Səfirin dostu olan diaspor sədrini “Avakovun dəstəsi”ylə nələr bağlayır? - Təfsilat/FOTOLAR
Tarix: 18-05-2017, 11:44 | Çap et
Adı dəfələrlə ermənilərlə işbirliyində, əməkdaşlıqda hallanan, qalmaqallı diaspor rəhbəri - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə bağlı daha bir sensasion məlumat yayılıb.
BakiPost.az-ın xəbərinə görə, sosial şəbəkələrdə azərbaycanlı diaspor fəalları onun Ukraynadakı məşhur erməni hərbçi Suren Avakyanla şəkillərini yayaraq, düşmənlər tərəfindən ələ alındığını iddia ediblər.
Rövşən Tağıyevin dostcasına əl sıxaraq şəkil çəkdirdiyi Suren Avakyanın sosial şəbəkələrdəki səhifələrinə nəzər salanda görünür ki, o, erməni əsilli Ukrayna daxili işlər naziri Arsen Avakovun yaxın silahdaşı, Azərbaycana qarşı aparılan kampaniyaların fəal iştirakçısıdır. Suren öz facebook profilində erməniləri təbliğ edən, xüsusi ilə qondarma "respublika” barədə yazılar paylaşır.
Bir çox məlumatlarda Surenin Arsen Avokovla hətta yaxın qohum olduğu da göstərilir. Bildirilir ki, Arsenin soyadı əvvəllər Avakyan olub.
Hazırda Ukraynada erməni kilsəsinin agetatoru olan Suren Avakyan barədə məlumatları incələyərkən o da məlum olur ki, onun fəaliyyətinin iki əsas profili var: qondarma erməni soyqırımını təbliğ etmək və azərbaycanlı diaspor fəalları ilə əlaqələri maksimum gücləndirmək.
Məlumatlara görə, Avakyan həmçinin qondarma Dağlıq Qarabağ Respublikasının agentura şəbəkəsinə daxildir.
Hətta onun Luqansk və Donetskdə hərbi hissələrdə əlaqələr qurduğu, qondarma rejimin əsgərlərinə təlim keçdiyi barədə də məlumatlar kifayət qədərdir.
Bildirilir ki, bu hərbi hissələrdə Qarabağda döyüşmək üçün erməni əsgərlərə təlimlər keçir, xüsusi təyinatlı hərbçilər yetişdirilməsində bilavasitə yardımçı olurlar.
Əlbəttə, belə bir adamla Azərbaycan diaspor rəhbərinin "dostluq” etməsi təsadüfi ola bilməz. Xatırladaq ki, son aylar Rövşən Tağıyevin ermənilərlə əlaqəsinin olmasıyla bağlı mediada bir-birinin ardınca və təkzib edilməyən faktlarla zəngin materiallar dərc olunub. Hətta bir müddət əvvəl R.Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılması barədə XƏBƏR də yayılmışdı. Düzdür, sonradan təşkilat rəhbəri bu xəbəri TƏKZİB etmişdi. Ancaq indi onun Suren Avakyanla mehriban fotolarının üzə çıxması Tağıyevlə ermənilərin nəinki mülki, hətta diversant qanadı ilə də sıx münasibətlərdə olması fikrini bir az da qüvvətləndirir. Çünki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədrinin Avakyanla əl sıxaraq çəkdirdiyi şəkildən də bu münasibətlərin çox isti olduğu görünür.
Yada salaq ki, R.Tağıyevin ötən ilin sonunda ermənilərlə birgə Yeni il şənliyinə qatılmasını əks etdirən fotoları MƏTBUATDA YAYILARAQ Ukrayna azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi.
Həmin vaxt R.Tağıyev BakiPost.az-a MÜSAHİBƏ verərək Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanla yaxın dost olduğunu etiraf etmək məcburiyyətində qalmışdı. Lakin vəziyyəti öz xeyrinə dəyişmək, ictimai qınağın təsir gücünü zəiflətmək üçün elə həmin müsahibəsində qeyd etmişdi ki, Avanesyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, buna görə də onunla dostluqda heç bir problem yoxdur.
Amma sonradan qondarma erməni soyqırımının Ukranya Ali Radasında tanıdılması üçün hazırlanan layihənin müəllifi - Aşot Avanesyan bəyanat yayaraq, R.Tağıyevlə dostluğunu təsdiq etsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dostunun dediklərini qəti şəkildə TƏKZİB etmişdi. Əlbəttə, Azərbaycanın Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarından birinə rəhbərlik edən R.Tağıyevin erməni diaspor fəalları, ölkəmizə qarşı bütün çirkin kampaniyaların təşkilatçıları ilə isti münasibətinin səbəbi hər kəsə maraqlıdır. Bu maraqdan doğan haqlı iddialar R.Tağıyev və bir qrup başqa azərbaycanlının Ukraynada erməni nazirin agentura şəbəkəsi ilə təmasda olması ehtimalını gücləndirir. Lakin onların hansı işlərdə "birgə” olmaları haqqında müfəssəl bilgilər verilmir.
Azərbaycanlı ekspertlərin dediyi kimi, çox güman ki, ermənilərə casusluqda ittiham olunan 42 hərbçi və mülki şəxslərlə bağlı cinayət işinin coğrafi arealı təkcə Azərbaycanla məhdudlaşmayacaq. Bu gümanlar fonunda qeyd edə bilərik ki, diaspor fəallarımızın ermənilərlə isti münasibətləri təsadüfi ola bilməz, ən azı ona görə ki, təsadüfi heç nə yoxdur.
Belə bir məqamda cavabı intizarda olan başqa bir sual ortaya çıxır: ermənilərlə (onların sayı bir-iki deyil) dostluq edən və bunu da pünhan saxlamayan diaspor sədri barəsində Azərbaycan rəsmiləri niyə susur?
Susmaqları qalsın bir tərəfə, hətta Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu kimi yazılara görə medianı qınayır, bir az da irəli gedərək Mətbuat Şurasına və digər qurumlara MÜRACİƏT də edir. Amma Cənab səfir unudur ki, nə qədər ki, diaspor rəhbərinin ermənilərlə dostluğu foto-kameraların obyektivində görünəcək, həmin görüntülər elə bir o qədər də medianın trendinə çevriləcək. Aidiyyatı qurumlar, xüsusən də Azərbaycanın Ukraynadakı səfiri bu kimi məsələlərə həssas yanaşmalı, AYIQ münasibət sərgiləməliydilər. Təəssüf ki, hansısa pünhan səbəbdən biz bunu görmürük.
Baxmayaraq ki, Ukraynada yaşayan azərbaycanlı diaspor fəallarının ermənilər tərəfindən "verbovka” olunması barədə müxtəlif məlumatlar yayılmaqdadır. Etibarlı mənbələr erməni əsilli Ukrayna daxili işlər naziri Arsen Avakov və onun şəbəkəsinin azərbaycanlı aktivistləri öz yanlarına çəkməklə "zərərsizləşdirdiklərini” iddia edirlər. Bildirilir ki, Ukraynadakı erməni qruplaşması nəinki bəzi azərbaycanlıları öz şəbəkəsinə daxil edir, hətta onları bir-birinə düşmən də etməyi bacarırlar.
Məsələn, bir müddət əvvəl Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı iş adamları Firuz İbrahimov və Qulam Ələkbərov arasında gedən mübahisələrin silahlı insidentlə nəticələnməsini qeyd etmək olar.
Təkcə indiyədək mediada yayılan xəbərlərin ötəri statistikasını aparsaq, görərik ki, son iki ildə Ukraynada sırf azərbaycanlı iş adamlarına məxsus 12 böyük restoran yandırılıb, 10-dan çox bahalı avtomobil qaçırılıb, 20-dən çox nüfuzlu iş adamının özü və yaxud da övladları ya oğurlanıb, ya da sui-qəsdə məruz qalıb, 10-a yaxın azərbaycanlı isə elə küçədəcə nümayişkaranə şəkildə öldürülüb. Və təbii ki, bu qanlı cinayətlərin əksəriyyəti də ört-basdır edilib, cinayətkarlar "tapılmayıb”, tapılanların arxasından isə adəti üzrə "azərbaycanlıların öz əlləri” çıxıb.
Bu irimiqyaslı anti-Azərbaycan layihələrinin bir qolunun da hərbi müstəvidə reallaşdığına dair ehtimallar var. Yenə də təkrar edirik: ermənilərə cəsusluqda ittiham olunan 42 hərbçi və mülki şəxslərlə bağlı İFŞA məlumatları bu ehtimalları bir az da artırır.
Məhz belə bir vaxta R.Tağıyevin erməni hərbiçi ilə şəklinin yayılması əslində, təsəvvürümüzdə başqa bir xəyali foto cızır. Fotoda qondarma respublikada döyüşçü hazırlayan erməni, onun Azərbaycan diaspor rəhbəriylə əlaqələri, Avakovun agentura şəbəkəsi və cəbhədə ifşa olunan bəzi hərbçilərin cizgiləri əks olunur...
Əcəba, bu cizgilər hələ də sizlərə bir şey demir?!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|