Əsas Səhifə > Cəmiyyət, Manşet > Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində şok özbaşınalıqlar

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində şok özbaşınalıqlar


17-04-2015, 12:32
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində şok özbaşınalıqlar
DİA.AZ: - Redaksiyamıza Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baş verən şok özbaşınalıqlarla bağlı ittiham dolu material daxil olub. Bildirək ki, DİA.AZ-a ötürülən xəbərin müəllifi də həmin qurumda çalışır.

DİA.AZ-a təqdim olunan materialın 1-ci hissəsini diqqətinizə çatdırırıq:

“Sizin nəzərinizə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində (VCAİD) baş verən hadisələri çatdırmaq istəyirik. Belə ki, dünən qocaman istintaqçı, iyirmi ildən artıq istintaq orqanlarında rəhbər vəzifələrdə çalışmış VCAİD-nın istintaq idarəsinin rəisi, polkovnik Şahin Rüstəmov çox hörmətsiz şəkildə Departamentin rəisi V.Məmmədovu növbəti məzuniyyət vaxtı pensiyaya göndərilmişdir. V.Məmmədov ağsaqqalı bir iclas edib, onun - həmin Departamentin təməlini qoyan şəxslərdən biri olmasını qeyd edib, bir hədiyyə verib, layiqli tərzdə yola salmadı.

Ş.Rüstəmov 40 ildir ki, hüquq mühafizə orqanlarında işləyirdi, əslən Qərbi Azərbaycanlı, peşəkar, savadlı bir şəxsin yerinə V.Məmmədov tərəfindən 1986-cı ildə anadan olmuş, heç bir il də olsa belə müstəntiq işləməyən, mayor rütbəsini bilinmir nəyə görə vaxtından əvvəl alan Elmir Şirinov hazırlanır.

E.Şirinovun karyerasına nəzər salsaq, olduqca orta səviyyəli hüquqşunas, əvvəllər Vergilər Nazirliyində V.Məmmədovla birlikdə işləmiş, sonradan partizan kimi vəziyyətin daxildən öyrənilməsi üçün VCİAD-a V.Məmmədov tərəfindən göndərilmiş Elnur Şirinov müstəntiq işləmişdir, bir neçə aydan sonra V.Məmmədov onu bölmə rəisi, bir neçə aydan sonra isə söbə rəisi, bir az da sonra isə idarə rəisinin müavini vəzifəsinə təyin etdirmişdir. Onun yerinə isə yenə də V.Məmmədovun qrup yoldaşı, ikinci ali təhsil aldıqda, Tariyel Quliyev olmuşdur. Yəni E.Şirinov toparlayıb öz yanına yığdığı müstəntiqləri yenə də rəisin favoriti olan Tariyel Tağiyevə təhvil vermişdir.

Qeyd etmək lazımdır ki, həm Tariyel Tağıyev, həm də Vidadi Məmmədov hüquqşunas diplomlarını bir neçə il bundan əvvəl “almışlar”.

Departamentin istintaq idarəsində “bizimlə işləyən” müstəntiqlər və “bizim olmayanlar” vardır. E.Şirinov dəstəsində məsələn Nəriman Məcidov, Zamiq Bağırov, Mənsimov Taleh və sailəri var.

Lakin onlar heç də yalnız büdcəyə işləmirlər, işin göxəlliyi budur ki, bu gün guya dövlət büdcəsini doldurmaq məqsədi ilə, Tahir Əliyev demişkən rüsumunda yığırıq pul da yığırıq, indi bunun hansının pul kimi hansını isə rüsum kimi yığırlar bunu heç kəs bilmir. Hal hazırda hamı hörmətli V.Məmmədovu gözləyir. Rəsmi olaraq Çurvan Mehrəliyev rəisi əvəz etsə də, müstəntiqlərə onun otağına getməyə qadağa qoyulub”.

Daha sonra dia.az-a daxil olan materialda deyilir: “Ümumiyyətlə istintaq idarəsinin rəisinin üç müavini var, onların ikisi - Əbiyev Ruslan Səfər oğlu və Mehrəliyev Çurvan əlbəttə ki, bütün iş yükünü öz nəhəng çiyinlərində Elnur Şirinov vətən uğrunda, vətənə böyük sevgi ilə daşıyır. E. Şirinovun polkovniklərə, polkovnik-leytenantlara rəisi təyin etmək məqsədi isə V.Məmmədovun ayrıca olaraq Vergilər Nazirliyi uzərində böyük bir qələbəsidir. Elnur müəllim isə artıq müstəntiqləri otağında qışqırdır, yəni üstlərinə bağırır.

Əvvəllər mətbuatda gedən VCİAD-in səhv həbslərinə də bir mahiyyət verilmədi, bu cavan kadrın təyinatından sonra ola bilsin ki, oğlu cinayətkarın əvəzinə anası tutula bilər sonradan onların yeri dəyişdirilə bilər.

Onu demək lazımdır ki, E.Şirinova rəis deyərək müraciət edənlər də var, odur ki, biz hələlik mayor, tezliklə polkovnik E.Şirinovu VCİAD-ın istintaq idarəsinin rəisi vəzifəsi ilə qabaqcadan təbrik edirik, ona işində uğurlar müvəffəqiyyətlər, çoxlu-çoxlu ............ arzu edirik”.

Davamı olacaq. Bütün bu iddialarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt