“Nişan üzüyümü girov qoyub dərman almışam” - Nazirliyin önündə özünü yandıran idmançımız
Tarix: 24-08-2017, 13:11 | Çap et
Bu yaxınlarda bir idmançımızın Gənclər və İdman Nazirliyinin qarşısında özünü yandırmağa cəhd etməsi xəbəri çoxlarını təəccübləndirdi. Həmin idmançının kimliyi ilə maraqlandıq.
Emin İsmayılov illərdir ki, idman sahəsində külüng döyüb. Amma hazırki durumu çox acınacaqlıdır. Yarışda aldığı zədə onun səhhəti üçün ciddi problemə çevrilib. Dünya çempionatının gümüş mükafatçısı özünü hansı səbəbdən yandırmağa cəhd etməsi ilə bağlı Unikal.org-a müsahibə verib.
- Emin bəy, sizi idmançı kimi yaxından tanıyaq...
- 2000-2004-cü illərdə boks üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvü olmuşam. Bakı və Respublika birinciliklərim var. 2004-cü ildə 11-ci sinifdə oxuyanda ciddi zədələndim. Belə ki, ciyərimdən xəsarət almışdım. Bu da mənim boks karyerama mane oldu. 1 il müalicə aldım. Zədə məni çox şeydən məhrum etdi. 2006-cı ildə yenidən boksa qayıtdım. Bakı çempionatında finala çıxdım. Amma ciddi şəkildə idmanla məşğul ola bilmədim. Çünki ailəmə kömək üçün işləməli idim. Yenə də döyüşürdüm. 2010-cu ildə daha bir zədə aldım, qabırğam sındı. Təəssüf ki, mənə təqaüd (xəstəliyə görə) də kəsməyiblər. 12 ildir ciyər xəstəsi kimi qeydiyyatdayam. Orada da rüşvət güdürlər. İdmanı çox sevirdim, yarışlarda iştirak etməkdən vaz keçmirdim. 2014-cü ildə uşu-Sanda idman növünə yazıldım. Həmin ili İtaliyada keçirilən beynəlxalq yarışa qatıldım. Elə o yarışda da üzüm sındı. Bundan sonra isə idmandan tamamilə uzaqlaşmalı oldum. Boks üzrə birinci dərəcəli idmançıyam. "İdman ustalığına Namizəd” dərəcəm var. Milli komandanın üzvü olmuşam. Respublika çempionu, Bakı birincisi və sanda idman növündə Dünya çempionatının gümüş mükafatçısıyam. Dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşam.
- Bu zədəni neçənci döyüşdən sonra aldınız?
- 2014-cü ilin oktyabr ayında İtaliyanın Karara şəhərində keçirilən Dünya Oyunlarının yarımfinal döyüşündə zədə almışam. Rəqibim belçikalı idmançı görüş başlayan kimi təpik zərbəsi ilə üzümün almacıq sümüyünü sındırdı. Şəkillərdə də göründüyü kimi mən şortikimin üstündə Türkiyə Azərbaycan bayraqları ilə çıxmışdım. O bayraqlar naminə axıra kimi döyüşdüm. Hətta bu barədə rəqibim də danışmışdı. Onun açıqlamasını mən də sosial şəbəkədə paylaşmışdım. "Azərbaycanlı idmançının üzünü sındırdım, amma o təslim olmadı və məni uddu”- deyib. İndi 3 ildir mən əliləm. Aidiyyatı qurumlar da mənimlə maraqlanmır. Zədələndiyim yarış - Dünya Oyunları hər il keçirilir. Hətta qatıldığım bu yarışda millət vəkili Adil Əliyev də vuruşub, qalib olub. Yəni, prestijli bir yarışdır.
- Deyəsən, Gənclər və İdman Nazirliyi müalicənizi öz üzərinə götürdü, amma sonradan bu fikrindən daşınıb?
