Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputatın «Dərhal» MMC şirkəti vətəndaşları dərhal aldadırmış...

Deputatın «Dərhal» MMC şirkəti vətəndaşları dərhal aldadırmış...


16-12-2015, 10:19
Deputatın «Dərhal» MMC şirkəti vətəndaşları dərhal aldadırmış...
Bir neçə gün əvvəl xəbər vermişdik ki, deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov Bakı sakinlərini müxtəlif vədlərlə aldadaraq, onların pullarını alıblar. JAM.AZ-a şikayət edən Məlahət Qurbanova və Osman Hacıyevin bildirmişdilər ki, onlar lombarda çalışırlar və deputat mənzil tikintisi işləri aparmaq üçün müraciət edərək, pul alıb.

Şikayətçilərin sözlərinə görə, Cəbrayılovlar ilk dəfə 300 min manatlıq mülkün müqabilində lombarddan 165 min manat götürüblər. Məlahət Hacıyevadan alınan pul indiyə qədər qaytarılmayıb. Əksinə, xanımı pulu geri istədiyinə görə hədələyiblər də.

Osman Hacıyevə isə 52 min manatlıq mənzil satılsa da, sonradan məlum olub ki, eyni mənzil digər birinə də satılıb. Hətta ikincinin həmin mənzilə dair çıxarışı belə var.

İşin maraqlı tərəfi odur ki, «Dərhal» MMC-yə rəhbərlik edən Elşən Cəbrayılovun bu işi təkbaşına etdiyi deyilmir. Onun qardaşı, deputat Rəfael Cəbrayılova arxayın olaraq, müxtəlif addımlar atdığı söylənilir. Qeyd edilir ki, qardaşlar uzunmüddətdir bu işlərlə məşğul olurlar və onlardan edilən şikayətlərə baxan belə yoxdur.

JAM.AZ-a çatan məlumatlara görə, deputat və qardaşından zərər çəkənlərin sayı heç də az deyil. Əksinə, müxtəlif formada aldadılaraq, pulları əlindən alınmış insanların sayı çoxdur. Və belə şəxslərdən digər bir neçəsi bizə müraciət edərək, saytımız vasitəsi ilə dövlət başçısından yardım istəyirlər. Hazırda həmin şikayətlərin araşdırılması prosesi həyata keçirilir və yaxın günlərdə oxuculara təqdim olunacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt