Bu gün “daydaylı” uşaqları legionerlər əvəz edir – ŞOK İDDİA
Tarix: 9-03-2017, 13:01 | Çap et
Bəziləri fikirləşir ki, arxa-dayağı olmadan idmanda, xüsusən də futbolda uğur qazanmaq mümkün deyil. Hətta bununla bağlı müzakirələr də az olmayıb.
Yeniçağ.az idman jurnalistləri arasında məsələ ilə bağlı sorğu keçirib.
İdman mediasının üzvlərinə “Azərbaycan futbolunda, ya digər idman növlərində “dayday” hesabına qalan varmı? Ümumiyyətlə, belə bir durum mümkündür?”- suallarını ünvanladıq.
“Futbol+” qəzetiin əməkdaşı Sərxan Musalı:
“Azərbaycan idmanında bu problem həmişə aktual olub. Əvvəllər yığmalara daha çox Bakıda yaşayan idmançılar cəlb olunur, bölgə idmançılarına qarşı haqsızlıqlar edilirdi. İndi vəziyyət bir qədər dəyişib. Legionerləri qabağa verirlər, özümüzünkülər qalır kənarda… Futbolda da tapşırılmış oyunçular çoxdur. Xüsusən də aşağı yaş qruplarında bu “filankəsin”, o “bəhmənkəsin” oğludur deyib, komandalara yararlı-yararsız uşaqları götürürlər. Bu da futbolumuza zərbə vurur. Vaxtilə Zeynal Zeynalov futbol yığmamızda oynayırdı. O, unikal insan idi. Həm futbolda, həm futzalda, həm də çimərlik futbolunda əsas komandaya cəlb olunub. Onun tapşırılmış futbolçu olduğunu deyirdilər. İndi də Məhəmməd Qurbanov barədə eyni fikirlər səslənir. Bu fikirlər əsassız deyil. Belə şeylərdən qurtulmalıyıq. Axı belədə kimlərinsə haqqı tapdanır. Tapşırılmış idmançı hansısa güclü həmkarının yerini tutur. Neçə-neçə idmançı olub ki, belə şeylərə görə karyerasına son qoyub”.
Komanda.az saytının baş redaktoru Rəşad Ergün:
“”Dayday”lar nəinki idmanda, bütün sahələrimizdə var. Konkret idmana gəlincə, AFFA prezidenti Rövnəq Abdullayev PFL-in rəhbəri Ramin Musayevin “dayday”ı deyilmi? Ramin Musayev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “dayday”ı deyilmi? Ramin Musayev Gürcüstandan gələn məşqçilərin, futbolçuların “dayday”ı deyilmi? O günlərdə bir nəfər sosial şəbəkədə maraqlı bir fikir paylaşmışdı. Yazmışdı ki, Gürcüstandan olan bir məşqçi azərbaycanlı mütəxəssislərdən birindən soruşub ki, sən niyə işləmirsən? İstəyirsən, Ramin Musayevə deyim, sənə iş versin. O adam da deyəsən, bunu qəbul etməyib. Bəlkə də adi söz-söhbət kimi qəbul edəcəksiz. Amma belə şeylər var bizim futbolda…
Mən hələ milli komandalarımıza dəvət alan futbolçular barədə danışmıram. Hansı ki, uzun zaman nə klubda çalışıb, nə də top üzü görüb. Siz də sual verirsiz ki, bizdə “dayday” məsələsi varmı? Var əlbəttə, xirtdəyə kimi….”
Sputnik-Azərbaycanın əməkdaşı Təranə Xudabaxşiyeva:
“Bu sualı 7-8 il öncə versəydiniz nəinki ad çəkərdim, adlar çəkərdim. Amma etiraf edək ki, bu gün federasiyalar məsələyə daha diqqətlə yanaşırlar. İndi “daydaylı” uşaqları legionerlər əvəz edir. Amma gücü olan, ağlı olan idmançı heç kimə arxalanmadan da uğur qazana bilər”.
Sport7.az-ın baş redaktoru Amal Abuşov:
“Azərbaycan futbolunda “daydayı” olan futbolçular əsasən “milliləşdirilənlər” və legionerlərdir. Hazırda ən böyük “dayı” AFFA-nın baş katibi Elxan Məmmədovdur. O, bilavasitə Dağıstandan, Ukraynadan və digər ölkələrdən Azərbaycana gətirilən, milli pasportla təmin edilən futbolçuların himayədarıdır. Bir vaxtlar Daniel Axtyamov, Murad Hüseynov kimi futbolçular var idi. Onlar burdan gedən kimi futbol səhnəsindən silindilər. Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov kimiləri də onların tayıdır. Onlar Rusiyada həvəskarlar liqasında oynayacaq səviyyədədirlər. Amma Azərbaycan millisinə qədər yüksəliblər. Prosineçki inadla Məhəmməd Qurbanovda gizli istedad gördüyünü desə də, həmin “istedadı” açmaq mümkün olmadı. Ötən yay İrandan indi adını belə xatırlamadığım iki futbolçu gətirmişdilər. Digər “milliləşdirilmiş” futbolçular kimi onların da ilk dayanacağı “Sumqayıt” oldu. Klubun prezidenti Kamran Quliyev onların bizim dildə danışmasından o qədər həvəslə bəhs edirdi ki… Qış fasiləsində Samir Abbasov həmin iranlıları komandasında görmək istəmədi və rəhbərlikdən onların göndərilməsini tələb etdi. Bu cür nümunələr yetərincədir. Legionerlərin himayədarları isə adətən, menecerlər olur. Onlar klub rəhbərləri ilə müəyyən faiz qarşılığında anlaşır, gətirdikləri futbolçuların müntəzəm meydana çıxmasına nail olurlar. Amma hazırda bu proses zəifləyib. Çünki mətbuatın, azarkeşlərin gözü tərəzidir. Layiq olmayan legioneri uzun müddət oynatmaq çətindir. Eyni tendensiya idmanın digər növlərində də müşahidə olunur və bu işdə federasiya rəsmiləri, nazirlikdə oturan “dayday”lar fəaldır”.
Futbolpress.az-ın baş redaktoru Elçin Cəlilov:
“”Dayday” institutu Azәrbaycan cәmiyyәtinin sütun dәyәrlәrindәndir; nәinki idman, әn müxtәlif sahәlәrdә də bu institutun tәşәkkülü mümkün olub vә dayaqları çox möhkәmdir.
Konkret adlar çәkib, saatlarla oxuyacağınız siyahı әmәlә gәtirmәkdәnsә, qısaca belә deyim ki, azı 90% bu cür hal mövcuddur. Hәm Gәnclәr vә İdman nazirliyindә, hәm Milli Olimpiya Komitәsindә, hәm də müxtәlif idman cәmiyyәtlәri vә klublarında, yerli idarәlәrdә “dayday” dayağı danılmazdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|