Azərbaycanın Qiymətli Kağızlar Bazarı bataqlıq içində... - İTTİHAM
Tarix: 31-03-2018, 10:43 | Çap et
«Təzadlar»ın Araşdırma Qrupu redaksiyaya daxil olmuş şikayət və əlavə olunmuş sorğu əsasında Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlayıb… Söhbət daha çox ölkənin qiymətli kağızlar bazarındakı susqunluq və durğunluqdan gedir. Ən təəssüfləndirici hal isə budur ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədi olan Rüfət Aslanlı xeyli müddət məhz Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri olub, sonra həmin qurum ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibinə verilib. Deməli, Rüfət Aslanlı yenidən ölkənin qiymətli kağızlar bazarına nəzarəti və idarəetməni həyata keçirəcək…
Rüfət Aslanlıya Prezident etimadı, Aslanlının Fransada şərab istehsalı, bir də…
Əslən Gədəbəydən olan Rüfət Aslanlının hələ Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olduğu dönəmi xatırladan sorğu müəllifi onun bir müddət Fransada öz adına buraxdırdığı şərab barədə maraqlı bir materialı da əlavə edib. Belə çıxır ki, bu gün ölkənin qiymətli kağızlar bazarında bir iş görməyən Rüfət Aslanlı Fransada özünə başqa bir məşğuliyyət tapıb və orada özünün adına şərab da istehsalına könül verib. Bəs onun könlündən niyə Prezidentin göstərdiyi etimad, Azərbaycanın qiymətli kağızlar bazarındakı ölü nöqtədən çıxmaq kimi problemlər keçməyib??? Şikayətçinin (sorğuçunun) məktubundan sitat: «Hörmətli «Təzadlar»! Bu yazımda heç bir qərəz ifadə olunmayıb və dövlətimin maraqlarından çıxış edərək bu problemi araşdırmağınızı sizdən xahiş edirəm. Problem isə olduqca qəlizdir… Bircə misal: Bakıda evlərin qiyməti niyə bahadır? Bu artıq monopoliya deyil ki, məsələn, bananı filankəs gətirir, yas yerlərinə filankəs rəhbərlik edir və s. Bura artıq mənzil bazardır... Niyə bizdə mənzillər ABŞ-dan, Türkiyədən... bahadır? Dünyanın hər bir ölkəsində qiymətli kağızlar bazarı var. Məsələn, kiminsə 50 min, 100 min dollar pulu varsa, gedib nüfuzlu şirkətlərin aksiyalarını, yəni istiqrazlarını alır. Və ildə bir dəfə gedib dividentini götürür. Amma bizim, məsələn, nazirimiz Səlim Müslümov istiqraz, yəni qiymətli kağız ala bilmədiyindən pulunu neyləyir, gedib 70 mənzil alır, Bakıda “Varlılar məhləsi”ndə 3-4 çoxmilyonluq villa tikdirib hansısa xarici şirkətə icarəyə verir və s. Çünki Azərbaycanda qiymətli kağız bazarı olmadığından onun başqa yolu da qalmır. Xaricdən qiymətli kağız almağa isə risq etmir... Ona görə də Azərbaycanda əlində bir az pulu olan ya banka qoyur… Banklardakı dələduzluq nəticəsində əmanətlərin batma təhlükəsini köz altına alanlar (“Texnikabank”ın Bakı filialı, “Dəmirbank” və s. kimi acı təcrübə var) isə pulu ya bağda, evdə gizlədir, ya da deyir, cəhənnəmə, gedib mənzil alım ki, kasıbın malı göz qabağında olsun... Əslində, banklarda faiz çox aşağı olduğundan bir çoxları heç banklara üz tutmur. Azərbaycanda 10, 20, hətta blokla ev alanlar var... Bütöv bir göydələni alanlar da var... Alıb, qalır ortada. Tələb təklifi üstələmiş olur... Yəni, mənzil alan (həmin pullular) çox olduğundan mənzil bazarında daim tələb var, deməli, bahalıq qalır. Çünki çirkli pullara sahiblənənlər hələki büdcə qarşısında öhdəliyə malik deyillər... Mən hələ Azərbaycanda iri torpaq sahələrini özəlləşdirib istifadəsiz edərək gələcək nəslinə saxlayanları demirəm. Və torpaq alqısı daim olduğundan yenə də torpaq bazarında da bahalıq meydan sulayır... Neçə aydır vergilər naziri Fazil Məmmədovu keçmiş təhsil naziri Mikayıl Cabbarov əvəzləyib. İnanaq ki, o, arzulanan vergi islahatlarını aparacaq. Amma gəlin görək bu necə mümkün olacaq? Mikayıl Cabbarov dünya əmlak vergisi