5 barmağın beşi də bir deyil... - Alı Qocayev də belə başçıdır...
Tarix: 8-11-2016, 11:37 | Çap et
Redaksiyamıza daxil olan məlumatlarda yenidən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin fəaliyyətindən doğan narazılıqlar yenidən yer almağa başlayıb. Xatırlayırsınızsa bir müddət əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallarda biz Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara diqqət yönəltmişdik. Elə həmin materiallarda da qeyd olunmuşdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür. Məsələn, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Samux rayonu Qiyaslı kənd orta məktəbinin pedaqoji heyətinin və kənd ziyalılarının kəskin etirazlarına dair materiallar dərc olunmuşdu. Bu etirazlar isə, Alı Qocayevin sözügedən məktəbə Günay Rzayevanı direktor təyin etməsinə qarşı yönəlmişdi. Açıqlamalarda bildirilirdi ki, məktəbin ağsaqqal müəllimləri və kənd əhalisi G.Rzayevanın bu təyinatını uzun illər Qiyaslı kənd orta məktəbində əmək sərf etmiş müəllimlərə hörmətsizlik kimi qiymətləndirirlər. İcra başçısı isə, ictimai rəyə son dərəcə etinasız münasibət nümayiş etdirərək, ehtirasların daha da qızışmasına yol açmışdı.
Bundan bir qədər sonra isə, Alı Qocayevin Samux RİH-nin başçısı vəzifəsində göstərdiyi qeyri-qənaətbəxş fəaliyyətinə dair redaksiyamıza yeni məlumatlar daxil oldu. Həmin məlumatlarda rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları barədə rayon sakinlərinin şikayətləri öz əksini tapmışdı. Şikayətçilər xüsusilə qeyd edirdilər ki, Alı Qocayevin himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olurlar.
Lakin bu açıqlamaları aldığımız vaxtdan sonra keçən müəyyən bir dövr ərzində Samuxdan aldığımız şikayətlər bir qədər səngiməyə başladı. Bir çox mənbələrin yekdil rəyinə görə, buna səbəb həmin dövrdə ölkə mətbuatında dərc olunan məlumatlarda Alı Qocayevin adının məlum Elşad Abdullayev qalmaqalı ilə bağlı hallandırılması olmuşdu. İddia olunur ki, Samuxun icra başçısı “ara sakitləşənə” qədər gözləmə taktikasına əməl etmək qərarına gəlib. Son aldığımız məlumatlarda isə, Alı Qocayevin artıq yenidən “aktivləşdiyi” və bu fəallığın da ilk növbədə icra başçısının özü üçün yeni obyektlərin tikintisinə start verməsində təzahür etdiyi vurğulanır. Bunun təsdiqi olaraq, mənbə Gəncə şəhərində inşa olunan “Zülfiyyə” şadlıq sarayının tikintisini diqqət mərkəzinə çəkir. Bu məqamı da qeyd edək ki, aldığımız açıqlamaların birində Alı Qocayevin yaxın ətrafında olan şəxslərdən də birinin barəsində məlumat verilir. Məlumatda deyilir: “Alı Qocayev Samuxa başçı gələndə, özü ilə Bakıdan Fazil adlı bir nəfər də gətirmişdi. Bu şəxs başçının qohumu (gəlininin qardaşı) olmaqla, Binəqədi rayonunda işlədiyi müddətdə qeyri-qanuni tikintilərə nəzarəti həyata keçirirdi. Lakin görünür Samuxun havası Fazilə “düşmədi”. Buna görə də başçı onu bu yaxınlarda yenidən Bakıya, rayonlardan birinin mənzil-kommunal təsərrüfatı birliyinə rəis göndərib...”
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz göstərmişik ki, bu gün respublikamızın demək olar ki, bütün rayonlarında, şəhər, qəsəbə və kəndlərdə intensiv surətdə həyata keçirilən əsaslı bərpa-təmir işləri, küçə və yolların abadlaşdırılması yerli sakinlərin sosial durumunun yüksəlməsinə, məişət problemlərinin həllinə güclü təkan verir. Digər tərəfdən isə, hələ də bu proseslərdən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurlara kifayət qədər tez-tez rast gəlirik. Bu deyilənlərin təsdiqini tapmaq üçün isə, Samux rayonunda cərəyan edən prosesləri müşahidə etmək kifayət edir.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
|