“İndi bilirəm ki, bu çirkli pulun “yuyulması” imiş” – MTN İŞİ
Tarix: 10-06-2017, 14:57 | Çap et
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, proses hakim Elbəy Allahverdiyevin sədrliyi ilə aparılıb. Məhkəmə ictimaiyyətə açıq şəkildə keçirilib.
İlk olaraq ittiham aktından qısa arayışı diqqətinizə çatdıraq:
“Əziz Vidadi Əsgər oğlu Zaminbankdan 975 min manatdan 675 min manatını hesabından çəkərkən həbs edilib. Zorla onun qoluna qandal vurulub. 24 aprel 2012-ci ildə Mirəziz Əsgərov Vidadi Əzizdən 100 min manat pul tələb edib. Zorla, silah tətbiq edərək və vəzifə səlahiyyətlərini aşaraq ondan rüşvət alıb”.
Keçmiş MTN polkovniki isə ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182, 341 və 311-ci maddələri üzrə ittihamlarda özünü təqsirli bilmədiyini qeyd edib. Mirəziz Əsgərov ləğv edilmiş hüquq-mühafizə orqanında ona verilmiş tapşırıq əsasında xarici kəşfiyyat orqanları ilə əlaqədə şübhəli bilinən Vidadi Əzizi izlədiyini vurğulayıb.
Sayca yeddinci olan məhkəmədə şahid qismində "Zaminbankı"n keçmiş müdiri Qubad Qubadov şahid qismində ifadə verib. Bank müdirinin sözlərinə görə o aprelin 7-də şənbə günü olmasına baxmayaraq, xaricdən həvalə yolu ilə göndərilmiş 900 min ABŞ dollarını qəbul edib. Pulu isə tanımadığı adam gətirib. Əlbəəl ona təqdim edilib. Pulları da şəxsən özü sayaraq Vidadi Əzizə verdiyini vurğulayıb.Həmin məbləğin 600 min dollarını Vidadi Əzizə verib. Zərəçəkən Vidadi Əziz həmin məbləği götürüb gedib.
Qubad Qubadov onu da qeyd edib ki, bundan bir qədər sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən tanımadığı şəxs ona zəng edib. Qalıq məbləği o, MTN əməkdaşlarına təhvil verdiyini deyib.
Sonra ittiham olunan şəxsin vəkilləri və prokuror Qubad Qubadova əlavə suallar ünvalayıb.
Prokuror:
-Necə olur ki, siz bank müdiri kimi pulu rəsmi yox, qeyri-rəsmi qəbul edirsiniz?
Qubad Qubadov:
-Nəriman bizim müştərimiz olub. Elə bilmişəm ki, həmin 900 min dollar Nərimanın puludur.
Prokuror:
-Axı şənbə günü banklar işləmir? Necə olur ki, siz o pulu qəbul edirsiniz?
-…Günortaya kimi işləyirdik o vaxtlar…
Sonra ittiham olunan MTN polkovniki Mirəziz Əsgərovun vəkili Fazil Nəhmətov keçmiş bank müdirinə bir neçə sual verib. Vəkil bank müdirindən bu qədər məbləği mədaxil etməklə vətəndaşa hansı bank xidməti göstərdiyini soruşub. Həmin xidmətə görə bankın hesabına hər hansı məbləğin keçib-keçməməsini soruşub. Qubad Qubadov da hesaba belə bir məbləğin köçürülmədiyi cavabını verib. Sadəcə olaraq Vidadi Əzizə və yaxud Nəriman adlı sahibkara qeyri-rəsmi yardım göstərdiyini bildirib. Fazil Nəhmətovun növbəti sualı daha diqqətçəkən olub. İttiham olunan şəxsin vəkili bank müdirindən soruşub ki, o vaxt bilməsə də indi Qubad Qubadov anlayırmı ki, bu qədər məbləğ çirkli pulun “yuyulması” məsələsidir. F.Nəhmətov sualına aydınlaşdırıcı əlavə edib ki, yəni 900 min dollar Azərbaycana həvalə yolu ilə ötürülüb. Qubad Qubadov isə cavabında bunun sonradan fərqində olduğunu məhkəmə önündə izah edib. Daimi müştərisi olduğu üçün həmin məbləği qəbul etdiyini vurğulayıb.
Ardınca zərəçəkən qismində təmsil olunan Vidadi Əziz ayağa durub və şahidə çox suallar verilməsinə etiraz edib. Prosesi aparan hakim isə Vidadi Əzizə bildirib ki, şahidə bütün aydınlaşmamış məsələlər haqqında vəkillər və dövlət ittihamçısı sual verə bilər. Sonra Vidadi Əzizdən 41 min manat rüşvət almaqda ittiham olunan və həmin ittihamı ilk prosesdən qətiyyətlə rədd edən MTN polkovniki Mirəziz Əsgərov Qubad Qubadova suallar verməyə başlayıb. 900 min dolların nə vaxt Zaminbanka daxil olduğunu soruşub. Mirəziz Əsgərov ardınca qeyd edib ki, MTN-ə daxil olan məlumata görə, həmin məbləğ adıçəkilən bankın hesabına iki-üç gün əvvəl oturdulub. Qubad Qubadov isə bildirib ki, elə həmin gün pul hesaba oturdulub. Mirəziz Əsgərov qeyd edib ki, Qubad Qubadov 20 min dollardan artıq pul qəbul edərkən həmin pul monitorinqləşdirilməlidir. O, Zamninbankın müdirindən 900 min dolları qəbul etməsi haqda Qubad Qubadovun Milli Banka niyə məlumat vermədiyini soruşub. Sonra Vidadi Əzizin xaricdən gələn məbləğin bir milyon dollar olduğunu dediyi halda Q.Qubadovun bunun 900 min ABŞ dolları olmasını məhkəmənin diqqətinə çatdırıb. Vidadi Əzizə 600 min dollar verildikdən sonra qalıq 300 min dolları MTN-ə apardığını deyən bank müdirinə polkovnikin cavabı da qısa olub. O, bildirib ki, mülki şəxsin MTN-ə girişi üçün ən azı nazir müavini və ya nazir şəxsən göstəriş verməlidir.
Vidadi Əzizin günahı vardısa niyə tutmurdunuz? – sualına ittiham olunan polkovnik bildirib ki, zərəçəkən haqqında MTN-də 7 cinayət işi, kifayət qədər materiallar var:
“Mənim səhvimi niyə siz təkrarlayırsınız, mən buraxdım, siz həbs edin. Bir də ki, möhtərəm hakim, vidadi haqqında siqnal materialların da işə əlavə edilməsini xahiş edirəm”. Hakim Elbəy Allahverdiyev isə Mirəziz Əsgərova “mən buraxdım, siz həbs edin” ifadəsinə görə xəbərdarlıq edib. Mirəziz Əsgərov isə 24 illik xidməti ərzində dürüst olduğunu, Azərbaycan dövlətinə, xidməti işinə və ölkə prezidentinə sədaqətli olduğunu bildirib. Bundan sonra zərərçəkən Vidadi Əziz keçmiş MTN əməkdaşlarını quldur dəstəsi adlandırıb və ittiham olunan Mirəziz Əsgərov isə təmsil etdiyi qurumda çox vətənpərvər, dövlətinə xidmət edən şəxslərin çalışdığını qeyd edib. Bütün işçilərə bu cür ləkə yaxmağın düzgün olmadığını vurğulayıb. Nəticədə tərəflər arasında mübahisə düşüb.
Növbəti prosesdə keçmiş MTN əməkdaşı general Ədalət Əsədullayevin ifadə verməsi qərara alınıb. Məhkəmə prosesindən sonra hafta.az-a açıqlama verən vəkil Fazil Nəhmətov deyib ki, Mirəziz Əsgərovu 41 min manat rüşvət almaqda ittiham edənlərin özləri 900 min ABŞ dolları həcmində xaricdən həvalə yolu ilə qeyri-rəsmi şəkildə göndərilən pulu rəsmiləşdirmək istəyiblər. Proses 23 iyun saat 14:00-a qədər təxirə salınıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|