Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru iş yerlərini satışa çıxarıb? - İTTİHAM VAR
Tarix: 21-02-2017, 13:39 | Çap et
Son illər regionlarda aztəminatlı ailələrə dəstək verilməsi, yeni iş yerlərinin açılması, bir sözlə, mövcud iqtisadi çətinliklər şəraitində yaşayan vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir çox tədbirlər həyata keçirilir. Belə olduğu halda, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla bağlı redaksiyamıza daxil olan şikayət məktublarını təəccüb və təəssüflə qarşıladıq. Şikayətçilərin yazdığına görə, Zöhrab Məmmədov rəhbərlik etdiyi mərkəzdəki ştatlara işə qəbulu özü üçün qazanc mənbəyinə çevirib.
Əgər xatırlayırsınızsa, “Təzadlar”ın ötən saylarında Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Koroğluyeva Gülnaz Hətəm qızının nümayəndəsi Vüsal Başaratvinin Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova ünvanladığı müraciətini dərc etmişdik. Müraciətdə Zöhrab Məmmədovun mərkəzdə aylıq 120 manat əmək haqqısı olan kompüter operatoru ştatına işə qəbul etdiyi Koroğluyeva Gülnazdan aldığı 1500 manat rüşvətin qarşılığında ona verdiyi maaş kartında cəmi 55 manat oturdulması ikinci tərəfin etirazına səbəb olduğu bildirilirdi. Z.Məmmədovdan bunun səbəbi soruşulanda, narahatlığa heç bir əsas olmadığını bildirib, növbəti aydan əmək haqqının 120 manat olacağını deyib. Lakin o gündən sonra nə karta maaş yüklənib, nə də Koroğluyeva Gülnaz direktora verdiyiı pulu geri ala bilib. Şikayətdə eyni zamanda bildirilirdi ki, Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Başaratov Nəcməddin Zöhrab Məmmədova sürücülük ştatına 1500 manat, Nurahmədov Samir isə nəzarətçi ştatına 2000 manat pul verib. Hətta aldadıldığını bilən Nurahmədov Samir 1500 manatını geri almaq üçün Zöhrab Məmmədovdan Xaçmaz rayon Prokurorluğuna şikayət edib. Bundan xəbər tutan Zöhrab Məmmədov iki nəfərin şahidliyi ilə qalan 1500 manatı qaytaracağı barədə əlyazma qəbz imzalayaraq Nurəhmədov Samirə verib və onu prokurorluğa yazılan şikayəti geri götürməsinə razı salmağı bacarıb. Şikayətçilərin fikrincə, bütün bunlar Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovun insanların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsədiyini deməyə əsas verir. Biz də mətbuat olaraq Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Koroğluyeva Gülnaz Hətəm qızının nümayəndəsi Vüsal Başaratvinin Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova ünvanladığı müraciətlə bağlı mövqeyini öyrənmək üçün Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla telefon əlaqəsi saxladıq. Z.Məmmədov şikayətin əsassız olduğunu və bu barədə rəsmi mövqe bildirəcəyini söylədi. Lakin aradan neçə həftə keçməsinə baxmayaraq, hələ də Mədəniyyət Mərkəzinin direktorundan bir xəbər yoxdur. Çox vaxt isə telefonu bağlı olur. *** Bu yazımızda isə şikayətçilərin özlərinin aidiyyəti qurumlara ünvanladıqları müraciətləri və redaksiyamıza təqdim etdikləri digər sənədlərlə bağlı araşdırmamızı təqdim edəcəyik. Beləliklə, Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Başaratov Nəcməddin Hətəm oğlunun “Təzadlar”a daxil olan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə invanlı müraciətini təqdim edirik. Müraciətdə deyilir: “Hörmətli cənab Kamran Əliyev! Hörmətli cənab Əbülfəs Qarayev! 2015-ci ilin iyun ayında atam mənə dayım Ağabəyov Əlövsət Ağabəy oğlunun məsləhəti ilə Xaçmaz Mədəniyyət Mərkəzində boş iş yerlərinin olduğunu və evdə işsiz oturmaqdansa orada işə düzəlməyimi söylədi. Düzü, əvvəlcə razılaşmasam da, sonradan bekar gəzməyin faydası olmadıgını düşünüb işləmək qərarına gəldim. Dayımın dediyinə görə, Mədəniyyət Mərkəzindəki boş iş yerləri nəzarətçi və sürücü ştatları idi. Öyrəndim ki, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov sürücü ştatı üçün 1500 manat, nəzarətçi vəzifəsi üçün isə 2000 manat rüşvət istəyir. Onu da deyim ki, sürücü maaşı 120 manat, nəzarətçi maaşı isə 150 manat idi. Dayıma zəng edib sürücü işləməyə razı olduğumu söylədim. Dayım bildirdi ki, qaynımın oğlu Samir Nurahmədov da nəzarətçi ştatına işə düzələcək, onunla görüşüb birlikdə Xaçmaza gedək. Dayım həm də səhəri gün Xaçmazda bizimlə görüşüb Zöhrab Məmmədovun yanına birlikdə gedəcəyimizi, lakin məsələni yalnız özümüz danışıb razılaşacağımızı bildirdi. Səhərisi Samirlə birlikdə Xaçmaz şəhərinə getdik. Şəhərə çatanda dayımla zəngləşib görüşdük. Sonra birlikdə Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla görüşməyə getdik. Zöhrab Məmmədov Mədəniyyət Mərkəzinin yaxınlığındakı çayxanalardan birində çay içə-içə söhbət etməyi məsləhət gördü. Çayxanada söhbət zamanı Zöhrab Məmmədovdan işimizin nədən ibarət olacağını və hansı sənədlərin lazım olduğunu soruşduq. Z.Məmmədov mənə işə gəlməyimə ehtiyac olmadığmı, sadəcə, işdə adımın gedəcəyini, bunun üçün isə şəxsiyyət vəsiqəsinin surətini və 2 ədəd 3x4 ölçüdə şəkil gətirməyimi söylədi. Yaxınlıqdakı kserokopiya yerində şəxsiyyət vəsiqəsinin surətini Samirlə birlikdə çıxarıb gətirdik. Sonra mən 2 ədəd 3x4 ölçüdə şəkli və 1500 manatı, Samir isə 2000 manatı sayıb Zöhrab Məmmədova verdik. Z.Məmmədov iyul ayının 25-dən sonra gəlib jurnala imza ataraq ilk ayın maaşını alacağımızı, maaş kartlarımızın isə 3 aydan sonra hazır olacağını bildirdi. Bir aydan sonra Samirlə zəngləşib ilk ayın maaşını almağa getdik. Direktorun dediyi kimi jurnala imza atdıqdan sonra ilk ayın maaşı adı ilə hərəmizə 100 manat verdilər. Maaşın az olmasının səbəbini Zöhrab Məmmədovdan soruşanda, o, dedi ki, “narahat olmayın, kartınızı alandan sonra hər ay sən 120, Samir isə 150 manat maaş alacaq. 2 aydan sonra da gəlib maaş kartlarınızı alarsınız. Əgər işləmək istəyən tanışlarınız varsa, onları da gətirin, hazırda “motorist”, elektrik, kompüter operatoru və başqa boş ştatlarım var”. Avqust ayında yenidən Samirlə birlikdə maaş almağa gedəndə direktor Z.Məmmədov müxtəlif bəhanələrlə pulumuzu vermək istəmədi, lakin çox söhbətdən sonra hərəmizə 30 manat verərək başımızı aldatdı. Sentyabr ayında ailəmdə yaranan problemlərlə əlaqədar həyat yoldaşımdan boşanmalı oldum. Dekabr ayında isə həyat yoldaşımın qaldırdığı alimentlə bağlı məhkəməm var idi. Bu səbəbdən də məhkəməyə əmək haqqı ilə bağlı arayış təqdim etməliydim. Dekabrın 18-də Zöhrab Məmmədovun yanına gedib vəziyyəti ona danışdım. Eyni zamanda, aradan 5 ay keçməsinə baxmayaraq, nə tam maaşımı, nə də maaş kartımı vermədiyini xatırlatdım. Həm də xahiş etdim ki, mənə işlədiyim barədə arayış versin. O, problem olmadığını bildirərək, mənə əmək haqqımla bağlı arayış verdi. Lakin sonradan gördüm ki, arayışda mənim Xaçmaz rayon Mədəniyyət Mərkəzində sürücü yox, nəzarətçi vəzifəsində çalışdığım yazılıb. Düzü, 3 ay məhkəmələrə get-gəl yarandığından həmin ərəfədə bu işin üstünə düşmədim. Məhkəmə ilə bağlı işim bitəndən sonra hər ay mütəmadi olaraq Zöhrab Məmmədovla ya zəngləşir, ya yanına gedib maaş kartımı verməsini, ya da ona verdiyim 1500 manatı geri qaytarmasını tələb edirdim. O isə çox vaxt “gəl, maaşını al” - deyə yanına çağırsa da, maaşı vermədən geri qaytarırdı. Axırda məcbur olub Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevin qəbuluna düşüb Zöhrab Məmmədovdan şikayət etdim. O da Fərid adlı köməkçisinə zəng edərək, mənim adımı və soyadımı qeyd edib Zöhrab Məmmədovu rayon prokurorluğuna verəcəyini söylədi. Lakin bu şikayətimin də bir faydası olmadı. Hörmətli cənablar, çox təəssüf ki, bu günə kimi Zöhrab Məmmədovdan pulumu geri ala bilmirəm. Sonradan öyrəndim ki, o, təkcə məni aldatmayıb, elə bizim kənddən 20-dən çox vətəndaşı işə düzəltmək adı ilə onların hər birindən 1200-3000 manat arası pul alaraq mənimsəyib”. Sonda şikayətçi N.Başaratov mətbuat vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevdən və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən xahiş edir ki, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov barəsində ciddi tədbir görülsün və onun mənimsədiyi pulların geri qaytarılmasına köməklik göstərsinlər. Qarşı tərəfi də dinləməyə hazırıq.
(Davamı var) \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|