standartlarını əsas götürüb bizdə o standartları tətbiq etsə, büdcəmiz aşıb daşacaq. Məsələn, nazir Səlim Müslümovun Bakıdakı “Varlılar məhləsi”ndə dörd villası, digər yeni binalarda 20-30, 70 evi, rayonlarda torpaq sahələri var. Amma o, əmlak vergisi vermir. Niyə? Onun kimi minlərlə, on minlərlə imkanlılar var... Onlar da eləcə. Mövcud qanunvericilikdə əmlak vergisi ümumi əmlakın 1 faizi qədərdir. Əgər o, 100 əmlaka malikdirsə, il ərzində bu əmlakların, məsələn, mənzillərin (mülklərin) biri əmlak vergisinə gedəcək. Hər il bu mənzərə davam edəcəksə, o, deyəcək ki, ay balam, ildə bir mənzil vergiyə gedirsə, bu qədər mülk mənim nəyimə lazımdır ki, alıb qoymuşam... Və o, çoxsaylı daşınmaz əmlaklara (digər əmlaklara da) malik olmaqdan imtina etməli olacaq. Amma o, bu əmlakları satandan sonra pulunu neyləməlidir? Hə, gəldik mətləbə! Bütün dünyada pulu olan qiymətli kağızlara maraq göstərir. O isə bizdə yoxdur. Bəs bu neçə illər ərzində Rüfət Aslanlı nə işlə məşğul olub??? Mən İtaliyada neçə il əvvəl 1 milyon dollara böyük bir mülkün satıldığını görmüşdüm. 38 otağı, 4 ha torpaq sahəsi var idi... Maraqlandım ki, bu niyə belə ucuz satılır? Mənə dedilər ki, ser, sahibi hər il bu mülkə görə külli miqdarda əmlak vergisi ödəyir... AZƏRBAYCANIN QİYMƏTLİ KAĞIZLAR BAZARI BATAQLIQ İÇİNDƏ-YENİLƏNİR Bir neçə ildən sonra artıq bu mülkün dəyəri əldən gedəcək... Yəni, vergi çox asan yolla mülkiyyət sahibini məcbur edir ki, əmlak bazarında qiymətlər ucuzlaşsın. Yəni, belə olandan sonra o məmurlarımız daha gedib yenidən əlavə mülk, torpaq alamayacaq. Təsəvvür edirsinizmi, bu gün Bakıda bu qədər mənzil tikilir, yenə də ucuzluq yoxdur. Çünki yeni binanın bünövrəsi qoyulan kimi səlim müslümovlar, fazil məmmədovlar… gedir ki, qardaş, 10 mənzil mənimdir, al bu da nəğd pulu... Çünki əldə olan pul kapitallaşdırılmalıdır. Banka etibar yox, evdə-bağda saxlamaq təhlükəlidir, qiymətli kağız da yoxdur... Vəziyyətin belə əcaib formada olmasının səbəbi odur ki, Azərbaycanda normal qiymətli kağızlar bazarı yoxdur. Yalnız SOCAR-ın vauçerləri var, ona da hələki etibar o səviyyədə deyil. Çünki etibarlı bazar yoxdur... Az-maz da lotoreya satışı var, o da monopoliyadadır. O isə qiymətli kağız deyil. Sovet vaxtı belə istiqrazlar var idi, yəqin Rüfət Aslanlı da xatırlayır... Bəs elə isə Azərbaycanın Qiymətli Kağızlar Komitəsi uzun illər nə ilə məşğul olub? Rüfət Aslanlı sədr kimi tamam başqa işlərlə məşğuldur, hətta Fransada öz adına çaxır da buraxdırıb, mətbuat bu barədə yazıb, təkzib də edilmədi…
Görün özbaşınalıq nə vəziyyətdədir ki, komitə sədri dövlətin adını və büdcəsini deyil, özünün adına çaxır buraxdırmağı düşünür! Azərbaycanda Fond Birjası var. İndiyədək hansı kotirovkaları edib, hansı Azərbaycan vətəndaşı oradan gedib qiymətli kağız ala bilər? Bu birjada hansı şirkətin qiymətli kağızı satılır ki, vətəndaş gedib pulunu verib alsın, arxayın olsun ki, onun pulu ona gəlir gətirəcək... Yoxdur. Niyə yoxdur? İndi Rüfət Aslanlı girişib banklara lisenziya satmağa… Axı sənin vəzifən bu deyil. Hər gün dünya birjalarında aksiyaların qiymətləri elan edilir, milyardlar alınıb-satılır. Biz isə belə bir bazarı vermişik Rüfət Aslanlının himayəsinə, o isə…» -Rüfət Aslanlının himayəsində hansı sahələr var? -Bakı Fond Birjasında nələr alınıb-satılır? -Azərbaycanın qiymətli kağızlar bazarını bataqlıqdan necə çıxarmalı? -Rüfət Aslanlı banklara və sığorta şirkətlərinə lisenziya verərkən hansı şərtləri diqtə edir? -Prezident İlham Əliyevə ünvanlı müraciətdə Rüfət Aslanlının barəsində nələrin üstü açılıb göstərilib? (Davamı var) «Təzadlar»ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|