Əsas Səhifə > Cəmiyyət, Manşet > Adil Vəliyevin sehrbazlığı...

Adil Vəliyevin sehrbazlığı...


17-09-2015, 11:56
Adil Vəliyevin sehrbazlığı...
Adil Vəliyev Heydər Əliyev Fondunun adından şəxsi məqsədləri üçün istifadə edir. Bu barədə bu gün GUNDEMİNFO.AZ-a Sabunçu sakinləri tərəfindən müraciət daxil olub. Rayon sakinləri bildiriblər ki, icra başçısı Adil Vəliyev Heydər Əliyev Fondunun vəsaiti ilə inşa edilmiş «Şəhrizad» Uşaq Bağçasını öz yaxınları tərəfindən biznes məqsədilə istifadə olunur.

Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən və uzun illər ətrafda yaşayan uşaqların və böyüklərin istirahət yeri olan park 2014-cü ildə təmir adı ilə hasarlanıb. Bundan sonra isə hasarlanmış ərazidə tikinti işləri həyata keçirilməyə başlayıb. Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi SAYTINDA saytında informasiya verilir ki, 29 dekabr 2014-cü ildə uşaq bağçasının açılışı olub.

Bu rəsmi informasiyada yazılır ki, bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4 qrupda tərbiyə alacaq. Uşaq bağçasının ərazisində abadlıq işləri aparılıb. Su anbarı və transformator qurulub.

Lakin sonradan bəlli olub ki, bu obyekti icra başçısı Adil Vəliyevin yaxın qohumu olan Rəfael adlı şəxs şəxsi obyekti kimi işlədəcək. Elə açılış törənində də adıçəkilən şəxs rəsmi görəvi olmasa da icra başçısı ilə çiyin-çiyinə dayanıb. Dövlətin balansında olan bir istirahət parkını abadlaşdırmaq adı altında inşa edib şəxsi məqsədləri üçün gəlir yerinə çevirən icra başçısı ilə bağlı narazılıq edən vətəndaşlar daha sonra yazır:

- Düşündük Heydər Əliyev Fondu parkı təmir etdirir. Çox sevindik ki, bu ərazidə abadlıq aparılacaq və biz də illərlə istifadə etdiyimiz həmin parkda daha da rahat dincələyəcəyik. Lakin təmirlə bağlı asılmış lövhələr götürüləndən sonra gördük ki, dövlətin parkı ərazisində uşaq bağçası inşa ediblər. Lakin uşaq bağçasında 1 aylıq ödəniş 350 manatdır. Özəl təlim-tərbiyə müəssisəsi kimi istifadə olunur.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar da göstərir ki, vətəndaşlar haqlıdırlar. «Şəhrizad» Uşaq Bağçasının aylıq ödənişini dəqiqləşdirmək üçün 050 220 .. 12 saylı telefonla əlaqə saxladıq. Ödəniş məbləği həqiqətən də 350 manatdır.

Çox maraqlıdır ki, icra başçısı dövlətin balansında olan bir parkı təmir adıyla hasarlayıb, orada özəl uşaq bağçasının inşa edilməsinə niyə və necə razılıq verib… Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Adil Vəliyevin sehrbazlığı...
Adil Vəliyevin sehrbazlığı...
Adil Vəliyevin sehrbazlığı...
Adil Vəliyevin sehrbazlığı...
Adil Vəliyevin sehrbazlığı...

Geri qayıt