola bilər, xəstəni Ağciyər İnstitutuna aparın, o biri deyir, qara ciyərdən ola bilər, Vərəm Dispanserinə aparın)))) Sabah baş verənlərlə bağlı səhiyyə nazirinə müraciət edəcəm, sonra da hüquqşünaslarla məsləhətləşib hüquqi addımlar atacam. Həmkarlarımdansa məsələni diqqətdə saxlamalarını xahiş edirəm. Bu, təkcə bir xəstənin problemi deyil, hər gün neçə-neçə xəstənin kitabını belə bağlayırlar. Saatlarla qəbul şöbələrində ləngidib axırlarına çıxırlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru