Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağdam təhsil sistemində vərəsəlik prinsipləri...

Ağdam təhsil sistemində vərəsəlik prinsipləri...


29-12-2015, 10:45
Ağdam təhsil sistemində vərəsəlik prinsipləri...
DİA.AZ: - Redaksiyamıza Ağdam rayon Xındırıstan kəndində məskunlaşmış Baxşeyiş Qasımov tərəfindən Ağdam təhsil şöbəsinin fəaliyyətsiz məktəbləri haqqında prezidentə və təhsil nazirinə ünvanlanmış şikayət məktubunun bir nüsxəsi daxil olub. DİA.AZ olaraq həmin məktubu təqdim edirik:

“1. 93 saylı köçkün əsas məktəbi son üç il ərzində 3 dəfə (atadan oğula, oğuldan anaya, anadan isə qıza) məktəb direktoru dəyişmişdir. Məktəbin direktoru əvvəllər Allahverdi Qənbərov işləmiş, Allahverdi Qənbərov ərazi nümayəndəsi təyin olunduqdan sonra məktəbi oğlu Şamxal Qənbərova vermiş, Şamxal Qənbərovun diplomu saxta çıxdığına görə ( müəllimlər institunun Qazax fililaı) məktəb onun anasına, sonra isə bacısı Məmmədova Aliyyə Qənbər qızına verilmişdir. Məktəb yerləşdiyi ərazidə heç bir ailə məskunlaşması yoxdur, məktəbdə yalnız şagirdlərin adı var. Məktəb binası fin evdə yerləşir. Məktəbin hazırkı direktoru Aliyyə Məmmədova ailə həyatı quraraq Mingəçevir şəhərində yaşayır. Aliyyənin həmin məktəbdən xəbəri yoxdur. Hətta sənədlərdə adı gedən müəllimləri tanımır.

2. 85 saylı köçkün orta məktəbin direktoru Bəndalı Qurbanov olub. Məktəbin şagirdi olmadığı və yaxınlığında 4 böyük əsaslı binası olan məktəb olduğuna baxmayaraq bu gündə həmin məktəb fermada fəaliyyət göstərir. Bəndalı Qurbanovun yaşı tamam olandan sonra məktəb onun Bakı şəhərində yaşayan yeznəsinə verildi. Yeznəsinin məktəb direktoru olmasından xəbəri yoxdur.

3. 19 saylı köçkün orta məktəbi direktoru Şəfəq Həsənova şagird alveri ilə məşğul olur. Məktəbin IX-XI sinif şagirdləri Bakıda, Bərdədə, Mingəçevirdə hazırlıq kurslarında oxuyurlar. Məktəbin müəllim və texniki işçiləri direktorun qohum-əqrabasıdır. Belə məktəblərin sırasına 58, 22, 108, 109 saylı məktəbləri də əlavə etmək olar.

Xahiş edirik göstərilən məktəblərdə araşdırma aparıb qanunsuzluqların qarşısını alasınız”.

Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq...

Geri qayıt