Əsas Səhifə > Cəmiyyət, Manşet > Qobustanda vəhabilərin lideri kimi tanınan şəxs 3 aydır ki, Suriyada savaşır – Ona müharibəyə kimlər cəlb edib?

Qobustanda vəhabilərin lideri kimi tanınan şəxs 3 aydır ki, Suriyada savaşır – Ona müharibəyə kimlər cəlb edib?


29-01-2015, 12:02
Qobustanda vəhabilərin lideri kimi tanınan şəxs 3 aydır ki, Suriyada savaşır – Ona müharibəyə kimlər cəlb edib?
DİA.AZ: - Daha bir tanınmış azərbaycanlı vəhabi döyüşmək üçün Suruyaya gedib. Bu barədə DİA.AZ-a özünü Cəbşid Kazımov kimi təqdim edən və Qobustan rayon sakini olduğunu bildirən şəxs yazıb. Onun DİA.AZ-ın elektron ünvanına yolladığı məlumatında qeyd olunur ki, Qobustanda yaxşı tanınan, Qobustan rayonuna mədrəsə, məscid tikdirmiş Simirov Üzeyir barəsində bir neçə gün əvvəl məlumat verdiyimiz, əslən Gürcüstandan olan Veysəl Orucovla, radikal vəhabilərin lideri kimi tanınan Əlixan Musayevin təhriki ilə Suriyaya döyüşməyə gedib.

Dia.az-a daxil olan məlumatda qeyd olunur:

“Qobustanda bizim şeyximiz var. Simirov Üzeyir.Hamı bu adamı yaxşı tanıyır. Üzeyir müəllim özü də Qaradağ Rayonunda Radikallığa qarşı mübarizə komitəsinin üzvü idi. İcra Başçısı, Polis rəisi, MTN şöbə rəisi, Dini Qurumlarla İş Üzrə dövlət komitəsinin nümayəndəsi, QMİ nümayəndəsi və bir də Üzeyir müəlim idi. Qaradağ rayonunda belə bir komitənin üzvü idi.

Bu gürcüstanlı Veysəl Orucov və Bakıdan Əlixan Musayev adlı bu iki radikal şəxs tez tez son zamanlar Üzeyr müəllimin yanına gəlirdilər.Üzeyir müəəllim məni də tanış elədi .Amma bu iki nəfərdən xoşum gəlmədi. Bu iki şəxs Üzeyir müəllimi yoldan çıxartdılar. Üzeyir müəəlim indi 3 aydır ki, Suriyaya gedib savaşmağa. Ailəsini və bütün biznesini atıb gedib. Qobustanda Üzeyir müəlimin tikdirdiyi mədrəsə və məscid qalıb başlı-başına. Azərbaycanda nə dələduz radikal var hamısı burdadır.

Üzeyir müəllimin oğlu Əhmədi (ona Übeydullah da deyilir) də apardılar, polisdə bir həftə saxladılar. Araşdırmadan sonra aydın olub ki,oğlunun belə xəbəri yoxdur ki, atasını Suriyaya kim göndərib.

Amma mən dəqiq bilirəm. Gürcüstanlı Veysəl Orucov və Bakıdan gələn Əlixan Musayev o boyda kişinin başını doldurdu və 60 yaşlı Üzeyir müəllimin indi SURİYADA SAVAŞIR”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt