Əbülfəs Qarayevin də "bata bilmədiyi" direktorun macəraları — ARAŞDIRMA
Tarix: 15-08-2017, 12:46 | Çap et
İrəvan Dövlət Azərbaycan Dram Teatrında bəzi aktyorlarla direktor İftixar Piriyev arasında narazılıqların olduğu barədə xəbər vermişdik. Hətta keçmiş baş rejissor Oruc Qurbanov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciətində Piriyev barədə yetərincə böyük iddialar ortaya qoymuşdu.
"Ölkə.Az" olaraq teatr daxilində baş verənləri araşdırmaq qərarına gəldik. Araşdırmamızda şübhəsiz ki, adının hələlik çəkilməsini istəməyən bəzi aktyorlar da bizə kömək ediblər.
Teatrda üç cəbhə
Araşdırmamızdan gəldiyimiz ilkin qənaət bu oldu ki, sözügedən teatrda heyət üç şərti qrupa bölünüb. Birinci qrup Piriyevə yaxın adamlardan ibarətdir. İkinci qrupun üzvləri direktorun onlara haqsızlıq etdiyini düşündüyündən ona əks mövqe tuturlar. Üçüncülər isə neytrallardır. Hansı ki, onların da bir çoxu teatr rəhbərinin qərarlarından, davranışlarından narazıdırlar. Sadəcə, işlərini itirməmək üçün "neytral"dırlar. Çünki ortaya mövqe qoyacaqları halda "get, ərizəni yaz" tapşırığı ala bilərlər.
Bəs bu qədər narazılıq və intriqanın səbəbkarı kimdir? Yaxud bu intriqalar hansı səbəblərdən qaynaqlanır?
Aktyorların dediyinə inansaq, burada narazılığı, intriqanı yaradan İftixar Priyiev özüdür:
"Bu adam bütün günü internetdə oturur ki, görüm sosial şəbəkədə kim hara nə şərh yazdı. Yaradıcılıq da qalıb bir tərəfdə. Əsas məşğuliyyəti aktyorları çağırıb kobud formada "sən niyə sosial şəbəkədə bu şərhi yazdın" kimi hesabatlar soruşmaqdır".
Nazirlik susur, aktyorlar qorxur
Məsələnin maraqlı tərəflərindən biri budur ki, Mədəniyyət və Turizm Nazirliyi aktyorların heç bir müraciətinə, sosial şəbəkədəki yazılarına reaksiya vermədiyinə görə onlarda belə bir fikir yaranıb ki, Piriyev toxunulmazdır. Nazirliyin direktor barədə hətta mətbuatda dərc edilən yazılara belə biganə qalması aktyorlarda "Piriyev filankəsin adamıdır" düşüncəsini formalaşdırıb:
"Əslində isə Piriyevin nazirlikdə heç bir dayağı yoxdur. Bu adam vəzifəli şəxslərin adından istifadə etməyi xoşlayır. Gəlir ki, indi nazirin yanında oldum, belə göstəriş verdi, Hidayət Orucov zəng vurub belə söylədi. Heç bəlkə o adamların bunun belə dediyindən xəbəri yoxdur. Ancaq deyilənə görə İftixar Piriyevin vəzifəsində qalmağının səbəbkarı yazıçı Hidayət Orucovdur. Hidayət Orucov mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin dayısıdır. Amma bildiyimizə görə, Orucov Piriyevi öz bacısı oğluna yox, birbaşa nazirə tapşırır".
Bildirilir ki, İftixar Piriyev uzun müddətdir nazirlikdə direktorlarla keçirilən iclaslara, yığıncaqlara dəvət edilmir. Səbəb isə nazirliyin onun işindən narazı olmasıdır:
"2014-cü ildə Binəqədidə mədəniyyət evinin açılışından çıxan nazir Əbülfəs Qarayev qəfil teatra gəldi. Həmin vaxt Piriyevin anası vəfat etmişdi. Nazir içəri girdi ki, teatr pis gündədir. Əsəbləşdi ki, bu nə vəziyyətdir? Quruluş hissə müdiri Xəqani Əliyev nazirə məlumat verdi ki, binanın qəzalı vəziyyətdə olmasıyla bağlı nazirliyə məlumat verilib. Nazir də dedi ki, mənə heç bir məlumat verilməyib, İftixar Piriyev nə işlə məşğuldur? Birdən gözü afişaya sataşdı. Gördü ki, "Soyqırım dastanı" adla tamaşada müəllif İftixar Piriyev, rejissor İftixar Piriyev, musiqi tərtibatı İftixar Piriyev, xoreoqraf İftixar Piriyev... Dedi ki, nəylə məşğul olacaq? Özünü reklam etməklə məşğuldur".
