İcra hakimiyyətinin vəzifəli əməkdaşı adam öldürüb? - “Araşdırmırlar”
Tarix: 14-04-2017, 13:11 | Çap et
Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı, Yeni Azərbaycan partiyası Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə 7 ay öncə törədilən və ölümlə nəticələnən yol qəza hadisəsinin istintaqı barədə prezident İlham Əliyevə müraciət ünvanlanıb..
Bu barədə BakiPost.az-a hadisə zamanı dünyasını dəyişən Tariyel Rzaquliyevin atası Cəmşid Rzaquliyev məlumat verib.
Bildirib ki, 7 ay ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciətlər etdiyini və bir cavab ala bilmədiyini bildirir. Övladını itirən ata qəzanı şəxsən Manaf Manafovun törətdiyini düşünür: "2016-cı ilin sentyabrın 2-si saat 19:25 radələrində Pirallahı rayonu İcra Hakimiyyətinin işçisi Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı avtomobil tək oğlum Tariyel Rzaquliyevi Qala-Dübəndi yolundakı piyada keçidi üzərindən keçərkən vururaq öldürüb. Azyaşlı qızı ailəsi ilə birlikdə başsız qalıb. Tariyel böyrək çatışmazlığından əziyyət çəkirdi. On il öncə çətinliklə də olsa İranda ona böyrək köçürtdürmüşük. Onun həyatda qalması üçün düz on il İran-Azərbaycan yollarında qalmışıq. Bizi ən çox ağrıdan şey həyatda qalması üçün çəkdiyi o qədər acı və məhrumiyyətlərin bir məmurun müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu. Onlar başda Manaf Manafov olmaqla hadisəni törətdikdən sonra maşını saxlamayaraq eyni sürətlə də hadisə yerindən uzaqlaşıblar. Sonradan nə fikirləşiblərsə, iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Oğluma dərhal ilkin yardım etmək əvəzinə telefonla kömək çağırıb, oradan uzaqlaşıblar. Bunu görən hadisə yerinin yaxınlığındakı N saylı hərbi hissənin zabitləri hərbi hissənin sanitar maşını ilə oğlumu götürüb aparıblar. Sonra da özlərinin dediklərinə görə meyidi yarı yolda təcili yardım maşınına köçürdərək Mərdəkənda morq deyilən bir yerə çatdırıblar. Bütün bu proseslər baş verdiyi zaman hadisəni törədənlərdən heç kim onlarla olmayıb. Ən dəhşətlisi isə odur ki, hadisəni törədən Manaf Manafov gəlib ailəmizə bir başsağlığı da vermədi”. Zərərçəkən istintaqın işindən narazı olduğu üçün məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir: "İstintaqın işi ümumilikdə 7 ay vaxt aparıb. Bu müddət ərzində işin gedişatı ilə bağlı istintaqa təqdim etdiyimiz 17-yə kimi dəlillərə rəğmən, istintaq sükan arxasında olan şəxsin həqiqətən də Manaf Manafovun sürücüsü Bağış Baxşiyevin olduğuna bizi inandıra bilməyib. Bu səbəbdən də sükan arxasında ya Manaf Manafovun özünün, ya da istintaqa və bizə adı bəlli olmayan üçüncü şəxsin olması ilə bağlı şübhələrimiz öz qüvvəsində qalır. Lakin bizi ən çox narahat edən digər məsələ isə, hadisədən bu qədər vaxt keçməsinə baxmayaraq, Manaf Manafov haqqında YAP mərkəzi aparatına (şəxsən cənab Əli Əhmədova, cənab Siyavuş Novruzova, aparat rəhbəri Mahir Abasəliyevə, Bakı rayonlarının əlaqələndiricisi Misirxan müəllimə) və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova etdiyimiz çoxsaylı müraciətlərdən sonra onun haqqında heç bir ölçü götürülməməsidir. Rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmur bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifəsində saxlanılır. Biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla icra strukturlarının bu məsələdə laqeydliyini görüb oğlumun üç mərasimində Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə çıxışlar edirdi. O bu hadisənin yuxarılara çatmamasını məsləhət edir. Guya ailəyə maddi köməklik göstərilməsini özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş. Vasif İmanovun öz iş otağında qurduğu "məhkəmə”də hadisə zamanı maşında olanlardan icra hakimiyyətinin işçisi Niftəliyev Həsəni danışdırarkən onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Bütün bunlar sükan arxasında Manaf Manafovun olması ehtimalını daha da gücləndirdi. Cənab prezident, sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm ki, Manaf Manafovun etdiyi hərəkətləri nəzərə alıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə və bu hadisədə əsl cinayətkarın üzə çıxarılmasının sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|