Əsas Səhifə > Cəmiyyət, Manşet > Ənvər Seyidəliyev hakimiyyətə reytinq qazandırmır, reytinqdən xərcləyir...

Ənvər Seyidəliyev hakimiyyətə reytinq qazandırmır, reytinqdən xərcləyir...


19-01-2016, 11:20
Ənvər Seyidəliyev hakimiyyətə reytinq qazandırmır, reytinqdən xərcləyir...
DİA.AZ: - Bu gün sözün əsl mənasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova sığınmış durumda olan Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev yenə də nazir bacıoğlunun himayəsini geniş planda hiss etməkdədir. Nəticədə hətta antidövlət xarakterli problemlərə nədən olması belə Seyidəliyevin "vurulmasına" nədən ola bilmir, Səlim Müslümov dayısını "cəddi" kimi hifz edir.

Bunu DİA.AZ-a açıqlamasında hökumətdəki mötəbər mənbə bildirib. Qaynağın iddialarına görə, əslində Ənvər Seyidəliyevin kitabı çoxdan bağlanıb, amma...

Ənvər Seyidəliyev hakimiyyətə reytinq qazandırmır, reytinqdən xərcləyir...

Mənbənin dia.az-a söylədikləri: "Hər dəfəsində Müslümov dayısını qoruya bilib. Son etirazlar fonunda da vəziyyət bu şəkildə cərəyan etdi. Halbuki Ənvər Seyidəliyevin cəzalandırıkması aktual idi. Çünki bu vaxta qədər özünün fəaliyyətsizliyi, daha doğrusu dövlət marağından deyil, çəxsi biznes maraqlarından fəaliyyəti səbəbindən Ağsuda yerli sakinlərin qəzəbini üzərinə cəmləşdirən, günlərin birində isə bu qəzəbi daha da "yuxarılara" ötürüləcək səviyyədə inkişf etdirməkdə olan Ənvər Seyidəliyev narazılıqdan başqa nəyəsə nail ola bilməyib.

Bu gün Ağsu camaatı əgər sakit dayanıblarsa, bu, onların prezidentə və hakimiyyətə olan etimadlarının təzahürüdür. Əslində Ənvər Seyidəliyevin şəxsi nüfuzu hakimiyyətin ünvanına heç bir sayğını qazandırmayıb, əksinə, Seyidəliyev Ağsudakı hakimiyyəti boyunca hakimiyyətin reytinqini xərcləməklə günlərini keçirir".

Rayondakı qaynaq bildirir ki, dəfələrlə Seyidəliyevdən müxtəlif instansiyalara şikayət ediblər: "Amma hər dəfə şikayətimiz başçının üstünə qayıdıb. Yəni neynəsək də, bütün şikayətlər onun özünə qaytarılır, o, isə "yuxarıya" yalançı hesabatlar verərək günlərini yola verməkdədir".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt