"Ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı..." - QALMAQAL
Tarix: 30-07-2018, 12:53 | Çap et
Milli Məclisin iki keçmiş xanım deputatı sosial şəbəkədə bir-birlərinin ünvanına sərt ifadələr işlətməklə gündəmə gəliblər.
Modern.az saytı xəbər verir ki, eks-deputat, müxalifətin Milli Şurasının rəhbərliyində təmsil olunan Gültəkin Hacıbəyli dünən vəfat etmiş “istiqlalçı deputat” Məryəm Həsənovanın maddi durumunu keçmiş millət vəkili Gülər Əhmədova ilə müqayisə edib.
G.Hacıbəyli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlət adından bir milyon dollar həcmində dələduzluq cinayəti törətməkdə təqsirli bilinib həbs olunan keçmiş millət vəkili Gülər Əhmədovanın indi ayda üç min manat deputat pensiyası aldığı ölkəyə vaxtilə müstəqillik qazandırmış “istiqlalçı deputat Məryəm Həsənova evi olmadığı üçün ağbirçək yaşında yaşadığı yataqxanada, səfalət içində həyatla vidalaşıb. G.Hacıbəyli Məryəm Həsənovanın haqqını yeyənləri lənətləyib.
Gülər Əhmədovanın keçmiş həmkarına cavabı gecikməyib. O bildirib ki, Gültəkin Hacıbəyli təkcə Azərbaycanda deyil, AŞPA-da biabır olub:
“Sən artıq AŞPA- nın bütün binalarına belə girə bilməzsən. Gültəkin getsin, yazsın ki, niyə 10 il deputat olanda həmin “istiqlalçı deputat”ın hayına getməyib, amma ölkədə əl qoymadığı biznes, ev almadığı bina, torpaq almadığı bələdiyyə qalmamışdı. Gültəkin yazsın görək, niyə mitinqə gələn bu qədər müxalıfətçini aldadırdı ki, guya AŞPA və digər Qərb institutları ilə gözəl münasibətləri var. Gültəkin harda, hansı siyası qüvvənin yanında olubsa qeyri-səmimi və riyakar davranıb. Burdan sənə səslənirəm: Sakit ol, sənin üzünə qapılarını əbədi bağlamış AŞPA- nın niyə məhz sənə belə davrandığının səbəblərini yaz. O dilsiz-ağızsız qadının ruhu ilə alver eləmə. Sən siyasi alverçisən. Bu heç. Məlum məsələdir. Gündəmi bu qadının ruhu ilə dəyişməyə çalışırsan, bu da sənin alver predmetindir. Amma məni müzakirəyə çıxarmağa çalışma. Mən sənə və sənin kimi dəxli oldu-olmadı, mənim adımı çəkən kompleksli adamlara cavab vermirəmsə, bu mənim sizdən qorxduğuma və ya cavab üçün arqumentlərimin olmadığına dəlalət etmir. Əgər bir qadın xanımlığına və yaşına hörmət edib, hər kəsə cavab vermirsə, bu qorxaqlıq deyil. Mənə lap gənc yaşlarımdan verilən öyüdlərdən biri də budur ki, "Qaravaşın işi xanımın arxasınca danışmaqdır". Böyüklük məndə qalsın deyə, çox hədyan və mənasız sözlərə cavab vermirəm. Amma unutma ki, səni mənim qədər bu ölkədə çox az adam tanıyır və mən sağam, sənə də gözləmədiyin çox mətləbləri xatırladaram ki, AŞPA-nın sənin üzünə bağlanan əbədi qapıları bu mətləblərin qarşısında yalan olar. Sən heç vaxt Gülər Əhmədova kimi davrana bilməzsən. Sənin başına mənim yaşadıqlarım gəlsəydi, indi çoxdan Avropada siyasi mühacir statusu alıb, dünən sənə arxa duranlara şər-böhtan yağdırırdın. Sən özündən başqa heç kimi sevə bilməyən, təkəbbür və nifrətdən boğulan, hər dəqiqə vəzifə və mandat üçün bütün yollara baş vuran bir əqidəsizsən. Sən illər keçsə də, nə heç kimlə dost ola bildin, nə də kimsəyə yaxşılıq etmədin. Yalnız şəxsi çıxarıların ucbatından kiməsə" dost" kimi görünə bilərsən. İqtidarda olarkən müxalıfətə, müxalifətdə ikən iqtidara şpionluq etmək ən böyük siyasi fəaliyyətindir. Belə də davam elə... Dünyasını dəyişmiş bir qadınla alverin alınmadı. Sağkən bir addım atsaydın, bu gün sənə kimsə inanardı...Gecikdin.... Həyatda hər bir məsələdə olduğu kimi, yenə də gecikdin...”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|