Heydər Əliyev haqda bərbad tamaşa
İftixar Piriyevin nazirlikdəki dayaqlarını itirməyinin başqa bir səbəbi isə verilən tapşırıqlara saymazyana yanaşmasıdır. Belə ki, nazirliyin "dövlət xadimləriylə bağlı hazırlanan tamaşalar nazirliklə məsləhətləşdirildikdən sonra oynanılsın" göstərişinə əməl olunmayıb:
""Qurtuluş dastanı" adlı tamaşada İftixar Piriyev guya ümummilli lider Heydər Əliyevin obrazını canlandırır. Heydər Əliyev bilsəydi ki, onun obrazı belə canlandırılacaq, şübhəsiz ki, razı olmazdı. Belə tamaşalar nazirliyin qərarı və razılığı ilə hazırlanmalıdır. Hətta Əbülfəs Qarayev bu barədə iclasların birində qəti şəkildə etirazını da bildirib. Ancaq İftixar Piriyev bu iradlara da məhəl qoymadı. Ona görə də aktyorlarda belə fikir formalaşıb ki, bu adam toxunulmazdır və narazılığımızı bildirmək özümüzə ziyan edəcək. Çünki heç kimi vecinə almır".
Müəllif İftixar Piriyev, rejissor İftixar Piriyev, xoreoqraf İftixar Piriyev
"Soyqırım abidəsinin dastanı" türkiyəli yazar Zehni Papakçının əsəridir. Əsər hazırlananda Zehni Papakçını da Türkiyədən dəvət etdi. Bir həftə burada qaldı, göstərişlərini verdi. O vaxt Beyləqanda açıq havada monumental soyqırım kompleksinin açılışı oldu. Tamaşa guya Beyləqanın keçmiş icra başçısı İrşad Əliyevin ideyası əsasında hazırlanmışdı. İlk tamaşanı da məhz Beyləqanda açıq havada oynadıq. Tamaşanın quruluşçu rejissoru kimi müqaviləylə Hacıbaba Məmmədov dəvət olunmuşdu. İftixar Piriyev də tamaşaya 2-3 şeir əlavə etmişdi. Tamaşa Beyləqanda, Bakıda, digər rayonlarda uğurla oynanıldı. Ondan sonra çətinliklə tamaşanı Türkiyəyə apardıq. Bizə elə bir avtobus verilmişdi ki, əlbəsələri yığandan sonra bir nəfər ayaq üstə qalırdı, oturmağa yer olmurdu. Tamaşa İğdır, Qars və Ankarada oynanılandan sonra İstanbula getdik. Piriyev şöhrətpərəst insan olduğundan elə bilirdi ki, Zehni Papakçı bunu təmtəraqla qarşılayacaq, Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələriylə tanış edəcək, banketlər veriləcək. Amma gözləntilərin heç biri doğrulmadı və gəldi, tamaşaya baxandan sonra sağollaşıb getdi. Papakçının belə etməsi Piriyevə xoş gəlmədiyinə görə yazarın və rejissorun adını tamaşanın afişasından sildi. Yenə də müəllif İftixar Piriyev, rejissor İftixar Piriyev, xoreoqraf İftixar Piriyev... Tamaşaya sadəcə 2-3 şeir əlavə eləmişdi. Həmin vaxt hətta Hacıbaba Məmmədov onu məhkəməyə vermək istəyirdi ki, əlimdə müqaviləm, rəsmi sənədlərim var.
