Əsas Səhifə > Cəmiyyət, Manşet > Körpələri bu soyuqda istiliksiz buraxıblar...

Körpələri bu soyuqda istiliksiz buraxıblar...


10-02-2016, 10:33
Körpələri bu soyuqda istiliksiz buraxıblar...
“Bakı şəhəri, Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəbdə istilik sistemi olmaması səbəbindən dərsə davamiyyət aşağı səviyyədədir. Çünki şagirdlər tez-tez xəstələnirlər. 2007-ci ildə inşa edilən təhsil müəssisəsi bu gün bərbad vəziyyətdədir”. Bu sözləri həmin məktəbdə təhsil alan şagirdin valideyni “Bizim Yol”a ünvanladığı məktubda bildirilir. Şikayətdə qeyd olunur ki, havaların soyuq keçməsinə və sinif otaqlarında istilik sisteminin olmamasına baxmayaraq məktəb rəhbərliyi şagirdlərin təhsil ocağına məktəbli formasında gəlməyini tələb edir. Yazılanlara görə, tədris müəssiəsinin maddi-texniki bazası da aşağı səviyyədədir. Belə ki, məktəbdə kimya laboratoriya və lövhə yoxdur.

Körpələri bu soyuqda istiliksiz buraxıblar...

Mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndərilən sorğuya cavab verilib: “Bildiririk, aparılan monitorinqlər zamanı Xəzər rayonu 218 nömrəli tam orta məktəbin istilik sistemində aşkarlanmış problemlə bağlı aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülərək məktəbin istilik təminatı bərpa edilib”. Biz Qafqaznews.az saytı olaraq bu məsələ ilə bağlı 218 saylı Binə orta məktəblə əlaqə saxladıq.

Özünü texniki işçi kimi təqdim edən Nəzakət xanım bildirdi ki “bura məktəb yox, bağçadır” və əlavə olaraq bildirdi ki, “bağçanın sayğacında yaranan problemlə əlaqədar bir neçə gündür ki ,enerji sistemində problemlər yaranıb. Burda qaz yoxdur, istilik ancaq işıqladır, işıq sönən kimi istilik olmur, uşaqlar qalır soyuqda”. Müxbirimizin “Bu məsələ ilə bağlı direktorun məlumatı yoxdur? Niyə bir tədbir görmür” sualına “Bilmirəm, biz məlumat vermişik, ancaq baxan yoxdur, indi bu dəqiqə də istilik yoxdur” ,- deyə Nəzakət xanım bildirdi.

Bağçanın direktoru Ülviyyə xanımla danışmaq istədik, ancaq bildirdilər ki, yerində yoxdur. Biz bu məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, ancaq təəsüflər olsun ki, iş vaxtı olmasına baxmayaraq, iki idarədə də zənglərmizə cavab verən olmadı.

Geri qayıt