- Nazirlik müalicəmə heç bir maliyyə ayırmayıb. Sadəcə olaraq, 2015-ci ildə müayinəmi təsdiqlədilər. Düzdür, müayinəyə getdim. Həkimlər 400 manatlıq dərmanlar yazdılar. Nazirliyə müraciət etdim ki, mən işləmirəm. Nə atam işləyir, nə də anam... Ailənin tək övladıyam. Bu dərmanları nə ilə almalıyam? O zaman dedilər ki, "get, özün bilərsən”. Sonra müayinəyə getmədim. Yalandan dərmanları ala bilməyəcəmsə, niyə müayinəyə gedim? Yəni, nazirlik nə əməliyyat olunmağıma kömək etdi ki, sağalım, nə də müalicəmə...
- Hazırda zədəniz sizə hansı problemlər yaradır?
- Elə insan göstərin ki, 3 il sınıq üzlə gəzsin. Camaatın barmağı kəsilir ağrıdan yata bilmir. Bu zədə üzümün sol hissəsini, gözümü, bir sözlə, sağlamlığımı əlimdən alıb. Əmək qabiliyyətimi də itirmişəm. Buna görə də mən təqaüd ala bilmirəm. Utanmıram deyirəm, bəzən gedib fəhləlik edirəm, ofisiant işləyib özümü dolandırmağa çalışıram. Amma buna görə bayraq qaldırmışıq, himnimizi səsləndirmişik? Təəssüf ki, hərbi xidmətdə olmamışam. Dediyim kimi, boksda ciyərimdəki problem məni çox şeydən məhrum etdi. İdmanımla vətənə borcumu ödəməyə çalışmışam. İndi 24 saat ağrılarla yatıb, qalxıram.
- Tam sağalmanız mümkündür?
- Bəli mümkündür. Amma həkimlərimiz deyir yüz faizli zəmanət vermirik. Çox istəyərdim ki, müalicəmi xaricdə ala bilim. Türkiyədə, İranda... Artıq öz həkimlərimizə də inanmıram. Vaxtında məni müalicə etsəydilər, bəlkə yaxşı olardım. Bu 3 il nəinki üzümü, canımı, bütün sağlamlığımı məndən aldı... Mən artıq yaşayan ölüyəm.
- Kömək üçün hansı aidiyyatı qurumlara müraciət etmisiz?
- Hadı Rəcəbli, Araz Əlizadə, Xətai Rayonu icra Hakimiyyəti, Mənzil Komunal Departamenti... Qarşıma çıxan bütün quruma getmişəm ki, bəlkə mənə köməklik göstərələr. Bütün qurumların da sənədi məndədir. Bunların hər biri məni yola verir, məsuliyyəti bir-birinin üstünə atır. Hadı Rəcəbli mənə deyir ki, gəl səni İslam Oyunlarında könüllü düzəldim, işlə özün- özünü əməliyyat etdirərsən. Araz Əlizadə də qaçıb gizlənir. Mənim yaşadığım yerdən deputatdır. Üzünü bir dəfə görmüşəm. Katibəsini qabağa verir, özü qaçır. İcranın səhvinə görə, evim uçdu heç biri maraqlanmadı. Yataqxanada qalıram. Gəlin görün, bu əclaflar məni nə vəziyyətdə yaşadır, idmançıya hansı hörməti qoyur. Yerdə betonun üstündə yatıram. Evimi də su basıb.
- Bir idmançının özünü yandırmağa cəhd etməsində kim günahkardır?
- Nazirliyin vicdanı olsaydı... Bilirlər ki, 3 ildir zülm çəkirəm, ağrılar çəkirəm. Atam nazirliyə gedib dedi ki, fəhlə adamam, oğlumu güclə böyüdüb boya-başa çatdırmışam. Heç nə istəmirəm, sadəcə, oğlumu əməliyyat etdirin və təhsil ala bilməsində köməklik göstərin. Bu barədə özüm də Azad Rəhimova məktub ünvanlamışdım. O qədər qəddardırlar ki, heç nə etmirlər. Bildirmişdim ki, heç olmasa, mənim ali təhsil almağıma köməklik göstərin gedim müəllim işləyim. Çünki mənim arzumdur ki, gedib hansısa rayonumuzda idman müəllimi kimi fəaliyyət göstərim.
