Əsas Səhifə > Cəmiyyət, Manşet > Dəyişiklik gözlənilir: Daha 5 rayonun icra hakimiyyətinin başçısı iynə üstündə oturub

Dəyişiklik gözlənilir: Daha 5 rayonun icra hakimiyyətinin başçısı iynə üstündə oturub


28-01-2015, 13:15
Dəyişiklik gözlənilir: Daha 5 rayonun icra hakimiyyətinin başçısı iynə üstündə oturub
DİA.AZ: - Az əvvəl vəzifələrindən azad edilməsi nəzərdə tutulan icra başçılarının siyahısını açıqlamışdıq. Bildirək ki, DİA.AZ-a daxil olan məlumatlarda 12 rayonun və iki iri şəhərin rəhbərinin dəyişdiriləcəyi haqda informasiya verilmişdi (http://www.dia.az/9/64530-cra-bashchilarinin-eleme-prosesi-davam-edir-novbeti-dalgada-bu-shexsler-ishden-alinacaq.html).

Bu dəqiqələrdə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, daha 5 rayonun rəhbəri barədə qərar verilib.

Mənbənin dia.az-a söylədiyinə görə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun artıq qərarı hazırdır:

«Onun Bakı rayonlarından birinə gətirilməsi gözlənilir. Şahin Məmmədovla yanaşı, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun da vəzifədən alınacağı planlaşdırılır».

Xəbəri verən qaynaq dia.az-a onu da bildirib ki, eyni zamada Yevlax, Masallı və Astara rayonlarının da rəhbərliyində dəyişiklik gözlənilir.

Geri qayıt