Əsas Səhifə > Cəmiyyət, Manşet > Sıra paytaxt Bakının rayonlarına çatır - 4 icra başçısı görəvdən alınır

Sıra paytaxt Bakının rayonlarına çatır - 4 icra başçısı görəvdən alınır


5-02-2015, 12:38
Sıra paytaxt Bakının rayonlarına çatır - 4 icra başçısı görəvdən alınır
DİA.AZ: - Hakimiyyət yeni kadr dəyişikliyinə tədarük görür. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.

Xəbərə görə, paytaxt Bakının 4 rayonunun icra hakimiyyətinin başçısı dəyişdirilir. Dia.az-a danışan mənbə bildirir ki, Nəsimi, Xətai, Sabunçu və Yasamal rayon icra hakimiyyətlərinin başçılarının vəzifələrindən azad ediləcəyi haqda qərar verilib və qərar bu günlərdə rəsmiləşəcək.

Mənbə bildirir ki, vəzifələrindən azad edilməsi gözlənilən icra başçılarından ikisini hazırda əyalət rayonlarına rəhbərlik edən iki icra başçısının əvəzləyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, eyni zamanda 2 əyalət rayonunun da rəhbəri görəvdən alınacaq.

Qeyd edək ki, bu günlərdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin Bakıya - rayonlardan birinə rəhbər təyin oluna biləcəyi haqda informasiyalar da yayılmışdı…

Geri qayıt