Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

Gürcü millətçilərin antiAzərbaycan planı... - FAKT
Tarix: 22-02-2017, 16:41 | Çap et
Gürcü millətçilərin antiAzərbaycan planı...
Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Kvemo-Kartli (Borçalı) bölgəsində seçkilərin nəticəsi hakim "Gürcü arzusu" partiyasını necə deyərlər "yasa batırıb". BakiPost.az xəbər verir ki, Gürcüstan müstəqillik əldə edəndən indiyədək adətən mütləq əksəriyyəti hakimiyyətdə olan partiyaya səs verən və əlahiddə siyasi fəallığı ilə seçilməyən azərbaycanlıların 2016-cı ilin oktyabr seçkilərində ortaya qoyduğu siyasi iradəni, siyasi palitrada daha fəal şəkildə iştirak etməyə iddialarının ilkin simptomlarını İvanaşvili iqtidarı hazırda ciddi təhlil etməkdədir. Ekspertlər hakim partiyanın soydaşlarımızdan aldığı zərbəni bir neçə səbəb üzrə qruplaşdırırlar:

1. Svan əsilli kriminal şəxs kimi tanınan Tamaz Naverianinin hakim partiya tərəfindən 2016-cı ilin oktyabr seçkilərində Marneulidən namizəd göstərilməsi.
Əhalisinin 92% azərbaycanlı olan rayondan ötən əsrin 90-cı illərində soydaşlarımıza qarşı adam oğurluğu cinayətləri ilə xatırlanan şəxsin deputatlığa namizəd göstərilməsi seçicilərdə ciddi qıcıq doğurdu. Yerli azərbaycanlılar "Gürcü Arzusu"nun bu addımını onları heçə saymaq kimi qiymətləndirdilər və bütün maddi şirnikləndirmələrə və təhdidlərə baxmayaraq, seçkidə alternativ namizədlərə səs verdilər.

2. Hakim partiyanın verdiyi vədlər özünü ötən 4 ildə doğrultmadı. Sosial-iqtisadi güzəranlarında heç bir müsbət dəyişiklik hiss etməyən, əksinə daha da vəziyyətləri pisləşən insanlar eyni siyasi komandaya növbəti 4 ildə də mandat verməyə çəkindilər.

3. Azərbaycanlılar ilk dəfə olaraq məhz Saakashvilinin prezidentliyi dönəmində sosial, siyasi, mədəni hüquqlarının təminatı istiqamətində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər hiss etdiyindən müxalif Vahid Milli Hərəkat Partiyasına səs verdilər.

4. Azərbaycanlılar öz seçimləri ilə artıq Gürcüstandakı siyasi proseslərdə "yedək"də getməklə razılaşmadıqlarının, fəal oyunçu olmağa iddialı olduqlarının ilk reflekslərini göstərdilər.
Artıq siyasi palitrada öz yerlərini tutmağa müvəffəq olan Samirə İsmayılova, Əhməd İmmaquliyev kimi azərbaycanlı siyasi personajların sayının qarşıdakı illərdə artacağı şübhə doğurmur. Son zamanlar soydaşlarımızın vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində daha yaxından iştiraka meylinin artması da bu qəbildəndir.

Doğrudur, seçkilərin nəticələri heç də azərbaycanlıların siyasi gözləntilərini tamlıqla doğrultmadı. Seçkilərdə açıq fərqlə rəqiblərini üstələmələrinə baxmayaraq, İvanaşvili iqtidarı Bolnisidən (Çörük Qəmərli) Samirə İsmayılovaya və Marneulidən (Borçalı) Əhməd İmamquliyevə parlamentə daxil olmağa icazə vermədi. Hakim "Gürcü Arzusu" partiyasından irəli sürülən 3 nəfər daha "sözəbaxan" azərbaycanlının deputatlığa namizəd göstərilməsi və onların hər üçünün mandat qazanması isə şübhəsiz ki, soydaşlarımız üçün uğurlu haldır.

Savalan Mirzəyev və Ruslan Hacıyevin gənc olması onların gürcü istişblementinin hər zaman "bazar" adamı kimi baxdığı azərbaycanlıların tapdanan hüquqlarının müdafiəsi istiqamətində daha çevik fəaliyyət göstərəcəyinə ümid yaradır. VMH-dan növbəti dəfə deputat seçilən Azər Süleymanovu (iqtidar onun növbəti dəfə deputat mandat qazanmaması üçün oktyabr seçkilərində mümkündürsə etdi.- red.) isə həm azərbaycanlılar, həm də Gürcüstanda yaşayan digər millətlərdən olan opponentləri hər zaman Azərbaycanla, Türk dünyası ilə bağlı məsələlərdə yüksək duyarlılıq göstərən, çəkinmədən separatçı Cavaxetiyalı siyasətçilərə qarşı çıxış edərək Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən şəxs kimi tanıyır.

Ancaq yazının əvvəlində qeyd etdiyimiz kimi, oktyabr seçkilərindən sonra Gürcüstan iqtidarı özünəməxsus təhlillərə başladı. Buna baxmayaraq, ötən 4 ayda baş verənlər göstərir ki, bu "təhlil"lər təəssüflər olsun ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-kartli bölgəsində sosial, siyasi, mədəni vəziyyətin yaxşılaşdırılmasına yox, əksinə daha da pisləşdirilməsinə, vəziyyətin gərginləşdirilməsinə yönəlib. Fikirlərini öyrənməyə çalışdığımız yerli azərbaycanlı ictimai fəalların dediyinə görə, bütün inzibati rıçaqlardan istifadə edəndən sonra da seçkinin nəticəni xeyirlərinə dəyişə bilmədiyini görən İvanaşvili iqtidarı Borçalıda yalnız saxtalaşdırma hesabına deputat mandatlarına sahib ola bildi. Seçkidən dərhal sonra isə azərbaycanlıların, xüsusi ilə kiçik və orta sahibkarlıqlıqla məşğul olan şəxslərin və gənclərin cəzalandırılmasına start verildi. İlk olaraq "qara məni basınca mən qaranı basım" prinsipi ilə hərəkət edən gürcü hakimiyyəti Qzılhacılı kəndində seçki saxtakarlığına etiraz edən 6 azərbaycanlını elə seçki günü həbsə atdı. Seçkidən ötən aylar ərzində isə Əhməd İmamquliyevə dəstək verən demək olar ki, bütün soydaşlarımızın ticarət obyektləri 70, 80, 90 min lari və daha çox miqdarda cərimələrə məruz qoyuldu. Bu proses hazırda da davam etməkdədir. Eyni zamanda yerli icra nümayəndəlikləri vasitəsi ilə Marneuli və Bolnisinin kəndlərində yaşayan azərbaycanlılara açıq şəkildə deyilir ki, kəndin infrasturkturunun yenidən qurulması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılması nəzərdə tutulan bütün addımlar təxirə salınıb: "yolunuzun asfaltını da, körpünü də, kəndinizin içməli su, qaz, işıq məsələlərini də gedin səs verdiyiniz azərbaycanlılardan istəyin. Əgər xoşunuza gəlməyən nəsə varsa çıxın gedin Azərbaycana..." Yəni necə deyərlər, abxaz və osetinlərsiz Gürcüstan arzumuzu "reallaşdırdığımız” kimi, azərbaycanlılarsız, Borçalısız Gürcüstan istəyimizidə "həyata keçirə” bilərik.

Qarşıda isə yeni seçkilər gəlir: 2017-ci ilin payızında Gürcüstanda növbəti seçkilər keçiriləcək. Bu dəfə yerli seçkilər... Ekspertlər ağır sosial, siyasi durumun hökm sürdüyü Gürcüstanda yerli icra hakimiyyətlərinin seçilməsində ciddi rəqabətin və qarşıdurmaların olacağını proqnozlaşdırırlar. Elə bu günlərdə inzibati və iqtisadi təzyiqlər yolu ilə müstəqil Rustavi 2 telekanalının fəaliyyətinin dayandırılmasını da gürcü hakimiyyətinin sürətlə vətəndaşlar arasında nüfuzunu itirməsindən doğan həyəcandan qaynaqlandığı bildirilir.

Gözlər isə ölkənin bir neçə qaynar bölgəsinə, xüsusi ilə azərbaycanlılarının çoxluq təşkil etdiyi Borçalıya (Kvemo-Kartli) yönəlib. Gərginliyin azaldılması üçün ən rasional addım kimi isə ekspertlər "Gürcü arzusu" partiyasının Marneuli (keçmiş Sarvan, Borçalı rayonu) perefektliyinə azərbaycanlı namizəd irəli sürməyində görürlər. Əks halda iqtidar partiyasının Vahid Milli Hərəkat Partiyasına və digər müxalif opponentlərinə qalib gəlməsi çətin olacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru