Əsas Səhifə > Cəmiyyət, Manşet > Nəhayət Gəncədə «kök salmış» Elmar Vəliyevi kürsüsündən qoparırlar

Nəhayət Gəncədə «kök salmış» Elmar Vəliyevi kürsüsündən qoparırlar


17-03-2015, 11:50
Nəhayət Gəncədə «kök salmış» Elmar Vəliyevi kürsüsündən qoparırlar
DİA.AZ: - Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin kimlərlə hansı səbəbdən münaqişədə olması ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Və hətta başçının bu səbəbdən vəzifəsi ilə vidalaşacağı da iddia olunub. Amma görünəni odur ki, hələ də dayaqlarının hesabına müqavimət göstərməyə müvəffəq olan Elmar Vəliyevi yerindən tərpədə bilmirlər.

Amma bu da müvəqqəti xarakter daşıyır. Bunu da DİA.AZ-a məlumatlı mənbələr söyləyir.

Xəbəri verən qaynaq bildirir ki, Elmar Vəliyevin Gəncə ŞİH başçısı postundan alınması bir neçə dəfə hətta Prezident Administrasiyasında da müzakirə mövzusu olub: «Hər halda, bu günlərdə PA tərəfindən barəsində ən çox şikayət olunan rayon və şəhərlər sırasında Gəncənin də adının yer alması və bu informasiyanın ictimailəşdirilməsi təsadüfi deyildi».

Mənbə dia.az-a bildirir ki, Elmar Vəliyev hər yerdə özünü prezidentə yaxın bir şəxs kimi təqdim edir: «Hətta bildirir ki, prezident ona Gəncədən başqa bir neçə rayonunun da patronajlığını həvalə edib və bununla öyünür. Eyni zamanda qosqoca nazirlərə belə meydan oxuyur, nazirliklərin Gəncədəki təyinatlarına istədiyi «redaktələri» edir».

Artıq bu sərbəstliyinin bədəlini ödəmək zorunda olan başçı üçün hesabat dönəminin yetişdiyini bildirən qaynaq aprel ayına qədər Gəncə ŞİH rəhbəri postunda dəyişikliyin baş tutacağını da iddia edir: «Buna tədarük görülür. Elmar Vəliyevi himayə edənlər hazırda çalışırlar ki, onu başqa yerə təyin etdirsinlər».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt