Əsas Səhifə > Cəmiyyət, Manşet > Gömrük sistemində iç savaş: Aydın Əliyev əsas rəqibini necə sıradan çıxarmaq istəyir

Gömrük sistemində iç savaş: Aydın Əliyev əsas rəqibini necə sıradan çıxarmaq istəyir


4-03-2015, 12:08
Gömrük sistemində iç savaş: Aydın Əliyev əsas rəqibini necə sıradan çıxarmaq istəyir
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin rəhbəri postu uğrunda mübarizə başlayıb. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya ötürülüb. Xəbəri bildirən mənbə iddia edir ki, hazırki DGK rəhbəri Aydın Əliyevə olan etimadın ciddi zərər görməsi çoxdandır onun yerinə göz dikənləri həvəsləndirib.

Qeyd edək ki, Aydın Əliyevin yerinə tədarüklü olanlar arasında hətta onun müavinləri də var. Amma ən şanslı hesab olunan kadrın hazırda Dövlət Gömrük Komitəsinin Aksiz Böaş Gömrük İdarəsinə rəhbərlik edən Ehtiram Xəlilov olduğu deyilir.

Məlumatlı mənbə dia.az-a bildirir ki, məhz bu səbəbdən Aydın Əliyev də indidən rəqibi ilə haqq-hesab çürütmək istəyir. Son zamanlar Ehtiram Xəlilovun idarəsi ilə bağlı qalmaqalların artması da DGK şefinə əlavə fürsət yaratmış olub.

Qeyd edək ki, Ehtiram Xəlilov buna qədər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olub. Və 2013-cü ildə Aksif Baş Gömrük İdarəsinə təyinat alıb. Ehtiram Xəlilovun həm də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da sıcaq münasibətlərinin olduğu söylənilir.

Belə bir şəraitdə isə Aydın Əliyevin Ehtiram Xəlilovu zərərsizləşdirə bilməsi o qədər də inandırıcı görünmür. Əksinə daha şanslı və daha əlaqəli görünən Xəlilov üçün DGK rəhbərliyində istənilən bir silkələnmə kifayət qədər sərfedicidir.

Geri qayıt