“Hər dəfə təcili tibbi yardım maşınının təmirini borc-xərc edib özüm düzəltdirmişəm” - ŞİKAYƏT
Tarix: 3-05-2017, 12:13 | Çap et
Ölkəmizin səhiyyəsində yaşanan problemlər zaman-zaman müzakirə olunsa da, baş verənlər çoxsaylı sakinlərin haqlı narazılıqlarına səbəb olsa da, hələ də bəzi vəzifə sahiblərinin günahı ucbatından Azərbaycan səhiyyəsində sayı-hesabı bilinməyən problemlər yaşanmaqdadır. Belə bir səbəblər üzündən də yenidən bu mövzuya qayıtmağa qərar verdik ki, səhiyyəmizin müəyyən sahəsində yaşananları, vəzifə sahibi olanların qanundan kənar atdıqları addımlarının varlığını və s. bir daha çoxsaylı oxucularımızın diqqətinə çatdıraq. Bu gün problemlər məngənəsində boğulan səhiyyə müəssisələrindən biri də, Arstafa rayon səhiyyəsidir. “Gündəm Xəbər” olaraq hələ ötən saylarımızda adı çəkilən rayonun səhiyyəsində yaşananlardan bəhs etmişdik və yazıb onu da vurğulamışdıq ki, İlham Mustafayev MRX-na baş həkim təyin olunduqdan sonra, çox keçmədi ki, bu şəxs geniş imkanlara da sahib ola bildi. Adicə bir məqamı vurğulayaq ki, Qazax rayonunun Ağköynək kəndində “əlahəzrət” baş həkimə məxsus villanın dəyəri, bir neçə yüzmin manatlarla qiymətləndirilir. Deməli...
Bu günlərdə isə “Gündəm Xəbər”in redaksiyasına Ağstafa rayonu C.Cabbarlı küçəsi ev-31 ünvanında yaşayan Hacıyev Ramil Əmirxan oğlu tərəfindən şikayət ərizəsi daxil olub. O, ünvanladığı ərizəsində yazır ki, “baş həkimin gəlir sahələri, bu gün onu Ağstafanın oliqarx-məmurlarından birinə çevirib. Çünki, İlham Mustafayev xəstəxananın, hətta rayonun digər səhiyyə ocaqlarının gəlir gətirən əsas sahələrini bir əldə cəmləşdirib. Məsələn, adicə bir məqamı vurğulayım ki, mən düz altı il idi ki, rayonun təcili tibbi yardımında sürücü işləyirdim. Ötən altı il ərzində sürücüsü olduğum təcili tibbi yardım maşınına bir dəfə olsun belə təkər, hər hansı detal verilməyib. Dövlətdən cəmi 270 manat əmək haqqı alırdım. Təqribən iki ay bundan öncə baş həkimə yaxınlaşıb dörd təkər verilməsini xahiş etdikə, xahişim sürücü işimin itirilməsi ilə nəticələndi. Çünki, o, “mən sənə təkər alıb verə bilmərəm, get özün al, ala bilmirsənsə o halda açarı təhvil ver də get” dedikdə, sanki şoka düşdüm. İşlədiyim illər ərzində bir dəfə olsun belə, idarə etdiyim təcili tibbi yardım maşınım MRX-nın hesabına təmir də olunmayıb. Hər dəfə təcili tibbi yardım maşınının təmirini borc-xərc edib özüm düzəltdirmişəm. İlham Mustafayevdən dörd ədəd təkər istədiyimə görə, idarə etdiyim təcili tibbi yardım maşınımı 01 apreldən istismara dayandırdı. Təəccüb doğuran hal oldu ki, heç bir komissiyanın rəyi olmadan baş həkim nəqliyyat vasitələrinin istismara dayandırılması haqda qərar da verə bilir. İndi o, mənə təklif edir ki, iki al gəl-get, sonra ya işdən çıxarılacaqsan, ya da fəhlə kimi işlə təmin olunacaqsan. İdarə etdiyim təcili tibbi yardım maşınım istismara dayandırıldıqdan sonra, MRX-nın balansına iki ədəd təzə “Ambulans” verilsə də, baş həkim nə onlardan birini, nə də ki, işlək vəziyyətdə olan təcili tibbi yardımlardan birini mənə verir. Baş həkimin şifahi baxışı və çıxarmış olduğu daxili qərarı ilə istismara dayandırılmış, hansı ki, idarə etdiyim təcili tibbi yardım işlək vəziyyətddə olsa da, bu gün onu da idarə etməyə imkan vermir. Yəni, baş həkim açıq-aydın mənimlə qərəzçilik edir. Bunun da səbəbi, mənim ondan dörd ədəd təkər istəməyim oldu. Çünki, vaxtilə aldığım 270 manat yalnız ailəmin dolanışığını təmin edirdi. Əlavə artıra bilmirdim ki, idarə etdiyim təcili tibbi yardıma təkər də ala bilim. Himayəmdə iki azyaşlı övladım var və ailəmizdə yalnız mən işləyirəm. İlham Mustafayev bu gün məni təcili tibbi yardımın sürücüləri üçün nəzərdə tutulan və MRX-dan xeyli aralı məsafədə yerləşən, hansı ki, heç bir şəraiti olmayan otaqda boş-boş oturmağa da məcbur edir. Həmin otaq qış aylarında olduqca soyuq olur ki, bu da istənilən şəxsin rematizm xəstəliyinə tutulmasına səbəb olur. Dəfələrlə problemin həlli ilə bağlı baş həkimə müraciətlər etsək də, müraciətlərimiz elə müraciət olaraq da qalıb. Hələ bunlar azmış kimi, oturduğumuz otağın üst hissəsindən 50 min kv-luq elektrik xətləri də keçir ki, bu da həyatımız üçün olduqca təhlükə yaradır”. Bütün bunları təhlil etməklə o qənaətə də gəlmək olar ki, İlham Mustafayevin baş həkim olduğu Ağstafa MRX-sı, hal-hazırda adı çəkilən şəxsin girovluğundadır. Yəni, adı çəkilən xəstəxanada həm danışanın dili “kəsilir”, həm də görənin gözü “kor” edilir. Odur ki, nə dinmək, nə də danışmaq lazımdır. İttiham olunası hal isə odur ki, baş həkim illər uzunu təcili tibbi yardım maşınlarına verilən təkərləri, ayrı-ayrı detalları, təmir məqsədilə ayrılan vəsaitləri və s. “həzmi-rabedən” keçirməklə, özünə Ağköynək kəndində villa, digər ünvanlarda isə yeni-yeni imarətlər tikdirməklə məşğul olur. P.S. Hörmətli oxucular! Növbəti saylarımızda İlham Mustafayevin bülleten əməliyyatlarından da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|