Ümumiyyətlə, bizim repertuarın yarısının müəllifi İftixar Piriyevdir. "İşıqlı, nurlu sabah", "Qalx ayağa, Azərbaycan" və bu kimi digər tamaşalar özünündür. Hamısı da dərnək səviyyəsində tamaşalardır. Axı Heydər Əliyev boyda şəxsiyyətə, dövlət xadiminə belə tamaşa həsr etməzlər. Teatrın 135 illiyi ilə əlaqədar Space-ə dəvət aldıq. Orada çıxış üçün bizə şeirlər təqdim ediləndə bəzi aktyorlar etirazlarını bildirdilər ki, bura dərnək deyil. Sonradan şeir deməkdən imtina edən aktyora şiddətli töhmət verildi".
Oruc Qurbanovla gərginliyin səbəbləri və icra başçısı
Qayıdaq keçmiş baş rejissor Oruc Qurbanovla İftixar Piriyevin münasibətlərinin pozulmağının səbəblərinə. Qeyd olunur ki, rejissor Azərbaycan və dünya klassiklərinin əsərlərinə səhnə həyatı vermək istəsə də, direktor hər vəchlə buna mane olur "mənim əsərlərim hazırlanmalıdır" deyirmiş. Bəzi hallarda isə Qurbanovun məktubunda qeyd etdiyi kimi, Hidayət Orucov, Əbülfəs Qarayev, Elçin Əfəndiyev və digər məmurların adından istifadə olunurmuş. Guya bu tamaşalar məhz onların tapşırığıyla qoyulur.
Hətta Piriyev Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun da "göstərişini" tez-tez kollektivə çatdırırmış.
Fədailərə "torba" tikmək
Aktyorları narazı salan digər məqam isə kollektivdən peşəkarların müxtəlif adlarla uzaqlaşdırılmasıdır. Məsələn, teatrın yaşamağında böyük rolu olmuş Vidadi Əliyev, Tamilla Abdullayeva, Elmira İsmayılova, Tutu Əliyeva kimi sənətkarların, həmçinin Ruhiyyə Paşayeva, Emin Sevdiməliyev kimi nisbətən cavan kadrların "yola salınması", əvəzində incəsənət gimnaziyasının iki müəlliminin-Ruhiyyə Eyvazova və Sevinc Hüseynovanın işə götürülməsi bu narazılıqları bir qədər də artırıb.
Həmçinin Milli Elmlər Akademiyasının əməkdaşı Nərminə Ağayeva teatrda ədəbi hissə müdiri vəzifəsində çalışır. Əmək Məcəlləsinə görə isə bu, qanun pozuntusu hesab edilir. Sözügedən xanımın əsas işi isə direktorun kitabları, dissertasiyaları və elmi işləridir.
Bu arada qeyd etmək yerinə düşər ki, Vidadi Əliyev 1988-ci ildə İrəvandan Bakıya qaçqın düşəndə evinin əşyalarını yox, məhz teatrın dekorasiyalarını gətiribmiş. 1989-cu ildə isə İrəvan Dövlət Azərbaycan Dram Teatrı böyük əziyyətlər hesabına "Azdrama"nın nəzdində teatr studiyası kimi fəaliyyətə başlayır. Hətta həmin dövrdə İrəvan adıyla Bakıda teatr fəaliyyət göstərdiyinə görə ermənilər "yuxarılara" müraciət ediblərmiş. Maraqlısı odur ki, Mədəniyyət Nazirliyi də həmin "təkliflə" razılaşsa da, Elmira İsmayılova və Vidadi Əliyev razı olmurlar.
Yalnız 1994-cü ildə Ümummilli lider Heydər Əliyev bu teatra dövlət statusu verir.
Qohumların teatrı
Əksər teatrlarımızda olduğu kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrında da "ölü canlar" yetərincədir. Belə ki, ştat cədvəlində 75 nəfər olduğu halda onlardan 21-i aktyor olmaqla, yalnız 30-35 nəfər işə gəlir. Direktorun ailə üzvləri də teatrın əməkdaşları sırasındadır. Piriyevin qızı bir müddət teatrda çalışsa da, hazırda işdən çıxıb. Həyat yoldaşı Elnarə Heydərova isə adının ştatda olmasına rəğmən, uzun müddətdir işə gəlib getmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
|