İş adamının həyat yoldaşından ŞOK müraciət - "Cənab prezident, məni xilas edin"
Tarix: 4-05-2017, 10:51 | Çap et
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işi üzrə proses başlayıb. Proses hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.
İttihamnaməyə görə, T.Abdullayeva saxta sənəddən istifadə etməklə özünə məxsus əmlakı başqasına satıb, dələduzluq edib və polisə müqavimət göstərib.
Bəzi məlumatlara görə, əslində bu iş keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən Təyminə Abdullayevaya qarşı təşkil edilmiş məqsədli bir işdir. Məqsəd isə boşanmadan sonra T.Abdullayevaya qalmış əmlakları onun əlindən almaqdır.
Elə T.Abdullayevanın Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə də bunlardan bəhs olunur. “AzPolitika”ya daxil olmuş müraciətdə deyilir:
“Hörmətli Prezident İlham Əliyev cənabları və I vitse-prezident Mehriban xanım Əliyeva!
Bilirəm ki, ölkənin indiki vəziyyətində başınız dövlət işlərinə qarışıb. Çarəm olsaydı, Sizi əsla narahat etməzdim. Fəqət qarşılaşdığım bir sıra problemlər məni sizə üz tutub kömək istəməyə vadar edir.
Qeyd edim ki, mən bir anayam. Himayəmdə 14 yaşlı Neman adlı oğlum var. Onun ana himayəsində böyüməsi, sabah Azərbaycan ordusunda xidmət edəcək bir əsgərimizin gözünün yolda qalmaması, evindən, anasından arxayın olması üçün mənim başıma gətirilən müsibətlərə laqeyd qalmayacağınızı ümid edirəm. Sözü çox uzatmadan mətləbə keçmək istəyirəm.
Mən, ötən il qaynım Nazim Abdullayev və artıq boşanmaq ərəfəsində olduğumuz həyat yoldaşım Barat Abdullayev tərəfindən böhtan və şantajlara məruz qalmışam. Onların məqsədi yoldaşım tərəfindən mənə hədiyyə edilən mənzilə və birgə yaşayış dövründə əldə edilmiş bütün əmlaka (bu əmlakın sayı və dəyəri olduqca böyükdür) sahib çıxmaqdır. Bunun üçün də əllərində olan bütün vasitələrdən istifadə edir, məni guya sənəd saxtakarlığında, öz mülkiyyətimdə olan əmlakı dələduzluq yoluyla (!) başqasına satmaqda, 3 polis əməkdaşlığına müqavimət göstərərək xəsarət yetirməkdə (!) günahlandıraraq, həbsimə çalışırlar. İndiyə qədər Respublika Prokurorluğunda əleyhimə hazırlanan istintaq materialından iş məhkəməyə getdikdən sonra xəbərdar olmuş və hüququmu müdafiə etmək məcburiyyətində qalmışam.
Hörmətli ölkə rəhbərləri!
Sizə bildirmək istəyirəm ki, haqqımda irəli sürülən ittihamların heç birinin əsası yoxdur. Əvvəla, mülkiyyətimdə olan əmlak yoldaşım tərəfindən öz səhvini əfv etdirmək üçün mənə bağışlanmışdır. Çünki onun başqa bir qeyri-qanuni ailəsinin mövcudluğu ortaya çıxmış və mənimlə qanuni nikahda olduğundan, boşansaq, mülkiyyətimizin bərabər bölünəcəyi ehtimalının qarşısını almaq üçün qanunən ortaq malımız sayılan əmlakdan kiçik bir hissəni hədiyyə edərək problemi yoluna qoymağı düşünmüşdür. Təəssüf ki, yoldaşım və qaynım boyunlarına götürdükləri bu öhdəliyi də sonuna qədər yerinə yetirməmiş, verdikləri hədiyyəni yenidən geri almaq üçün haqqımda ağlasığmaz ittihamlar irəli sürmüşlər. Bizim işə baxan hüquq-mühafizə orqanları, ələxsus müstəntiq Teymur Ağamirov da ittihamları araşdırmadan irəli sürüldüyü kimi qəbul etmiş və mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.3 və 315.2-ci maddəsiylə cinayət işi açmışdır. Halbuki, qeyd edilən mənzilin hansı əsaslarla mənim adına keçirilməsi araşdırılmalı, bu məqsədlə Dövlət Reyestr Xidmətinə sorğu verilməli idi. Bu addımların heç biri atılmadan haqqımda bu cür ittihamların irəli sürülməsində isə adi məntiq qaydaları belə gözlənilməmişdir. Axı bir adam öz mülkiyyətini necə dələduzluq yoluyla ələ keçirə bilər? Yaxud öz mənzilinin başqasına satılması nə zamandan bəri dələduzluq sayılır? Barat AbdullayevHaqqımda irəli sürülən ən absurd ittiham isə guya mənim 3 polisə xəsarət yetirməyimlə bağlıdır. Cənab Prezident, bunlar necə asayış keçikçiləridir ki, mənim kimi bir zəif qadın onlara xəsarət yetirməyi bacarır? Əgər Azərbaycanın asayişi bir qadına gücləri çatmayan polislərə həvalə edilibsə, ölkəmizin taleyinə necə bel bağlaya bilərik?
Mən, əlbəttə ki, Azərbaycan polisinin qüdrətsiz olduğunu irəli sürmürəm. Müstəqilliyimizin ilk dövründən indiyə qədər polis orqanlarının keçdiyi şanlı tarix onların hansı qüdrətə sahib olduğundan xəbər verir. Sadəcə haqqımda irəli sürülən ittihamların yalnız mənə deyil, həm də polisimizin qüdrətinə kölgə saldığını nəzərinizə çatdırıram. İttihama görə, guya mən qeyd edilən mənzili 250.000 manata “özgəninkiləşdirərək” həyat yoldaşıma 890.000 manat zərər vurmuşam! Halbuki, mənə bağışlanan bu əmlak birgə mülkiyyətimizin cüzi bir qismidir və geri qalan hissə iddia edilən zərəri dəfələrlə kompensasiya edə bilər. Üstəlik, mənə bağışlanmış əmlakın ehtiyac üzündən satılması özümdən başqa kimə zərər vura bilərdi? Digər tərəfdən həmin əmlak artıq özümə qaytarıldığından mənzil itkisindən də söhbət gedə bilməz. O halda hansı zərərdən danışmaq olar?
Hazırda bu mənzilə görə yaranmış borcum isə boşandıqdan sonra qanunla müəyyənləşdirilmiş bölgüylə mənə düşən əmlakla 10 dəfələrlə ödənilə bilər.
Digər bir iddia isə sənəd saxtakarlığı ilə bağlıdır. İş materialları ilə müəyyən edilmişdir ki, həmin şəxsiyyət vəsiqəsi “ASAN-5” tərəfindən mənə verilmiş, sənəddəki “subay” sözü bu xidmət tərəfindən səhvən yazılmışdır. Bu halda da sənəddəki səhvin məsuliyyəti mənə şamil oluna bilməz.
Hörmətli ölkə rəhbərliyi!
Bu absurd ittihamlarla dolu cinayət işi hazırda məhkəmədədir. Müxtəlif yaxın çevrələrdən qulağıma çatan məlumatlara görə, qaynım Nazim Abdullayev yenə şəxsi əlaqələrini işə salıb bu işi məhkəmədə də öz xeyirlərinə çevirmək istəyir. Baxmayaraq ki, prosesin sifarişlə başa çatdırılması istiqamətində yürüdülən bu səylərin nəticə verməyəcəyinə inanıram. Məhkəmə işinin təcrübəli hakim Ramella Allahverdiyeva və təcrübəli prokuror Sabir Abdinov tərəfindən aparılması mənə bu ümidi verir. Təcrübəli hüquq adamlarının iştirakı ilə aparılan məhkəmənin çıxaracağı qərarla gələcəkdə əmlakların ədalətsiz bölgüsünə presedent yaratmayacağına əmin olmaq istəyirəm. Bununla belə, sizin kimsəsiz bir Azərbaycan qadınına göstərəcəyiniz diqqət, məhkəmə prosesini xüsusi nəzarətə almağınız da ədalətli hökmün çıxarılmasına misilsiz yardım edərdi. Məhz bu səbəbdən son ümid yeri kimi Sizə üz tutub, yardım diləyirəm.
Hörmətlə: Təyminə Abdullayeva. 03.05.2017”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
|