- Üzvü olduğunuz federasiya bununla bağlı sizə heç bir köməklik göstərmədi? Ya da sizə köməklik üçün harasa müraciət etdilər?
- Federasiya prezidenti deyir "məndə pul yoxdur”. Gənclər və İdman Nazirliyi deyir "federasiya etməlidir”, federasiya deyir "nazirlik etməlidir”. Məni yarışa aparan məşqçi isə heç yaxın da durmur. Ümummilli lidderimiz Heydər Əliyevin sayəsində Azərbaycan bir çox problemlərdən azad oldu. Cənab prezidentimiz İlham Əliyev ölkəsinə və idmançılara bu qədər qayğı göstərir. Amma bəzi məmurlar idmana ayrılan pulları mənimsəyir. İdmançıların haqlarını yeyirlər.
- Həyatınızı, maddi durumunuzu necə təmin edirsiz?
- Yataqxanınanın birinci mərtəbəsində yaşayıram. Bir az öncə də dediyim kimi icranın səhvi üzündən evimin bir hissəsi uçub. İcra Hakimiyyətindən gəlib özləri də baxdılar ki, qəzalı vəziyyətdə yaşayırıq. Rəy də çıxardılar. Hər birinin də məktubu məndədir. Buna baxmayaraq dedilər "Biz "kupçalı” evi təmin etmirik”. Atam da, özüm işsizik. Özüm gedib 2-3 nəfərə məşq keçirəm. Ayda 100-150 manat pul qazanıram. Bununla evimi təmir edim, ya müalicə olunum? Hansı quruma yazmışam, köməklik istəmişəm heç bir dəstək olmayıblar. Onlar üçün nə idmançının, nə də vətəndaşın durumu maraqlı deyil.
- Emin bəy, sizin haqqınızda maraqlandıq, heç kim mənfi fikir səsləndirmədi. Bəs maraqlıdır, nazirlik belə idmançıların arxasında niyə dayamır?
- Çünki mən heç kimə pis olmamışam, yaxşı idmançı olmuşam. Bayrağım, dövlətim üçün vuruşmuşam. GİN-ə də mənim kimi idmançılar sərf etməyib. Ona görə ki, mənim nazir qohumum yoxdur, vəzifədə olan "daydayım” yoxdur. Dövləti, bayrağı üçün əziyyət çəkən idmançılar nəyə görə zəlil vəziyyətdə yaşamalıdır. 17 ildir idmanda can qoymuşam, amma 30 yaşında gedib offisiant, fəhlə işləyirəm. Nazirlik yaşayışımı, ailə vəziyyətimi çox yaxşı bilir. Oradakıların insafı olsaydı, köməklik edərdi. Mən "lombarda” nişan üzüyümü qoydum, gedib özümə dərman aldım ki, ağrılarım bir az azalsın. 4 aydır ki, üzüyüm oradadır. Kişinin nişan üzüyünü "Lombard”a qoyması çox ağırdır. Onların qanında azərbaycanlı, türk qanı olsaydı, mənə belə haqsızlıq etməzdilər. Bunları buraxasan elə pulları göyə sovursunlar. Prezident idmançıların hesabına pul qoyur. Bəs hanı o pullar? Gəlib mənim evimə baxsınlar... Atam da, anam da xəstə düşüb. Bunlar bir ailənin məhvinə göz yumublar. Cənab prezidenti və onun siyasətini həmişə dəstəkləmişəm. Çox istəyirəm ki, mənim vəziyyətimdən cənab prezident, hörmətli Mehriban xanım Əliyeva xəbər tutsun. Əminəm ki, onlar xəbər tutsalar, mənə köməklik göstərəcəklər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
|