Əsas Səhifə > Cəmiyyət, Manşet > Seyid cəddinə arxayındır... Neftçalanın təhsil şöbəsinin müdiri bəs kimə?

Seyid cəddinə arxayındır... Neftçalanın təhsil şöbəsinin müdiri bəs kimə?


31-07-2015, 12:09
Seyid cəddinə arxayındır... Neftçalanın təhsil şöbəsinin müdiri bəs kimə?
Neftçala Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətindən, həmçinin şöbənin müdiri Əjdər Kərimovun öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs etmişdik. Bu xüsusda rayondan aldığımız məlıumatlarda da qeyd olunur ki, RTŞ müdirinin yol verdiyi özbaşınalıqlar ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti kəskin olaraq aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Məlumatlara görə Neftçala məktəblərində elə müəllimlər var ki, il boyu “işlədikləri” məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Buna görə də bir çox mənbələr iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Bir başqa məlumatda isə mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Aldığımız şikayət məktublarından birində isə iddia olunur ki, Əjdər Kərimov müəllimlərin may-iyun əmək haqqlarından 25-30 manat toplanmagına sərəncam verib. Həmçinin tarifləşmə cədvəllərində böyük maxinasiyalar aparan şöbə müdiri bu yolla da büdcədən ayrılan dövlət vəsaitlərini mənimsəyir. Digər tərəfdən də məhz Əjdər Kərimovun “xeyir-duası” ilə bu gün rayonda fəaliyyət göstərən əksər orta məktəblərin direktorları rəhbərlik etdikləri müəssisələri tam avtoritar rejimdə, özlərinin şəxsi kommersiya obyektləri kimi idarə edirlər. O cümlədən, Neftçala şəhəri 1 saylı orta məktəbdə cərəyan edən hadisələr, burada yer almış özbaşnalıqlar və ciddi qanun pozuntuları deyilənləri bir daha təsdiq edir. Artıq qeyd olunduğu kimi, bu orta təhsil müəssisəsinə yeni direktor təyin edilmiş Ülviyyə Abdullayeva hələ ki, bu vəzifəsində təsdiq olunmasa da, artıq rəhbərlik etdiyi məktəbdə bir sıra qaydaları tətbiq edə bilmişdir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu ilin fevral ayından Neftçala şəhər 1 saylı orta məktəbinə rəhbərlik edən Ülviyyə xanımın tətbiq etdiyi qaydalar bu təhsil müəssisəsində bir sıra qanunauzluqlara səbəb olmuş, nəticədə isə şagird və valideyn hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması halları müəssisənin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu təyinata qədər 1 saylı orta məktəbdə biologiya müəlliməsi işləmiş Ülviyyə Abdullayevanın indiyədək ümumiyyətlə heç bir rəhbər vəzifədə iş təcrübəsi olmayıb. Onun birdən-birə direktor təyin edilməsində isə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun və Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın xüsusi xidmətləri olub. Mənbə iddia edir ki, Ülviyyə Abdullayeva direktor vəzifəsinə təyin olunmaq üçün bu iki şəxsə külli-miqdarda pul ödəyib. Lakin məlum olduğu kimi, qaydalara görə məktəb direktoru vəzifəsinə təyin olunan namizədlər Təhsil Nazirliyində müvafiq imtahan verməlidirlər. Ülviyyə Abdullayevanın qatılmalı olacağı növbəti belə bir imtahan isə artıq bu günlərdə keçiriləcək. Məlumata görə, Əjdər Kərimov imtahanın nəticələri ilə bağlı heç bir problemin olmayacağına Ülviyyə xanımı inandırıb. RTŞ müdiri bildirib ki, guya o, bütün məsələləri Təhsil nazirinin müavini Firudin Qurbanov səviyyəsində artıq həll edib. Və indi Ülviyyə Abdullayevanın tutduğu vəzifədə təsdiq olunması üçün son “şərt”ə əməl etmək qalıb. Bu da yuxarı təqdim etmək üçün tələb olunan 10 min manatı Əjdər müəllimə verməkdir...

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt