Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > «Azpetrol»un sürücülərdən 2 qəpiklik oğurluğu - Yolvergisi ləğv olundu, amma «premium»un qiyməti enmədi

«Azpetrol»un sürücülərdən 2 qəpiklik oğurluğu - Yolvergisi ləğv olundu, amma «premium»un qiyməti enmədi


21-01-2015, 12:50
«Azpetrol»un sürücülərdən 2 qəpiklik oğurluğu - Yolvergisi ləğv olundu, amma «premium»un qiyməti enmədi
DİA.AZ: - Bu ilin 12 yanvar tarixində Tarif Şurası adından əcaib bir qərara imza atıldı. Belə ki, bütün dünyada neftin qiymətinin düşdüyü bir ərəfədə Azərbaycanın Tarif Şurası neft məhsullarının qiymətinə yenidən baxdı və neft məhsullarnı 2 qəpiklik yol vergisinə cəlb etdi. Bununla da Azərbaycanda yanacağın qiyməti göstərilən qiymətdə bahalaşdı.

Amma iki gün keçəndən sonra prezident məhz narazılığı nəzərə alaraq Tarif Şurasının qərarını ləğv etdi və benzinin qiyməti əvvəlki həddinə qayıtmış oldu.

DİA.AZ bildirir ki, amma burada maraqlı bir məqam diqqətləri cəlb etdi. Belə ki, «Azpetrol» və SOCAR kimi iri yanacaq satışı ilə məşğul olan şirkətlər məhz yolvergisinin onsuz da baha qiymətə olan «Premium» markalı benzinin qiymətinə təsir etməməsi üçün endirim qərarı verdilər. «Azpetrol»un mətbuat xidmətindən verilən açıqlamada bildirilirdi ki, 2 qəpik endirim ediblər və bundan sonra da 2 qəpiklik yol vergisi əlavə olunduğundan yenidən «Premium» əvvəlki qiymətinə - 95 qəpiyə satışa çıxarılıb.

Maraqlı olanı isə odur ki, prezident 2 qəpiklik yolvergisini ləğv etsə də, yenə də «Azpetrol» və digər endirim etmiş şirkətlərin yanacaq doldurma məntəqələrində «Premium» markalı benzin 95 qəpiyə satılır.

Hər halda, bu faktın özü kifayət qədər qaranlıq bir situasiya yaradır. Çünki şirkətlər yenidən «Premium» markalı benzinin qiymətini 2 qəpik bahalaşdırdıqlarını elan etməyiblər. Deməli, ortada bir qanunsuzluq faktı var. Və sürücülərdən «Premium» markalı benzinə görə hər litrində 2 qəpik artıq pul alınır. Ya şirkətlər əvvəlki qərarlarını ləğv etdiklərini rəsmən elan etməlidirlər, ya da bu 2 qəpiklərin hesabını vermək zorundadırlar…

Geri qayıt