Əsas Səhifə > Cəmiyyət, Manşet > Məhkəmə sədri sirli bir faktın girovuna çevrilib...

Məhkəmə sədri sirli bir faktın girovuna çevrilib...


14-12-2015, 11:11
Məhkəmə sədri sirli bir faktın girovuna çevrilib...
Azərbaycanda yüksək post tutan şəxslərlə bağlı son vaxtlar ilginc faktlar açıqlanır. Bu sırada cumhuriyyet.az-a daxil olan məlumatlar da diqqət çəkir. Bu dəfə Beyləqan rayonundan cumhuriyyet.az-a daxil olan məlumat rayon məhkəməsinin sədri Maşalla Şirvanov haqqındadır.
Bizə daxil olan məlumatlara keçməzdən öncə M.Şirvanov haqqında oxucularımıza məlumat verək. Bildirək ki, o 1951-ci ildə Lənkəran rayonunda anadan olub. 1982-ci ildə Bakı dövlət Universitetinin hüquq fakültəsini bitirən Maşalla müəllim əmək vəaliyyətinə 1978-ci ildən başlayıb. Belə ki, o, 1978-1982 -ci illərdə Lənkəran 1 saylı Avtomobil Müəssisəsində hüquq məsləhətçisi, 1982-1987-ci illərdə Lənkəran Rayon Məhkəməsində dəftərxana katibi, iclas katibi, 1987-1990-cı illərdə Şamxor (indi Şəmkir) Rayon Məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Biləsuvar Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illərdə Naftalan Şəhər Məhkəməsinin hakimi, 2007-2008-ci illərdə Beyləqan Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır və 2008-ci ildən bu günədək Beyləqan Rayon Məhkəməsinin sədridir.
Artıq 7 ildir ki, Beyləqan rayonunda Məhkəmənin sədri vəzifəsində çalışan M.Şirvanovun bütövlükdə hakimlik karyerasına son qoyula bilər. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlar onun vəzifəsindən kənarlaşdırıla biləcəyini düşünməyə əsas verir. Etibarlılığına şübhə etmədiyimiz mənbənin məlumatları üzərində kiçik dəqiqləşdirmələr apardıqdan sonra yaxın günlərdə mövzunu ətraflı şəkildə diqqətinizə çatdıracayıq.
Məhkəmə sədrinin yaxın qohumları polis orqanlarından niyə çıxarıldı?
Gənc Seyfəddin M.Şirvanovun nəyidir?
4 dekabrda baş vermiş bir olayın rütbəli qurbanları kim olub?
M.Şirvanov hansı faktı ciddi cəhdlə gizlətməyə çalışır?

Geri qayıt