Əsas Səhifə > Cəmiyyət, Manşet > Magistral yollarımızda real təhlükə mənbəyi: Həddindən artıq yüklənmiş yük maşınlarını kimlər himayə edir?

Magistral yollarımızda real təhlükə mənbəyi: Həddindən artıq yüklənmiş yük maşınlarını kimlər himayə edir?


2-02-2015, 12:24
Magistral yollarımızda real təhlükə mənbəyi: Həddindən artıq yüklənmiş yük maşınlarını kimlər himayə edir?
DİA.AZ: - Yəqin ki, magistral yollarda həddindən artıq yüklənmiş vəziyyətdə şütüyərək böyük təhlükə yaradan sürücülər əksəriyyətə tanışdır. Bildirək ki, onlar təkcə sürücülərə yx, həm də elə yol kənarındakı piyadalara da təhlükə yaradırlar. Sürətlə hərəkət edən bu maşınların yük yerindən düşənlər isə birbaşa olaraq ÖLÜM SƏBƏBİ kimi qəbul edilir…

DİA.AZ bildirir ki, davamlı olaraq bu cür yük maşınlarına qarşı reydlər keçirən Dövlət Yol Polisinin əməkdaşlarının əslində yetərli imkanlarının olmadığı da ortadadır. Çünki əvvəllər ölkə paytaxtına axşam saat 20.00 radələrinə qədər yük maşınlarının jirişi qadağan idisə, ində onları Bakının küçələrində həddindən artıq yüklənmiş vəziyyətdə günün hər saatında görə bilirik. Özü də sürət həddini aşmaq onlar üçün bir ənənə halını alıb.

DİA.AZ-ın təqdim etdiyi bu materialda isə yük maşınları sürücülərinə qarşı reyd və sürücülərin reyddən necə yayınmaları əks olunub.


Geri qayıt