Əsas Səhifə > Cəmiyyət, Manşet > Eskuderonun deputatlığa namizəd qohumu təhqirə keçdi

Eskuderonun deputatlığa namizəd qohumu təhqirə keçdi


23-09-2015, 13:07
Eskuderonun deputatlığa namizəd qohumu təhqirə keçdi
Qaxdan deputatlığa bitərəf namizəd Paşa Məmmədov ilk gündən reputasiyasını zədələyib. Dubayda keçmiş vitse-konsul, Ukrayna Qafqaz Xalqları Konqresinin sədri olmuş P.Məmmədov bəyanatları ilə ictimaiyyət tərəfindən qınaqla qarşılaşıb.

TİA.AZ-ın məlumatına görə, seçicilər də P.Məmmədova səs verməyəcəklər. Bir qrup seçici redaksiyamıza məlumat verib ki, onlar sabiq diplomatı deputat görmək istəmirlər.
Buna səbəb isə bir müddət əvvəl sosial şəbəkədə yayılan bəyanatı olub. Sitat: “Hər birinizi əmin edirəm ki, bugündən etibarən əleyhimə olan hər bir insan, məhz sizin mənafeyinizin düşmənidir. Onları ermənilərdən ayırmıram. Ona görə ki, bu günə qədər əleyhimə ancaq ermənilər iş görüblər”.
Millət vəkilliyinə namizədin belə bir çıxışı həm seçiciləri hiddətləndirib, həm aşağılayıcı, insanların heysiyyatına toxunan sözlər kimi qəbul olunub. Eyni zamanda ziyalı bir adamın leksikonunda bu ifadələrin olması təəssüf hissi doğurub. Çünki millət vəkilini xalq seçir və onun seçiminə hörmətlə yanaşmaq lazımdır. Bu seçki yarışında isə rəqiblər də olmalıdır, qarşı çıxan da.
Seçicilər qeyd edirlər ki, P.Məmmədov alternativsiz, qeyri-demokratik seçki arzusundadır. Əks halda əleyhinə çıxanları ermənilərə tay tutmazdı. Görünür, bu namizəd yalnız qulağına xoş sözlər deyilməsini istəyir.

Mənbə isə TİA.AZ-a vurğulayıb ki, seçicilərin əksəriyyəti onu tanımır. İctimai fəallığı ilə diqqət çəkməyən P.Məmmədovun şansları az görünür.
Üstəlik, seçki ərəfəsində namizədin belə bir çıxışı onun reytinqinə təsir edib. Bu dairədən Əhməd Şahidov da namizəddir və hər hansı qıcıqlandırıcı açıqlaması hələ ki olmayıb.
Azərbaycan Respublikasının qanunlarını heçə sayan, onun əleyhinə olanları erməni adlandıran bir namizədin Milli Məclisdə millətin vəkili olacağı sual doğurur. Qeyd edək ki, 7 sentyabrda yayımladığı ayın 20-də dəyişib.

Qaynağımız iddia edir ki, ümumiyyətlə, Paşa Məmmədovun seçki piarında bir sistemsizlik nəzərə çarpır. Paşa Məmmədov sonra əvvəllər çalışdığı Xarici İşlər Nazirliyini tənqid atəşinə tutdu.
Ancaq nədənsə həmin mətləblər arasında özünün XİN-dən uzaqlaşdırılması məsələsinə bir kəlmə ilə toxunmadı. Paşa Məmmədov ABŞ-ın Azərbaycandakı sabiq səfiri Eskuderonun oğlu ilə bacanaq olub.

Eskuderonun deputatlığa namizəd qohumu təhqirə keçdi
Eskuderonun deputatlığa namizəd qohumu təhqirə keçdi

Geri qayıt