İrəvanı alt-üst edən sirr: - Qarabağ erməniləri türkdür
Tarix: 17-05-2017, 12:34 | Çap et
Qarabağda yaşayan ermənilər əslində erməni əsilli xalq deyil. Onlar Dağlıq Qarabağ münaqişəsində erməni millətçilərinin və şovinistlərinin girovu oldu, lakin çox az adam anlayır ki, oradakı yerli əhalinin ermənilərə heç bir aidiyyəti yoxdur.
Publika.az xəbər verir ki, “kafkazplus” saytı vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan, Azərbaycan vətəndaşlığı statusunu daşımış sakinlərin etnik tərkibini araşdırıb.
Sayt yazır ki, Qarabağda yaşayan ermənilər İrəvanda və Ermənistanın digər ərazilərindəki ermənilərdə həm zahirən, həm də mentalitet olaraq fərqlənir: “Həmçinin, bütün müşahidəçilər Qarabağ “erməniləri” ilə azərbaycanlıların zahiri oxşarlığını qeyd edirlər. Lakin onların erməni adlandırması pradakos yaradır”.
Müsəlman və xaçpərəstliyə bölünən qarabağlılar
Araşdırmada alimlərin fikrinə istinadən bildirilir ki, Qarabağ sakinlərinin əksəriyyəti Qafqaz Albaniyasının qədim əhalisinin nəsilləridir (Bu gün Ermənistan rejimi alban tarixinə də iddia edir – red.).
“Sadəcə olaraq, onların biri tamamilə türk dilinə keçdilər və müsəlman oldular, digərləri xaçpərəstliyə keçdilər. Xaçpərəstliyi seçənlər illər sonra bura gələn ermənilərin dilini mənimsədi. Bunu sübut edən digər məqam Ermənistandakı ermənilər arasında yayılan genetik xəstəliklərin Qarabağdakı “ermənilər” arasında olmamasıdır. Bu xəstəlik ermənilərin bu ərazilərə köçdüyü Aralıq dənizinin şərq sahilləri (indiki Suriya, Livan əraziləri. Ermənilər hələ də bu ölkələrdə kompakt şəkildə yaşayırlar – red.) və Balkan yarımadasının cənub hissəsi üçün tipikdir. Bununla yanaşı, Qarabağa aid tarixi etnosların da ermənilərə heç bir aidiyyəti yoxdur. Bu etnoslar daha çox alban nəslindən gələn Dağlıq Dağıstanın xalqlarına yaxındır. Təbii ki, ermənilər bura gələndən sonra yerli tarixi və mədəniyyəti məhv edərək, ermənizmi yaydılar. Qafqaz Albaniyasının dini cəhətdən də erməni kilsəsinə heç bir yaxınlığının olmaması da sübutlardan biridir. Yerli tarixi məhv edən ermənilər Qarabağdakı alban dini nümunələrini də məhv etdi”, - araşdırmada deyilir.
Azərbaycan xaçpərəstləri necə “erməni” oldu?
Sayt yazır ki, Qarabağın məbədlərində köhnə alban yazılarının ermənilər tərəfindən şüurlu şəkildə dəyişdirildiyinə dair bir çox fakt var: “Ermənilər yazıların üzünü köçürür və “təmiz erməni” variantına çevirirdilər. Bununla belə alban xaçpərəstlər öz dillərini və etnik şüurlarını uzun müddət saxlayırdı. Hətta XVIII əsrdə əcnəbilər qeyd edirdilər ki, Qarabağdakı xaçpərəstlər dinlərinə görə ermənilərdən fərqlənirlər. Yerli “ermənilər” albanların və türklərin törəmələridir. Lakin XIX əsrdə ermənilər Rusiya imperiyası hakimiyyətini inandırdırdılar ki, Azərbaycanın ərazisindəki xaçpərəstləri də ənənəvi erməni kilsəsinə tabe etmək lazımdır. Nəticədə Alban katalikosu ləğv olundu və Eçmiədzin katalikosuna tabe edildi. Rusiya imperiyasında erməni kilsəsinə inananların hamısı, o cümlədən Qarabağın alban əhalisi erməni hesab olunurdu. Bundan sonra İrandan və Türkiyədən ermənilər kütləvi sürətdə Qarabağa köçməyə başladı. Lakin yenə də yerli alban xalqının assimlyasiya edilməsi tamamilə mümkün olmadı. Çünki Qarabağa köçən ermənilərin əksəriyyəti tacirlər idi. Onlar ticarət-sələm şəbəkəsini yaratdılar və özlərini Qarabağın yerli əhalisindən üstün tuturdular, hətta onlarla nikaha belə daxil olmurdular. Qarabağ ilk köçən ermənilər sonradan Rusiya imperiyasının böyük şəhərlərinə getdilər. Erməni ruhanilərin səylərinə baxmayaraq, Azərbaycan xaçpərəstləri öz yaddaşını saxlayırdı”.
Terror və qətllər
Araşdırmadan məlum olur ki, erməni ruhanilər vəziyyəti xeyirlərinə dəyişmək üçün başqa yollara əl atmağa başlayır. Onlar Alban katalikosuna gəlmə erməniləri keşiş təyin etmək üçün hakimiyyət nümayəndələrini satın alırlar. Ermənizm həm də siyasi xətt üzrə yayılırdı. Bu, “daşnaksütyun”un gəlişindən sonra xüsusilə gücləndi. Daşnaklar ilk növbədə əhali arasında erməni millətçiliyinin kök salmasına diqqət yetirirdi. Erməniləşməyə etiraz edən yerli əhali təqiblərə məruz qalır, terrorla üzləşirdi. Daşnaklara yardım etmək istəməyən insanlar qətlə yetirilirdi.
Azərbaycanın səhvi və hələ də itirlməyən şans
Sayt yazır ki, SSRİ dövründə Azərbaycan hakimiyyətinin ən böyük günahı ermənilərin “qardaşlıq” yalanlarına inanaraq, alban milləti və mədəniyyətini dirçəltməyə başlamaması oldu.
“Hətta möcüzə ilə öz tarixi köklərini saxlayan udinlər də sovet vaxtı ciddi problemlərlə üzləşdi. Sadəcə olaraq, udinlər Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni millətçilərinə tabe olmadıqları üçün tamamilə assimiliyasiyaya məruz qalmadı. Beləliklə, erməni adlandırılan Qarabağ əhalisinin ermənilərə heç bir aidiyyəti yoxdur, onlar türk komponentləri ilə qədim albanlardır. Hətta günümüzdə belə onlar təmiz erməni dilində danışmırlar. Xoşbəxtlikdən, Qarabağ xaçpərəstləri arasında cəsarətli insanlar hələ də qalır. Onlar alban keçmişləri uğrunda mübarizəni davam etdirirlər. Bunu etmək çətin və təhlükəlidir, lakin yenə də var”, - deyə sayt vurğulayır.
Qeyd edək ki, bir müddət öncə Artur Ağacanov adlı şəxs sosial şəbəkədə Qarabağda erməni təbliğatına və saxtakarlığına etiraz etmişdi. O, Qarabağın xaçpərəst əhalisinin erməni millətçilərinin zəhərli təbliğatı ilə beyinlərinin yuyulması haqda danışırdı.
“Çox əsrlər ərzində Qarabağ ərazisi müxtəlif müharibələr və toqqumalara səhnə olub. Bu proses nəticəsində Qafqaz Albaniyasının qədim hissəsi olan bölgənin mədəniyyəti, məbədlər, arxitektura abidələri və xalqların mirası dağıdılıb. Qədim miras hazırda erməni mədəniyyəti və tarixinə aid edilib”, - deyə Ağacanov müraciətində bildirirdi.
Qarabağın Azərbaycana məxsus olduğu dediyi üçün...
“Kafkasplus” Qarabağ xaçpərəstlərinin bioloji olaraq Azərbaycana yaxın olduğunu yenidən vurğulayır və yazır ki, erməni millətçilərinin terroruna görə onların çoxu əsil kimliyini gizlədir: “Son 25-30 ildə erməni millətçilərinə qarşı çıxan çoxsaylı fəal, siyasətçi, ictimai xadim ya məhv edilib, ya da qorxudulub. Lyuba adlı fəal Qarabağın ermənilərə aid olmadığını və Azərbaycanı tərkib hissəsi olduğunu dediyi üçün dəhşətli təhlükələrlə üzləşdi. Bu gün Ermənistanda Qarabağdan olanlara “ikinci növ” insan kimi baxırlar, onları aşağılayırlar. Hansı ki, bu insanlar erməni olmadıqlarını bildikləri halda qorxudan susurlar. Lakin həqiqəti gizlətmək yox, mübarizə aparmaq lazımdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar – BMT, YUNESKO erməni zülmünün qarşısını almalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|