Əsas Səhifə > Cəmiyyət, Manşet > Sahibkar Fazil Məmmədovdan şikayətçi düşüb

Sahibkar Fazil Məmmədovdan şikayətçi düşüb


20-04-2015, 16:16
Sahibkar Fazil Məmmədovdan şikayətçi düşüb
DİA.AZ: - “Aztexnika” MMC-nin rəhbəri Vüsal Hacıyev vergilər naziri Fazil Məmmədovun qəbuluna düşmək istəyir. Sahibkar deyir ki, rəhbəri olduğu şirkətin depozit hesabında vəsait var. Amma həmin vəsaitdən istifadə edə bilmir.

DİA.AZ-a daxil olan açıqlamada deyilir: “9 aydır ki, bu problemlə üz-üzəyəm. Yaranmış problemlə bağlı Vergilər Nazirliyinə müraciət edirik. Yazdığımız məktublara cavab verilir ki, hesabınızda heç bir problem yoxdur. Faktiki isə problem var və bu problem işimizi iflic edib”.

Sahibkar deyir ki, bu sistem xətası deyil və ola bilməz: “Düşünürəm ki, bu süni problemdir. Bilərəkdən depozit hesabın bloklandığını ehtimal edirəm. Biz nazirin və ya onun müavinlərinin qəbuluna da düşə bilmirik ki, sözümüzü deyə bilək, problemimiz həll edilsin”.

Geri qayıt